Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022



Yüklə 0,77 Mb.
səhifə13/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

3.Energetik problemlər

Karbohidrogen tipli yanacaqlar. Bəzi hesablamalara görə, enerjidən istifadənin bugünkü tempi təxminən 200-300 ilə, o cümlədən neft 40-80 ilə, qaz 50-100 ilə, kömür 300-400 ilə çatar. Yeni yataqların istismarı getdikcə çətinləşir, onların maya dəyəri artır. Buradan belə bir sual meydana çıxır: insanlar enerji qıtlığı təhlükəsi ilə üzləşə bilərlərmi? Tədqiqatlar göstərir ki, enerjidən istifadənin effektivliyini artırmaqla və alternativ enerji mənbələri tapmaqla böhranın qarşısını almaq mümkündür.

Neft. Bu karbohidrogen ehtiyatı hələlik müasir energetikanın əsasını təşkil edir. İnkişaf etmiş ölkələr onun 60%-ni, inkişafda olan ölkələr isə 40%-ni istifadə edirlər. Keçən əsrin 70-ci illərindən etibarən energetik böhran başladı. Dünya neft istehsalının 37 %-ni verən Yaxın Şərq ölkələri neftin qiymətini kəskin artırdılar. 1973-1981-ci illərdə neftin qiyməti 5 dəfə artdə. Bü da öz növbəsində neftin və bütövlükdə, enerjinin qənaətinə sövq edən amilə çevrildi. Almaniyada dövlət müəssisələrindəki otaq temperaturu 180 C qiymətləndirildi, evlərin astanasındakı işıqlar insanların öz mərtəbələrinə çatma müddəti ərzində yandırılırdı. ABŞ-da istilik itkisinin qarşısını alan xüsusi örtüklü şüşələr istehsal olunmağa başladı. Sənayedə enerjiyə qənaət edən texnologiyalı sahələr inkişaf etməyə başladı. Enerjiyə qənaət edən avtomobil modelləri işlənib hazırlandı.

Neftdən istifadənin üstünlüyü ondan ibarətdir ki, qiymətlərin artmasına baxmayaraq o, nisbətən ucuz yanacaq növüdür, asanlıqla daşınır, yüksək enerji çıxışına malikdir. Neft, həmçinin çoxfunksiyalı yanacaq növüdür. Ondan nəqliyyatın hərəkətində, yüksək temperaturun alınmasında və elektrik enerjisi istehsalında istifadə etmək olur.

Neft yanmasının qüsurları ondan ibarətdir ki, bu zaman külli miqdarda karbon dioksid (CO2), kükürd oksidləri (SOx ), azot oksidləri (NOx) yaranır. Bu birləşmələr atmosferi çirkləndirir və planetar miqyaslı ekoloji problemlər (istixana effekti, turşu yağışları, qlobal iqlim dəyişmələri, ozon dəlikləri və s.) yaradır.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin