Mikroiqtisadi səviyyədə təbiəti mühafizə xərcləri aşağıdakı qaydada bölünür:
1) ümumi, yaxud bütövlükdə təbiəti mühafizə tədbirlərinin realizə edilməsinə çəkilən xərclər;
2) orta və ya xüsusi-1 ton tullantının (axıntının) təmizlənməsinə çəkilən xərclər;
3) həddi (normativ) xərclər – hər bir əlavə tullantının (axıntının) 1 tonunu təmizləmək üçün əlavə xərclər. Bundan başqa, təbiəti mühafizə xərcləri iki dərəcəyə (növə) bölünür: cari və əsaslı xərclər.
4. Kapital qoyuluşunun istiqamətləri və təyinatları
Kapital (əsaslı) xərcləri ekoloji məqsədlər üçün həyata keçilən, materiallaşdırılan (maddiləşdirilən) xərclərdir. Bəzən kapital qoyuluşu təbiəti mühafizə fondlarında əhəmiyyətli dərəcədə böyük ola bilər (bəzi sahələr üzrə 30-40 %).
Ətraf mühiti mühafizə məqsədi daşıyan kapital qoyuluşuna birdəfəlik xərclər aid edilir:
- təbiəti mühafizə obyektlərinin rekonstruksiyası və yeni obyektlərin yaradılması;
- ətraf mühitə mənfi təsiri azaltmaq məqsədilə istehsalat texnologiyalarının modernləşdirilməsi;
- istehsalat texnologiyasının, ətraf mühiti mühafizə məqsədilə müəyyənləşdirilməsi.
Kapital qoyuluşları əsasən su obyektlərinin, hava hövzəsinin və torpaqların mühafizəsinə istiqamətləndirilir. Adətən kapital qoyuluşlarının ən çox payı (faizi) su obyektlərinin mühafizəsinə yönəldilir. Su obyektlərinin mü-hafizəsi üçün əsas kapital qoyuluşları tikinti üçün birdəfəlik aşağıdakı xərclərdən ibarət olur:
- istehsalat və kommunal tullantı sularının təmizlənməsi üçün stansiyalar, (təmizləyici qurğular), habelə tullantı sularının ilkin təmizlənməsi (lokal təmizləyici qurğular) və təmizlənmiş sulardan istifadə üçün yenidən təmizləmə stansiyaları;
- su mühafizə zonalarının kompleks tədbirlərlə əlaqələndirilməsi (texnoloji, meşə meliorativ, aqrotexniki, hidrotexniki, sanitar və s.);
- neftin, mazutun toplanması qurğuları;
- su obyektlərini çirkləndirən sənaye tullantılarını zərərsizləşdirmək üçün poliqon və qurğuların tikilməsi;
- gəmilərin təsərrüfat sularının qəbul edilməsi üçün sahil qurğularının tikilməsi, habelə zibillərin utilləşdirilməsi, anbarlaşdırılması və təmizlənməsi;
- şəhərlərin və yaşayış məntəqələrinin kanalizasiya sistemlərinin tikintisi və s.
Hava hövzəsinin mühafizəsi üçün xərclər birdəfəlik aşağıdakı tikinti işlərinə yönəldilir:
- texnoloji xətlərdən, digər çirklənmə mənbələrindən ayrılan maddə və qazların tutulma və zərərsizləşdirilməsi üçün qurğuların tikintisi;
- nəzarət-tənzimləyici sahələrin tikintisi (əsasən, toksik avtomobil qazların miqdarını müəyyən etmək üçün);
- tüstü boruları, qaz buxarlarının, aspirasiya sistemlərinin tikintisi;
- sanitar-mühafizə zonalarının salınması (müəssilər ətrafı, yol boyunca və s.).
Torpaqların mühafizəsinə yönəldilən əsaslı vəsaitlərə daxildir:
- eroziyaya, selə, sürüşməyə qarşı hidrotexniki qurğuların tikilməsi;
- dik yamacların terraslaşdırılması;
- qoruyucu meşə zolaqlarının, o cümlədən tarla qoruyucu və eroziyaya qarşı
meşələrin salınması;
- torpaqların bərpası (rekultivasiyası, reabilitasiyası);
- zibil emalı və zibil yandıran zavodların tikintisi.
Cari istismar xərclərinə daxildir: təbiəti mühafizə istiqamətli əsas fondların saxlanması və qulluq edilməsi, təbiəti mühafizə ilə əlaqədar xidmətlərin ödənilməsi, ca-ri təbiəti mühafizə xərclərinin ümumi istehsal xərclərinə görə payı 0,2-3 % arasında dəyişir.
Dostları ilə paylaş: |