2. Ətraf mühitin mühafizəsi sahəsində informasiya və informatika.
Ətraf mühitin mühafizəsi sahəsində informasiyaya ətraf mühitin vəziyyəti, onun çirklənməsinə, sağlamlaşdırılmasına və mühafizəsinə dair tədbirlərin maliy-yələşdirilməsi, təbii ehtiyatların vəziyyəti, bərpası və istifadəsi, ətraf mühitə təsirlər, ətraf mühitin keyfiyyətinin normalaşdırılması, təsərrüfat və başqa fəaliy-yətlərə ekoloji tələblər aiddir.
Vəzifəli şəxslər tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qəsdən yanlış informasiyanın verilməsinə, informasiyanın vaxtında verilməməsinə, hətta gizlədil-məsinə yol verilir. Bu isə yolverilməzdir.
Ətraf mühitin mühafizəsi sahəsində müvafiq icra hakimiyyəti orqanları tərəfindən statistik informasiyanın obyektivliyi və onun beynəlxalq statistika ilə müqayisəliliyi əsasında dövlət statistikası aparılır.
Ətraf mühitin mühafizəsi sahəsində dövlət statistika hesabatı göstəricilərinin minimal tərkibi və dövlət statistikasının aparılması qaydaları qanunvericiliklə və digər normativ hüquqi aktlarla müəyyən edilir.
Hazırda yaradılmaqda və təkmilləşdirilməkdə olan ekoloji informasiya sistemi aşağıdakı müxtəlif səviyyəli məsələlərin həllinə imkan yaradır.
Dostları ilə paylaş: |