İqlim dəyişmələri. İqlim dəyişmələri planetar miqyaslı problemdir. O, Yerin ətraf mühiti üçün ciddi potensial təhlükə hesab edilir. Bu hadisənin əsasında “istixana effekti" dayanır. İstixana effekti istiliyin qazlar tərəfindən səthdə toplanmasıdır. Bu effektin mahiyyəti aşağıdaki kimidir: atmosferdə xüsusi qazlarm müəyyən konsentrasiyası mövcuddur. Bu qazlar Yerdəki həyatın təmin edilməsində mühüm rol oynayır. Onlar istiliyi atmosferin aşağı qatlarında saxlayaraq isti iqlim şəraiti yaradır. Bu qazlar "istilik effekti yaradan qazlar” adlanır. Onların konsentrasiyasının artması Yer səthində müəyyən yüksəklikdə "qaz pərdəsi örtüyü"nün yaranmasına və atmosferin aşağı qatlarımn temperaturunun xeyli artmasına səbəb olur. Statistik hesabatlar göstərir ki, 1890-cı ildə orta temperatur təxminən 14.50 C olduğu halda, 1990-cı ildə 150 - 15,20C olmuşdur.
Əvvəldə qeyd edildiyi kimi, istixana qazları özlüyündə (su buxarı, karbon dioksid, metan) Yerdeki həyat üçün çox vacibdir. Onlar Günəşdən Yer səthinə düşən enerjinin tam səpilməsinin qarşısını alır, planetin səthində həyat üçün zəruri temperatur intervalını təmin edir. Bu qazlar olmasaydı,Yer səthinin temperaturu indikindən təxminən 330 C aşağı olardı. Lakin bu qazların miqdarı yüksəldikcə temperatur həddən çox artaraq təhlükəli həddə yaxınlaşır. Başqa sözlə, Yer səthində “istixana qazları"rının konsentrasiyasının artması Yerdəki izafi infraqırmızı şüalanmanın geriyə - kosmosa səpilməsinin qarşısım alan "qaz örtüyü"nə çevrilir. Nəticədə, bu enerjinin böyük hissəsi Yera yaxın qatlarda toplanaraq onun səthinin qızmasına səbəb olur.
Tədqiqatlar əsasında iqlim dəyişmələrinin əsas fəsadları müəyyən edilmişdir. Bunların ən əsasları aşağıdakılardır:
• Yer səthinin qlobal orta temperaturunun artması. XIX əsrin ikinci yarısı ilə müqayisədə Yer səthinin orta dünya temperaturu 0.3 - 0.60 C artmışdır.
• Dünya okeanı səviyyəsinin yüksəlməsi. Qlobal istiləşmə dünya okean sularının temperaturunun artmasına, onun hüdudlarının genişlənməsinə səbəb olur. Buzlaqların və dəniz buzlarının ərimə sürəti artır. Bu amillar öz növbəsində okean səviyyəsinin artmasına səbəb olur. İqlim dəyişmələri üzrə dövlətlərarası ekspertlər qrupunun nəticələrinə görə, son 100 ildə okean səviyyəsi 10 - 25 sm artmışdır. Bu isa öz növbəsində ərazilərin subasmasına, bataqlıqlaşmasma, suyun duzluluğunun yüksəlməsinə, şirin su horizontlarımn pozulmasına, insanların öz yaşayış yerlərini tərk etməsinə səbəb olur.
Dostları ilə paylaş: |