Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022


Ekoloji sahibkarlığın səmərəliliyi



Yüklə 0,77 Mb.
səhifə133/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   129   130   131   132   133   134   135   136   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

Ekoloji sahibkarlığın səmərəliliyi – bu səmərələrin (ekoloji, sosial, iqtisadi) və onlara nail olmaq üçün zəruri xərclərin müqayisə edilməsidir. Sahibkarlığın sə-mərəsi yüksək nəticələr əldə etməyə imkan verən ekoloji xidmətlərin təşkili ilə bağlı ola bilər.

İstehsalın ekolojiləşdirilməsi, bir qayda olaraq, yüksək nəticələr verir. Bu əsasən tullantılardan da istifadədə özünü göstərir. Xalq istehlak mallarının istehsalı artır, tullantıların yerləşdirilməsinə görə ödəmələr azalır, ətraf mühitə ziyanın qarşısı alınır, ucuz xammaldan istifadə edilir, müəssisələr əlavə gəlir əldə edir. Eyni zamanda ilkin xammalın hasilatı üçün xərclər azalır. Bütövlükdə, tullantılardan istifadənin ümumi səmərəsi müəssisənin və əhali istehlakının səmərəsindən, habelə istehsalatda və sahələrdə, sosial-ekoloji sferada yaranan sə-mərədən ibarət olur.

Tullantılardan istifadənin səmərəsinin meyarı ənənəvi xammal əvəzinə əldə edilmiş xalq təsərrüfatı nəticəsi olur, yəni:

C< Cm + CH + E olur.

Burada, C- tullantılardan məhsulun alınmasına sərf edilən ümumi xərclərdir;

Cm – yatağının mənimsənməsinə yönəldilən, yəni əlavə xammal almaq üçün çəkilən xərclərdir;

CH – yeni yatağın xammalının hasilatı və işlənməsinə (emalına) çəkilən xərclərdir;

E – təbiəti mühafizə sferasına çəkilən xərclərdir. Həmin xərclər özündə aşağıdakıları birləşdirir:

E = Y+ C
Burada, Y – iqtisadi ziyanın qarşısının alınması xərcləri,

C – yeni yatağın açılması və istismarı zamanı təbiəti mühafizəyə çəkilən xərclərdir.

Bəzi xarici ölkələrdə yaşıl biznesin iş təcrübəsi göstərir ki, bir çox firmalar ətraf mühitin çirklənməsinin azaldılması hesabına yüksək gəlir əldə edirlər. Kom-paniyalar ətraf mühitin çirklənməsini azaltmaq (tullantıların utilizasiyası) üzrə müxtəlif layihələr hazırlayırlar. Ətraf mühitin qorunması kapital qoyuluşunun etibarlı mənbəyinə çevrilir. Ekobiznesin müsbət təcrübəsi mətbuatda geniş işıqlandırılır. Ekoloji biznes firmanın ekoloji imicini artırır, biliklərin yayılmasına kömək edir və ekoloji təfəkkürün formalaşmasına təsir göstərir.



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin