Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022


Ətraf mühit və təbiətdən istifadə barədə ümumi məsələlər



Yüklə 0,77 Mb.
səhifə8/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

4.Ətraf mühit və təbiətdən istifadə barədə ümumi məsələlər

“Ətraf mühit və təbiətdən istifadə” cəmiyyətlə təbiətin qarşılıqlı münasibəti şəraitində bir-birinə təsir prosesidir. Bu istifadə təbii-resurs potensialının istismarının bütün formalarının və onun qorunması tədbirlərinin cəmini əha-tə edir. Ətraf mühitdən istifadə özündə aşağıdakıları birləşdirir:

- təbii ehtiyatların hasili və emal edilməsi, onların bərpası və təkrar istehsalı;

- təbii həyat mühiti şəraitindən istifadə və onun mühafizəsi;

- təbii sistemlərin ekoloji balansının saxlanması, təkrar istehsalı (bərpası) və sərfəli dəyişdirilməsi bu cəmiyyətin inkişafı üçün təbii-ehtiyat potensialının saxla-nılmasına xidmət edir.

Təbii ehtiyatlar potensialı müxtəlif amillər üzrə - öz mənbələri və yerləşmə məntəqələrinə, tükənmə sürətinə, özünübərpa imkanına, bir ehtiyatın-sərvətin digəri ilə əvəz olunma imkanına və s. görə səciyyələndirilir.

İnsanın həyat tərzi və istənilən fəaliyyət növü, əməli olaraq təbii ehtiyatlarından istifadə edilməsi, ətraf mühitin vəziyyətinin dəyişdirilməsi, daha doğrusu, tarazlığının pozulmasına səbəb olur. Ətraf mühit və təbiətdən istifadənin öyrənilməsi və istifadə edilməsinin nizamlanması müəyyən ixtisas-laĢmalar əsasında təbii ehtiyatlardan səmərəli istifadə etməklə ətraf mühiti mühafizə deməkdir. Eyni zamanda təbiətdən istifadə insanların həyat fəaliyyətləri və təsərrüfatdan istifadə prosesində təbii mühitə təsir kimi qəbul edilməlidir. Ətraf mühit və təbiətdən istifadə həm də elmi sahədir, istiqamətdir və özünəməxsus üsullarla, yollarla insanların öz tələbatını ödəmək üçün təbii mühitdən istifadə məsələləri araşdırılır və öyrənilir.

Hazırda ətraf mühit və təbiətdən istifadəyə əsasən aşağıdakı kimi baxmaq olar:

1. Cəmiyyətin təbii ehtiyatlara tələbatını təmin etmək və ətraf mühitin zəruri ekoloji keyfiyyətini qoruyub saxlamaq;

2. Cəmiyyət və təbiət arasındakı qarşılıqlı əlaqə və ya təsir prosesində münasibətlər sistemini qiymətləndirmək.



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin