Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022



Yüklə 0,77 Mb.
səhifə10/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

Mikrosəviyyədə: Ətraf mühit və təbiətdən istifadə sferasına müəssisə, təşkilat, ferma və birliklərdə yaradılmış və ya yaradılmalı ekoloji bölmələri (xidmət, şöbə, sex və s.) aid edilir. Onların əsas vəzifələri konkret sahələrdə texni-ki-texnoloji prosesləri xammalın xüsusiyyətlərini, tullantıları, istehsal edilən məhsulun nomenklaturasını nəzərə almaqla təbii mühiti texnogen təsirlərdən qoru-maqdır.

Ətraf mühitdən istifadə səmərəli və qeyri-səmərəli ola bilər. Ətraf mühitdən səmərəli istifadə əsasən xətti iqtisadiyyatı dairəvi iqtisadiyyata çevirməklə ekosistemlərə ekoloji yükü kifayət qədər azaldır və dayanıqlı iqtisadiyyat üçün zə-min yaradır. Təbiətdən və ətraf mühitdən səmərəsiz istifadə isə əksinə ekoloji-iqtisadi potensialın qorunmasını təmin etməyən fəaliyyətdir. Bu isə çoxlu miqdarda antropogen xarakterli neqativ təsirlərin ətraf mühiti korlamasına səbəb olur (çirk-lənmə, təbii landşaftın pozulması, ekosistemin elementləri arasındakı əlaqələrin korlanması və s.). Son vaxtlar ədəbiyyatlarda, ətraf mühitə təsir göstərən bütün neqativ proseslərin məcmusunda pisləşmə, korlanma sözündən geniş istifadə edilir.

Məhz ətraf mühitdən və təbiətdən səmərəsiz istifadə ekoloji böhranlara səbəb olur, külli miqdarda dövlət və ya xüsusi vəsaitlərin artıq xərclənməsi ilə nəticələnir. Ətraf mühitdən səmərəli istifadə isə nəinki ətraf mühitin tarazlığını təmin edir, eyni zamanda əlavə maddi bəhrələrin əldə edilməsinə şərait yaradır, deməli, təbiətin mühafizəsi təmin edilir.

Ətraf mühitdən səmərəli istifadə iqtisadi kateqoriya kimi təbii ehtiyatlardan və ətraf mühitdən istifadə sahəsində iqtisadi münasibətlər sistemini əks etdirir. Təbiətdən və ətraf mühitdən səmərəli istifadə bir sıra sıx qarşılıqlı əlaqəli və bir-bi-rinin yaranmasında iştirak edən proses və hadisələrdən ibarətdir. Ətraf mühitdən səmərəli istifadə-təbii ehtiyatlardan səmərəli istifadə etmək, ayrı-ayrı təbii ehtiyatların artırılmasını təmin etmək və ətraf mühiti mühafizə üzrə proseslərdən ibarətdir. Bu proseslərin cəmi ekoloji-iqtisadi potensialın optimal səviyyədə dəstəklənməsinə yönəlməlidir.




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin