Atmosfer havasının çirklənməsinin qiymətləndirilməsi tədqiqat ərazisində hava hövzəsinin çirklənməsinin hərtərəfli hesablanmasına (qeydiyyatına) əsaslanır; bu, birbaşa (bilavasitə) dolayı yolla və indikator meyarları ilə səciyyələnir.
Birbaşa (bilavasitə) meyarına geohidrokimyəvi, geodinamiki, tibbi sanitariya və ehtiyat meyarları daxildir.
Geohidrokimyəvi meyarqrupu geosferin kimyəvi, mexaniki, radionuklid çirklənməsini, tibbi-sanitar meyarı ilə bakterioloji çirklənmənin qiymətləndirilməsinə imkan verir. Geodinamik meyar qrupu geosfer sahəsinin təbii və antropogen geoloji proseslərlə pozulmasının (zədələnməsinin) qiymətləndirilməsi ilə əlaqədardır, ehtiyat meyarı isə biotanın, o cümlədən insan cəmiyyətinin normal yaşaması üçün lazımi sərvətlərin qiymətləndirilməsi ilə əlaqəlidir.