Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022


Təbii mühitin optimallaşdırılması inzibati, iqtisadi, hüquqi, texnoloji, ekoloji təsirlərin dəqiq uzlaşdırılmasını tələb edir



Yüklə 0,77 Mb.
səhifə137/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   133   134   135   136   137   138   139   140   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

Təbii mühitin optimallaşdırılması inzibati, iqtisadi, hüquqi, texnoloji, ekoloji təsirlərin dəqiq uzlaşdırılmasını tələb edir. Belə olmasa, ən ciddi cəhətlər və tədbirlər belə səmərəsiz qalar. Qeyd etmək lazımdır ki, müxtəlif tabeçilik şəraitində təbiəti mühafizə həyata keçirilən “idarə” səciyyəli tədbirlər, adətən, səmərəsiz olur. Məsələn, suvarma kanallarının və su anbarlarının tikilməsi energetika və nəqliyyat sahələrində sərfəli olduğu halda, balıqçılıq təsərrüfatına böyük ziyanlar vurur. Buna görə bunlar istehsal və ekoloji səpgidə müəyyən ziddiyyətlər əmələ gətirir.

Təbii ehtiyatlar daşınan və daşınmaz əmlakdan (torpaq, su, meşələr, minerallar və s.) ibarətdir. Bu ehtiyatlar - əmlak bazarı, torpaq bazarı və s. iqtisadi münasi-bətləri əhatə etməklə və s. ətraf mühitdən istifadənin iqtisadiyyatının əsas obyektləridir. Burada əmlakın – torpağın, faydalı qazıntıların (filiz, neft və s) qiymətləndirilməsi və uçotu, qeydiyyatı sistemi yaradılır, planlaĢdırılması, vergiyə cəlb edilməsi tətbiq edilir. Bu iqtisadi sahələr arasında iqtisadi əlaqələrin tənzimlənməsində mühüm rol oynayır. Təbii sərvətlərin uçotu və qeydiyyatı in-vestisiya qoyulması, icarə hüququ, borc, istifadə, girov hüququ və digər münasibətləri tənzimləməyə əsas verir. Burada yerli idarəetmə orqanlarının hüquq-ları təmin edilməlidir. Bu sərvətlər üçün qanunvericiliyə uyğun onun istifadəsi və vergiyə cəlb edilməsi dövlətin maraqlarını təmin etməlidir. Vergilərin tətbiqi həm də həmin torpaq, digər sərvətlərdən düzgün istifadə edilməsi və qorunması məqsədi daĢıyır. Ona görə də bu sərvətlər qiymətləndirilir. Qiymətləndirmə - hesablanmıĢ və ekspertiza olunmuĢ sərvətin dəyərinin müəyyən edilməsidir. Bu qiymətləndirmə iqtisadi münasibətlər, əqdlər bağlanması və vergi bazarının müəyyən edilməsi üçün vacibdir.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin