Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022



Yüklə 0,77 Mb.
səhifə110/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   106   107   108   109   110   111   112   113   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

Torpaqlarm deqradasiyası. Torpaqlann bərpaolunan resurs olmasına baxmayaraq, onların yaranma dövrü çox zəif sürətli bir prosesdir. Mütəxəssislərin fikrince, pozulmuş torpaqların bərpası yüz, bəzi hallarda isə min illər ərzində baş verir. Torpaqların deqradasiyasına səbəb olan amillər lokal çirklənmələr, onlarm üzərində çəkilmiş infrastruktur, eroziya prosesləri (su və külək eroziyası), torpaqların duzlaşması, səhralaşma və torpaqların bərkiməsi hesab edilir.

Çirklənməyə məruz qalmış ərazilərdə çirləndiricilər torpağa nüfuz edərək, oradan qrunt sularına keçərək içməli suyun çirklənməsinə, zərərli maddələrin bitki və balıqlarda toplanmasına səbəb olur. İnsan bilavasitə və qida vasitələri (bitki, balıq və s.) ilə risklərə məruz qalır.



Eroziya səthi və qrunt sularını gətirilmələr və kimyəvi maddələrlə çirkləndirir. Eroziya məhsullarının çay hövzələrində toplanması yaşayış yerlərinin deqradasiyasına, kürütökmə sahələrinin pozulmasına, subasmalara, qonşu ekosistemlərin də dağılmasına səbəb olur.

Soranlaşna zamanı duzlann torpaqda yigılması nəticəsində bitkilərin kök sistemlərinin uducu funksiyası pozulur. Bu isə ilk növbədə məhsuldərlıgın azalmasma, bəzi hallarda isə məhsulun tamamilə məhvinə səbəb olur.

Səhralaşma nəticəsində bitkilərin inkişafı zəifləyir, səthi axınlar nəticəsində səthi və qrunt su resursları tükənir, ekosistemin deqradasiya təhlükəsi artlr, landsaftın zənginliyi zəifləyir, bioloji müxtəliflik məhv olur. Səhralaşma regional iqlimə və quşların miqrasiyasına mənfi təsir edir. Səhralaşma müəyyən müddətdən sonra torpaqların eroziyasına və şoranlaşmaya səbəb olur.

Torpaqdakı zərərli maddələrin konsentrasiyasının gigiyenik normalan (KZH) su hövzələri, atmosfer havası və qida maddələri üçün olan təyin prinsiplərindən fərqlidir. Çünki zərərli maddələrin torpaqdan orqanizmlərə keçməsi az miqdarda, yalnız birbasa kontakt zamanı bas verir. Torpaga düsən kimyəvi maddələr, əsasən, torpaqla təmasda olan mühit (su, hava, bitkilər) vasitəsilə, ya da bioloji zəncir vasitəsilə (torpaq-bitki-insan; torpaq-bitki-heyvan-insan) insan orqanizminə daxil olur. Ona görə də torpaqdakı kimyəvi maddələrin normasının tənzimlənməsi zamanı onun bilavasitə kontakt nəticəsində yaranan təhlükə dərəcəsi ilə torpaqla təmasda olan mühitin ikinci tərtib çirklənmələri də nəzərə alınır. Bu zaman torpagın tipi, mexaniki tərkibi, morfologiyası, mikrobiosenozu, pH, temperatur, rütubətlilik, kənd təsərrüfatında mikrogübrə kimi istifadə edilən agir metalların duzları (qurguşun, mis, Civə), mikroelementər (molibden, mis, sink, bor, vanadium) və s. amillər də nəzərə alınır.

Torpaq sərvətlərinə çirklənmədən dəyən illik iqtisadi ziyan ümumiləşdirilmiş hesabat düsturu ilə belə təyin edilir:


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin