Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022


Ətraf mühit və təbiətdən istifadənin optimallaşdırılmasında vergi sistemi və vergi ödəmənin ekoloji meyarları



Yüklə 0,77 Mb.
səhifə136/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   132   133   134   135   136   137   138   139   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

2. Ətraf mühit və təbiətdən istifadənin optimallaşdırılmasında vergi sistemi və vergi ödəmənin ekoloji meyarları.
İnsanla təbiət arasında qarşılıqlı münasibətlərin yaradılmasında faydalı qazıntıların emalı vaxtı texnoloji üsulların təkmilləĢidirilməsi vacibdir. Təbii mühitin optimallaşdırılmasında mütərəqqi texnoloji üsullar başlıca olaraq bir sıra sahələri əhatə edir: a) istehsalın təbiətə etdiyi təsirin optimallaşdırılması, zə-rərli ünsürlərin aradan qaldırılması, suyun, havanın təmizlənməsi, təbiəti çirklən-dirən müəssisələrdə istehsal və emal proseslərinin təkmilləşdirilməsi, təbii sərvətlə-rin mənimsənilməsi və istifadəsi işlərinin planlaşdırılmasının yaxşılaşdırılması; b) müasir texniki və texnoloji proseslər tətbiqi əsasında tullantısız və az tullantı verən istehsalın, xammal və hazır məhsulun daşınmasının təkmilləşdirilməsi bunların əsasını təşkil edir.

Təbii sərvətlərdən istifadə edilməsində ətraf mühitin mühafizəsinin optimallaşdırılmasına iqtisadi, texniki, texnoloji, sosioloji təbiəti mühafizə amilləri səbəb olur. Lakin, istehsal texnologiyasının təkmilləĢdirilməsinə, ilkin və təkrar xammaldan kompleks, itkisiz istifadə edilməsinə yönəldilən tədbirlər çoxlu kapital qoyuluĢu və əmək sərfi tələb edir. Ətraf təbii mühitin mühafizəsinin optimallaĢdı-rılmasında xammalın istifadəsində, iqtisadi faydalılığın yüksəldilməsində tex-nologiya, kimya, iqtisadiyyat və iqtisadi coğrafiya elmləri bir-birilə sıx surətdə əlaqədardır. Təbii sərvətlərin qruplaşdırılmasında iqtisadi-coğrafi konsepsiya böyük əhəmiyyətə malikdir. Bununla yanaşı canlı orqanizmlərdən bəhs edən elmlərin qarşısında böyük problem durur. Təbiətdə olan canlıların orqanizminə təsir edən müxtəlif texnogen dəyişiklikləri müəyyən etmək məqsədilə orqanizmin özünün uyğunlaşma imkanları hələlik hərtərəfli öyrənilməmişdir. Insanlara təsir edən zərərli maddələrin kəmiyyət və keyfiyyətinin sosial-iqtisadi, ekoloji cəhətdən qiymətləndirilməsi kompleks tədbirlər sırasına daxildir. Bu sahədə nəzərə çarpan çətinliklər ondan ibarətdir ki, ayrı-ayrı ölkələrdə tullantıların ətraf mühitə təsiri müxtəlif səpgidə olur. Belə şəraitdə istər dünya miqyasında, istərsə də respublikalarda ətraf mühitin çirklənməsinin ekoloji, sosial-psixoloji nəticələri kifayət dərəcədə öyrənilməmişdir.

Əhalinin urbanizasiyasının, istehsalın təmərküzləşdirilməsinin təbiətə etdiyi təsirin kəmiyyət və keyfiyyət göstəricilərini iqtisadi səpgidə öyrənmək böyük əhə-miyyət kəsb edir. Konkret orqanizmə olan təsir dairəsini araşdırmaq elmi əsaslar üzərində aparılmalıdır.

Ətraf təbii mühitin optimallaşdırılmasının elmi cəhətlərinə keçməzdən əvvəl qeyd etmək lazımdır ki, yaşından, təhsildən, peşəsindən asılı olmayaraq əhalidə, cavanlarda təbiətə şüurlu, ehtiyatlı münasibət bəsləmək və təbiəti qorumaq üçün onları vətənpərvərlik ruhunda tərbiyə etmək lazımdır. İnsanın təbiətə münasibətinin optimallaĢdırılması təkcə mütəxəssislərin-texnoloqların, alimlərin deyil, bu mühüm işə cəmiyyət üzvlərinin hamısı cəlb edilməlidir. Lakin, təbiətə və texnikaya qayğı və münasibətin düzgün tərbiyə edilməsi müəyyən psixoloji maneələrlə əlaqədardır. Hər hansı ölkə, iqtisadi rayon, respublika da-xilində təbii sərvətlərin, ətraf təbii mühitin mühafizəsinin elmi əsaslarını ali və orta ixtisas təhsili məktəblərdə tədris etmək də məqsədəuyğundur. Bu sahədə kütləvi mətbuat vasitələrindən geniş istifadə edilməlidir.

Ekoloji vergi sistemi bu və ya digər formada iqtisadi cəhətdən inkişaf etmiş bütün ölkələrdə mövcuddur. Rəsmi şəkildə ekoloji vergidən ilk istifadə ehtiyacı Avropa Şurasının 1973-cü ildə həyata keçirdiyi ―Ətraf mühiti mühafizə‖ üzrə birinci proqramın reallaşdırılmasında duyulmuşdur. Bu proqramda vergi ödəmənin əsas ―çirkləndirən ödəyir‖ prinsipinini həyata keçirmək idi. 90 –cı illərin əvvəlindən isə ətraf mühit sahəsində ödəmə və vergilər vacib iqtisadi alətlərdən birinə çevrilməyə başladı. Avropa komissiyasının gömrük rüsumları və vergi üzrə direktoratı (sədrliyi) tətbiq edilmə sahəsinə görə ekoloji vergiləri 7 qrupa ayırır:

1) Enerji vergiləri (mühərrik yanacağı, energetik yanacaq, elektroenerji)

2) nəqliyyat vergiləri (keçilmiş kilometraja görə vergi; sahibindən hər il vergi tutulması; yeni və yaxud istifadə olunmuş avtomobilin alınması zamanı aksizlərin tətbiqi)

3) çirklənməyə görə ödəmələr (atmosferə və su hövzəsinə atılan emissiyalara görə)

4) Tullantıların yerləşdirilməsinə görə ödəmələr (buraya zibilliklərdəki tullantıların yerləşdirilməsinə və yenidən istifadəsinə görə ödəmələr və bir sıra xüsusi məhsullara görə vergilər(sürtkü yağı, rezin təkərlər və s. aiddir)

5) Qlobal dəyişikliklərlə nəticələnə biləcək tullantı maddələrinə görə vergi ödəmələri (məs: azon qatını dağıdan, istixana effekti yaradan qazlar)

6) Səs – küyün təsirinə görə vergi;

7) Təbii ehtiyatlardan istifadəyə görə ödəmələr.

Bütün bu vergi ödəmələrinin əsas məqsədi - dövlət büdcəsini doldurmaq deyil, ətraf mühiti mühafizə nöqteyi nəzərindən vergi ödəyicisini öz davranışında müsbət stimullaşdırmaqdır.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin