Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022


Su hövzələrinin çirklənməsi ilə əlaqədar iqtisadi ziyanın təyin olunması



Yüklə 0,77 Mb.
səhifə105/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   101   102   103   104   105   106   107   108   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

3.Su hövzələrinin çirklənməsi ilə əlaqədar iqtisadi ziyanın təyin olunması

Su hövzalərinin bərpaolunan sərvət olmasına baxmayaraq, onlər həddən artıq çirkləndikdə həyat üçün təhlükəli olur. Bundan başqa, antropogen fəaliyyət su ekosistemlərinin sıradan çıxmasına səbəb olur. Suyun çirklənməsi quru ekosistemlərinin istismarı və atmosferin çirklənməsi ilə bağlıdır. Çay va okean axınları zərərli maddələri tullantı mənbələrindən çox uzaqlara aparır, dövlət sərhədlərini aşır.



Şirin su ekosistemlərinin çirklənmasi. Bu tip çirklənmələr ayrı-ayrı mənbələr tərəfindən yaradılır. Onlar çirkləndirici maddələri boru kəmərləri, kanallar, kanalizasiya boruları ilə tullantı suları vasitəsilə sututarlara axıdır. Buna misal olaraq sənaye müəssisələrini, təmizləyici qurğuları, daş kömür şaxtalarını, neft quyularını göstərmək olar. Bu tip çirkləndirici mənbələr nöqtəvi mənbələr adlanır. Qeyri-nöqtəvi mənbələr - geniş sahələrin zərərli maddələrini özündə toplayan səthi axınlar, qrunt sularıdır. Bu sahələrə misal olaraq əkin sahələrini, yem təsərrüfatlarını, meşə emalı ərazilərini, tikinti sahələrini, avtomobil dayanacaqlarını, yolları göstərmək olar. Digər qeyri-nöqtəvi mənbə hava hövzəsidir. Havaya buraxılmış zərərli maddələr turşu və radioaktiv yagışlar şəklində çaylara, su anbarlarına, göllərə çökür.

Su bütün həyati proseslərdə xüsusi əhəmiyyətə malikdir. İl ərzində bir tona yaxın su qəbul edən insan susuz cəmi bir neça gün qala bilər. Bitkilərin kütləsinin 90%-ə qədəri, insan bədəninin 70%-ə qədəri sudan ibarətdir. İçməli suyun əsas istifadəçisi kənd təsərrüfatıdır. Meliorasiya, heyvandarlıq komplekslərinda və becərmədə sudan geniş istifadə edilir.

Gücü 300 min kVt olan elektrik stansiyalarında su sərfi 300 min. t/il ətrafındadır. Bütün bu sadalanan sahələr ancaq şirin su tələb edir. Hesablamalar göstərir ki, şirin su planetdəki ümumi suyun miqdarının 2.5 - 3.0 %-ni təşkil edir. Ümumi su kütləsinin 97 %-i duzluluğu 35 q/l ətrafında olan okean və dəniz suyundan ibarətdir. Şirin su ehtiyatları planetdə qeyrimüntəzəm paylanmışdır.

Təsərrüfat fəaliyyati su hövzələrindəki suyun miqdarını xeyli azaltmışdır. Su hövzələri dayazlaşır, bulaqlar, kiçik çaylar, o cümlədən su quyuları quruyur, süxur sularının səviyyəsinin düşməsi məhsuldarlığa çox pis təsir göstərir.

Su hövzələrinin mühafizəsi və çirkab sularının su hövzələrinə axıdılması "Azərbaycan Respublikasımn Su Məcəlləsi haqqında" və "su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasımn İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu sahədə bir sıra qərarları ilə təsdiq edilmiş qaydalar da mövcuddur. Bunlar aşağıdakılardır:

1. Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları;

2. Su obyektlərindən istirahət idman üçün istifadə qaydaları;

3. Su-mühafizə zonalarının, onların sahil-mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi qaydaları;

4. Su obyektlərindən hidroenergetika ehtiyacları üçün istifadə qaydaları.

Yaranma şəraitindən asılı olaraq çirkab suları üç qrupa bölünür:




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin