Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022



Yüklə 0,77 Mb.
səhifə126/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   122   123   124   125   126   127   128   129   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

1.Ekoloji menecment

Son zamanlar təbiəti mühafizə problemlərinin həllində menecmentdən istifadəyə maraq xeyli artmışdır. Belə fəaliyyətin əməli olaraq həyata keçirilməsi müəssisədə işin təşkilindən asılıdır. Firmanın fəaliyyətində, ətraf mühitdən səmərəli istifadə məsələsi nəzərə alınmış olsa, müəyyən şərtlər daxilində fayda ver-miş olar. Eyni zamanda tələb olunur ki, ekoloji menecment prosesinin for-malaşması ekoloji mədəniyyətlə ilk növbədə ekoloji-iqtisadi təfəkkürlə müşayiət olunsun.

Sahibkarların ekoloji fəaliyyəti onların inteqrasiya məqsədlərinə nail olmaq bacarığından və imkanlarından asılıdır. Deyilənlər içərisində ekoloji bilik və firmanın- təsərrüfatın elmi təşkili əsas yer tutur. Deyilənlərin həyata keçirilməsi firmanın uzunmüddətli inkişaf strategiyasını hazırlamaq əsasında mümkündür. Amma burada da problemlər ortaya çıxır. Xərclər necə olacaq, ekoloji mənafelər kollektiv tərəfindən necə qəbul ediləcək və s.? Əgər müəssisə ekoloji istiqamətə meyl göstərmək istəmirsə, onda ekomenecmentin tətbiqi öz mənasını itirmiş ola-caqdır.

Ekomenecmentin növü müəssisənin bu işə marağından asılı olaraq müəyyən edilə bilər. Ekoloji məqsədlər firma əməkdaşlarının müəyyən qrupunun şəxsi ma-rağını ifadə edə bilər, burada əsas məqsəd yaşıl imici təmin etmək olacaqdır.

Ekoloji menecment təbii proseslərin təhlükəsiz idarə edilməsi olub, idarə olunan obyektin bioloji xüsusiyyətləri və idarəedicinin sosial-iqtisadi imkanları ilə müəyyən edilir.

Ekoloji menecmentin predmeti ətraf mühitin və müasir istehsalın idarə edilməsi prosesi olub effektiv istehsalla ətraf təbii mühitin mühafizəsi arasındaki balansı, o cümlədən ətraf mühitin həyat qabiliyyətini və təbii resursların davamlı istifadəsini təmin etməkdən ibarətdir.

Müasir ekoloji böhran dövründə ekoloji menecmentin strategiyası "insan-biosfer» əlaqələri sisteminin qarşılıqlı inkişafına, cəmiyyətlə təbiətin həmahəng münasibətinə əsaslanır.

Ekoloji menecmentin əsas funksiyaları bunlardır:



  • təbii ekosisteməerin tarazıl idarə olunması;

  • sosiotəbii sistemlərin tarazlı idarə olunması;

  • təbii resursların və onlardan istifadənin tarazlı idarə olunması;

  • təbii resurs ehtiyatlarınm bərpa olunması;

  • təbiətə antropogen təzyiqin idarə olunması.

Ekoloji menecmentin həyata keçirilməsi üçün zəruri şərtlər isə aşağıdakıları əhatə edir:

  • ekoloji prioritetlərin və dəyərlərin üstünlüyünə əsaslanmış yeni dünyagörüşün formalaşması;

  • ekoloji menecment sahəsində ekoloji mədəniyyətin inkişafı;

  • ekoloji durumun monitorinqi;

  • ekoloji monitorinqin informasiya və elmi-metodoloji təminatı;

  • ekoloji monitorinqin hüquqi təminatı;

  • cəmiyyətin ümumi inkişaf strategiyasının hazırlanması;

  • iqtisadi və maliyyə təminatları.

Ekoloji menecmentin prinsipləri. Ekoloji menecmentin əsas prinsipləri aşağıdakılardan ibarətdir:

• əhalinin ekoloji şüur və iqtisadi motivasiyalarına əsaslanmaq;

• ekoloji inkişafa mane olan problemlərin vaxtında qarşısının alınması və həlli;

• bütün idarəetmə hallarında ekoloji nəticələrə cavabdehlik;

• ekoloji proseslərin idarə olunması zamanı birgə qərarların həyata keçirilməsi;

• ekoloji inkişaf problemlərinin həllində ardıcıllığın gözlənilməsi.

İqtisadi sahədə davamlı inkişaf konsepsiyası iqtisadi inkişaf tempinin sabitliyi ilə müəyyənləşdirilir. Bu istehsal nəticəsində ətraf mühitə olan təzyiqlə ekoloji sistemin özünübərpa funksiyası arasında bərabərlik yaranır. Biz təbii sərvətləri ekstensiv istismar etməklə, yeni maddi nemətlər yaradıb həyat səviyyəmizi yüksəldirik. Digər tərəfdən, bu nemətlərin istehsalı zamanı ətraf təbii mühit (su, torpaq, hava) çirklənir və ya hər hansı bir sənaye obyektinin fəaliyyəti zamanı külli miqdarda oksigen yandırılır, bu ziyanları kompensasiya etmək üçün yeni bir vəsait xərclənirsə, bu, əksinə, insan rifahının getdikcə aşağı düşməsinə səbəb olur. Çünki təbii sistemlərin özünübərpa tempi çirklənmə tempindən aşağı olduqca, insan bu sistemləri bərpa etmak üçün əlavə vəsait və enerji xərcləməlidir. Pul-əmtəə münasibətləri dövründə ekoloji tarazlıq özünəməxsus bir əmtəə rolu oynayır. Onun dəyəri ətraf təbii mühitin qorunmasına sərf olunan birbaşa və iqtisadi əlverişli, lakin ekoloji təhlükəli ola biləcək dolayı xərclər kimi qiymətləndirilir.

Azərbaycanın davamlı inkişaf modeli ətraf təbii mühitə təsirin minimuma endirilməsindən, atmosfer, hidrosfer və torpağın parametr keyfiyyətlərinin yüksəldilməsindən, istehsal tullantılarının həcminin azaldılmasından, biomüxtə1ifliyin qorunmasından, əhalinin həyat səviyyəsinin və orta yaş müddətinin yüksəldilməsindən ibarətdir. Bu amillər ekoloji menecmentdə əsas götürülməlidir.

Ekoloji menecmentin mərhələləri. Müəssisənin ekoloji menecmenti iqtisadi inkişaf tempinin və ətraf təbii mühitə olan təzyiqin yol verilen normalar çərçivəsində olmaq şərti ilə effektiv idarəetmə sistemlərinin birliyidir. Ekoloji menecmentin üç mərhələsi vardır.

Seçim. Bu mərhələ zamanı yeni müəssisənin açılması, əvvəlki rekonstruksiyası, yaxud modernləşdirilməsi zamanı istehsal iqtisadiyyatının ekolojiləşdirilməsi prinsipi əsas götürülməlidir.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin