Ekoloji auditin prosedurları. Məqsədlərindən asılı olaraq ekoloji audit sahəsində dünya praktikasında aşağıdaki prosedurlar tətbiq edilir:
Menecment sisteminin auditi. Ətraf təbii mühitin mühafizəsi sisteminin müəssisədə tətbiq edilən təşkilati strukturunun qəbul edilmiş tələblərə uygunluğunun yoxlanılması.
İnvestisiya auditi. Nəzarət aksiyaları paketinin alınması zamanı və ya investisiya qərarları qəbul edilərkən müəssisənin cəlbediciliyini müəyyənləşdirmək məqsədilə onun ekotədlükəsizlik dərəcəsinin qiymətləndirilməsi.
Ərazinin ekoloji vəziyyətinin qiymətləndirilməsi. İstehsal prosesinin, keçmişdə və cari dövrdəki bütün çirkləndirici tullantıların ətraflı xülasəsinin hazırlanması.
Məhsulun marketinq tədqiqatları mərhələsindəki ekoauditi. Məhsulun xarakteristikalarının ekoloji tələblərə uygunluğunun qiymətləndirilməsi.
Ekoloji problemlərin maliyyə hesabatı. Ətraf təbii mühitin mühafizəsinə həsr edilmiş illik ekoloji hesabat və ya maliyya hesabatları haqqındakı məlumatların qiymətləndirilməsi.
Ekoloji mühasibatın auditi. Təbiəti mühafiza tədbirlərinin investisiya prioritetləri, qəbul edilmiş qərarların maliyyə nəticələri haqqında məlumatların qiymətləndirilməsi.
Ekoloji auditin üstünlükləri:
- cərimə və sanksiyaların olmaması (qanunvericiliyin tələblərinə riayət etmək hesabına);
- yüksək ictimai imic;
- bütün əməkdaşlar arasında ekoloji siyasətin vacibliyi və etraf mühitin mühafizəsinə cavabdehliyin dərk olunmasının yüksək səviyyəsi;
- xərclərin azaldılması (enerjiden istifadə və tullantıların minimuma endirilməsi hesabına);
- müəssisənin ümumi iş keyfiyyətinin yüksəldilməsi.
Müasir müəssisələrin menecment sistemində məhsuldarlıq və effektivlik çox böyük rol oynayır. Təhlükəsiz və sağlam iş şəraiti arzuolunan məhsuldarlıq və effektivliyin əldə edilməsi üçün zəruri şərtdir. Lakin çox zaman bu gözlənilmir. Bədbəxt hadisələr, travmalar, peşə xəstəlikləri, ətraf mühitə olan atılmalar, yanğınlar təkcə böyük maliyya itkiləri ilə nəticələnmir. Onlar müəssisələrin uzun müddət ərzində qazandığı müsbət imicinə xələl gətirir.
Müalicəyə nisbətən profilaktika daha əlverişlidir. Müəssisənin fəaliyyətinin effektivliyini qoruyub saxlamaq, insan həyatının təhlükəsizliyini təmin etmək üçün bunlar vacibdir.
Dostları ilə paylaş: |