Kapital qoyuluşunun mənbəyini milli gəlir (onun yığılmış hissəsi)amortizasiya ayırmaları təşkil edir. Amma kapital qoyuluşunun əsas mənbəyini (80% qədərini) milli gəlir təşkil edir. Milli gəlir miqdarının həcmindən kapital qoyuluşunun həcmi birbaşa asılıdır.
Milli gəlir artımının müəyyən hissəsi (6-8%) təbii sərvətlərin səmərəli istifadəsi (və təkrar istehsalı və ətraf mühitin qorunması) hesabına xalq təsərrüfatında itkilərin ləğvindən əldə edilir. Lakin, çoxlu miqdarda xırda sahəli iqtisadi-təşkilati quruluşlar nəticəsində, təbiəti mühafizə tədbirlərinin tətbiqinə qoyulmuş kapital qoyuluşundan əldə edilmiş iqtisadi səmərəliliyini müəyyən et-mək böyük çətinliklər yaradır. Ona görə də, planlaşdırma işlərinin proqramını tərtib etdikdə elə etmək lazımdır ki, kapital qoyuluşunu göstərən variant nəinki ayrı-ayrı sahələr üzrə səmərəli olsun, həm də bütün xalq təsərrüfatının iqtisadi səmərəliliyini yüksəltsin. Kapital qoyuluşunun iqtisadi səmərəliliyini hesablamaq üçün aĢağıdakı göstəricilərdən istifadə etmək məsləhət görülür; 1) bütövlükdə ümumdövlət sistemində ətraf mühitin mühafizəsini; ayrı-ayrı rayonların təsərrüfatlarının milli gəlirin illik artım həcminin bu artımı yaradan, təbiəti mühafizə tədbirlərinə qoyulan kapitalı; 2) sənayesi inkişaf etmiş regionlarda rentabelliyin səviyyəsi. Regionlarda rentabellik ayrı-ayrı sənaye sahələrinə, kənd təsərrüfatına, nəqliyyata, tikintiyə qoyulmuş kapital qoyuluşunun səmərəliliyi ilə hesablanır; 3) regionun ayrı-ayrı müəssisələrində, tikintisində, kombinatlarında və başqa ətraf mühiti çirkləndirici mənbələrdə təkrar məhsul ilə bərpa edilmiş sərvətlər arasında olan maya dəyəri ilə re-gionun ətraf mühitini mühafizə tədbirlərinə qoyulan kapitalın səviyyəsi arasındakı müxtəliflik münasibətləri səviyyəsi v. s.
MDB ölkələrində və eləcə də Rusiyada, o cümlədən, Azərbaycanda cari xərclər kapital qoyuluşundan ən azı 3 dəfə çox olub, hava hövzəsinə görə isə 5:1 nisbətindədir. Əlbəttə, göstərilən vəziyyəti optimal hesab etmək olmaz. ABŞ-da bu nisbət 1:1-dir. Cari xərclərin çox olması o deməkdir ki, əsaslı təbiəti mühafizə ava-danlıqları uzun müddət istismar edilmir. Ekoloji xərclər istehsalat xərclərinin tərkib hissəsidir və nəticədə məhsulun qiyməti vasitəsilə onların xərcini alıcı çəkir.
Layihənin qənaətbəxş olması kapital qoyuluşunun (əsaslı vəsaitin) planlaşdırılması və maliyyələşdirilməsi smetanın zəruri xərclərini özündə nə dərəcədə əks etdirməsindən asılıdır. Smetanın dəqiqliyi kompleks işlərin əsaslı (mükəmməl) təyin edilməsindən və irəli sürülən təkliflərin düzgünlüyündən çox asılıdır.
Smeta dəyərinin göstəriciləri layihə hesabatlarının variantlarının qiymətləndirilməsində və onlardan ən məqsədəuyğun olanını seçməkdə istifadə edilir. Smeta əsasında və təqvim planına müvafiq olaraq layihənin büdcəsi tərtib edilir. Lakin, smeta yalnız layihənin yekun dəyərinin proqnozunu verir və ilkin hesablama yuvarlaqlaşdırılmış normativlər üzrə TİƏ-nin hazırlanmasında həyata keçirilir. Obyektin tikintisinin dəyərini müəyyən edən əsas sənəd – yekun smetanın hesablanmasıdır. Bu iş cari qiymətlər səviyyəsində tərtib edilir. Həmin sənəd özün-də aşağıdakıları cəmləşdirir:
1. tikinti sahəsinin hazırlanmasını;
2. tikintinin əsas obyektlərini;
3. yardımçı istehsalat və xidmət əhəmiyyətli obyektləri;
4. energetika təsərrüfatı obyektlərini;
5. nəqliyyat təsərrüfatı və rabitə obyektlərini;
6. su təchizatı, kanalizasiya, istilik və qaz təchizatı qurğuları və xarici (bayır) şəbəkələrini;
7. ərazinin abadlaşdırılması və yaşıllaşdırılmasını;
8. müvəqqəti bina və qurğularını;
9. digər işlər və xərcləri;
10. tikilən müəssisənin müdiriyyətinin saxlanması və müəllif nəzarətinin həyata keçirilməsi obyektlərini;
11. layihə və axtarış işlərini.
Yekun smeta hesablamalarının tərtibi lokal (yerli) və obyekt smetalarına əsaslanır (istinad edir). Burada həmçinin əlavə xərclər, həm də nəzərə alınmayan (əvvəlcədən görünməyən) işlərin vəsait ehtiyatları da nəzərdə tutulur.
Tikinti, yenidənqurma, əsaslı təmir (bina və qurğularda), müəssisələrin genişləndirilməsi və yenidən təşkilinin smeta dəyərinin təyin edilməsinin əsasını smeta normativləri (smeta normaları külliyyatı, qiymətlər və qiymətləndirmələr normaları), habelə qaydalar və əsasnamələr təşkil edir. Yuvarlaqlaşdırılmış smeta normalarına aiddir: faizlə ifadə olunan smeta normativləri (üstəgəlmə xərclər, smeta gəliri, əlavə xərclər), iriləşdirilmiş smeta normativləri və göstəriciləri.
Dostları ilə paylaş: |