3. “Ətraf mühitin iqtisadiyyatı” nın tədqiqi problemləri və metodları
Təbiətin böyük fəlsəfi mahiyyəti vardır. O, insan zəkasından və başqa heç bir canlı varlıqdan asılı olmayan, öz-özünü tənzim edən ədəbi və sonsuz mövcud olan obyektiv varlıqdır. Təbiət təbii-tarixi proseslər və qanunauyğunluqlar əsasında yaranmış və inkişaf etmişdir. Təbiət əvvəllər cəmiyyətsiz mövcud olmuşdur. Tə-biətin özündən kənar heç bir ilkin yaradıcısı yoxdur. O, öz-özünə yaranmış və in-kişaf etmişdir.
İnsan da bəşəriyyətin, təbiətin bir hissəsidir, onun ən ali məhsuludur. Cəmiyyət təbiətsiz yaşaya bilməz, çünki, təbiət insana hər şey – qida, su, geyim, enerji, mineral sərvətlər, tikinti materialları, sağlamlıq, istirahət və s. verir. İnsan cəmiyyətinin varlığı təbii ehtiyatlardan və təbiətin vəziyyətindən asılıdır.
Keçmişdə insanlar təbiətdən çox asılı idilər, onlar təbiətin korlanmasını, çirklənməsini, təbii sərvətlərin və ya ehtiyatların azalmasını, tükənməsini fikirləşirdilər. Lakin, indi xüsusilə XX əsrin ikinci yarısında təbii ehtiyatların isti-fadəsi yüksək dərəcəyə çatmış, ətraf mühit çox çirklənmiş, bir çox sərvətlərin tükənməsi və yox olması (məsələn, bəzi əlvan metallar) təhlükəsi yaranmışdır.
Təbiət cəmiyyət üçün istehlak, elmi, sağlamlaşdırıcı tərbiyəvi, estetik, əxlaqi və psixoloji əhəmiyyətə malikdir. Təbiətin istehlak əhəmiyyətini sübut etmək üçün çoxlu faktlar gətirməyə o qədər də ehtiyac yoxdur. Məlumdur ki, təbiət və əmək maddi nemətlər istehsalının əsasını təşkil edir. Belə bir faktı yadda saxlamaq la-zımdır ki, insanın istifadə etdiyi hər bir məhsul mütləq təbii xammaldan və təbii şeylərdən alınır. Bunların mənbəyi isə təbiətdir.
Təbiətin elmi əhəmiyyətinə gəldikdə qeyd etmək lazımdır ki, həyatın inkişaf qanunauyğunluqları, müxtəlif proseslərin və təbii hadisələrin dərk olunması, təbii obyektlərin müşahidəsi, öyrənilməsi, təhlili və sintezi nəticəsində mümkündür.
Təbiətşünaslıq elmlərinin əhəmiyyəti tarixi təbiətin qanun və qanunauyğunluqlarının bütövlükdə dərk edilməsini öyrənməkdən ibarətdir. Təbiətin öyrənilməsi insanların həyat tərzinin yaxşılaşdırılmasına, təbiətdə tutduğu mövqeyinin düzgün təhlilinə onun fəaliyyətinin daha da səmərələşdirilməsi yollarının aşkara çıxarılmasına imkan verir.
İnsanla təbiətin qarşılıqlı münasibətinin təhlili ictimai, elm sahələrinin, ilk növbədə fəlsəfə elmlərinin inkişafını sürətləndirir. Insanın təbiətə münasibətinin obyektiv qiymətləndirilməsinin elmi əsasını dialektik inkişaf fəlsəfəsi təşkil edir.
İnsanın işlətdiyi məhsullar təbii sərvətlərdən alınır. İctimai istehsalın gələcək inkişafını təmin etmək üçün bütün sərvətləri qorumaq, eyni təbii ehtiyat mənbələri və ya onları əvəz edən maddələr tapmaq lazımdır.
Təbiət bütün elmlərin və biliklərin mənbəyidir. İnsan təbiəti öyrənərkən obyektiv qanunlara əsaslanır o, bu qanunlara əsasən təbii qüvvələrin və proseslərin hərəkəti ilə sərvətlərdən istifadə edir və cəmiyyətin istifadəsinə verir.
Təbiət insan orqanizminə sağlamlaşdırıcı təsir göstərir. Məsələn, insan özünü meşəliklərdə, parklarda, bağlarda, dəniz sahillərində şəhərdəkinə nisbətən yaxşı hiss edir, çünki, həmin yerlərin havası şəhər havasına nisbətən daha təmizdir, azonla, yüngül oksigen ionları ilə, fitonsidlərlə zəngindir. Dağ ərazilərinin və dəniz sahillərinin sağlam iqlimi, təmiz suyu və digər əlverişli xassələri insan orqanizmi üçün çox əhəmiyyətlidir. Deməli, təbiət sağlamlıq mənbəyidir.
Təbiətin tərbiyəvi əhəmiyyəti onun insana yaxşı mənəvi təsir göstərməsindədir. Təbiətlə ünsiyyət uşaqların hərtərəfli inkişafına kömək edir. Uşağa düzgün tərbiyə verildikdə o təbiəti sevir və getdikcə təbiətə məhəbbət hissi öz Vətəninə məhəbbət hissinə çevrilir. Təbiət bədii yaradıcılığa imkan verir. Təbiət mənzərələrinin təsviri böyük bəstəkarların, rəssamların və yazıçıların əsərlərində xüsusi yer tutmuşdur.
Təbiət poeziyanın, ədəbiyyatın və s. inkişafına böyük təsir göstərmişdir. Təsadüfi deyildir ki, ən yaxşı sənət əsərlərində təbiət tərənnüm olunur. Təbiət və onun gözəlliyi insanda yüksək müsbət emosiyalar, könül xoşluğu yaradır. Ulu babalarımız təbiətə, onun ayrı-ayrı varlıqlarına (torpağa, suya, oda, bəzi heyvanlara və s.) səcdə etmişlər. Odu, suyu təhqir etmək, bəzi heyvan və quşları (pişik, qa-ranquş və s.) vurmaq günah sayılırdı, qaranquşun, sağsağanın oxuması şad xəbərin müjdəsi kimi qiymətləndirilirdi.
Təbiət – insan şüurundan asılı olmayaraq zaman və məkan daxilində mövcud olan sonsuz bir varlıqdır. Təbiət bir tərəfdən insanın yaşamasını təmin edən bir va-sitə, digər tərəfdən onun fəaliyyətini təmin etmək üçün ehtiyat mənbəyidir. İnsan cəmiyyəti həmin ehtiyatlardan istifadə üçün elmi əsaslarla təbiətə təsir metodlarını müəyyənləşdirməyə çalışmışdır. Ətraf mühitdən istifadənin metodları müxtəlif elmlərin qarĢılıqlı əlaqəsi nəticəsində mümkün olmuĢdur. Bu elm təbiət və cə-miyyətdə baş verən iqtisadi və ictimai hadisələrin qanunauyğunluqlarını öyrəndiyi üçün iqtisadi, ictimai və dəqiq elmlərlə sıx əlaqəsi vardır. O cümlədən riyaziy-yat, iqtisadiyyat, tarix, coğrafiya, geologiya, kimya, fizika, texnika və s. qarşılıqlı əlaqədə inkişaf edir, formalaşır. Bu elmlərin qarşılıqlı əlaqəsi özlüyündə təbiətdən istifadənin metodlarını müəyyənləşdirməyə şərait yaradır. Riyazi metoddan istifadə olunması geoloji axtarışlar nəticəsində müəyyən olunmuş təbii ehtiyatların potensial imkanlarını müəyyən edir. Həmin potensial imkanlar, eh-tiyatlar əsasında ərazi daxilində müvafiq sənaye sahələrinin yerləşdirilməsi üçün əlverişli şəraitdə olub-olmadığını müəyyənləşdirir. Bu metoddan istifadə mümkün olan bütün yeraltı və yerüstü təbii sərvətlərə aid edilir.
Ətraf mühitin iqtisadiyyatı iqtisad elmləri sırasında getməsinə baxmayaraq təbii, əmək ehtiyatlarından istifadə, iqtisadi sahələrdə çox mühüm əhəmiyyət kəsb edən məhsuldar qüvvələrin ərazi üzrə yerləşdirilməsi məqsədilə balans, statistik, tarixilik, çöl tədqiqatı və s. metodlarından istifadə etməklə təbii ehtiyatlardan isti-fadənin kəmiyyət və keyfiyyət göstəricilərini, istehsal sahələrinin inkişaf xüsusiyyətlərini, istiqamətlərini və illər üzrə dinamik inkişafını iqtisadi göstəricilərlə əks etdirir.
Ətraf mühitin iqtisadiyyatında tarixilik metodu çox mühüm əhəmiyyət kəsb edir. Burada təbii ehtiyatların əmələ gəlməsi qanunauyğunluqları, təbiət və cəmiyyətin qarşılıqlı əlaqəsi, təbii ehtiyatların istifadəsi, ayrı-ayrı istehsal sahələ-rinin inkişaf tarixi və ərazi üzrə yerləşdirilməsi müəyyənləşdirilir.
Coğrafi tədqiqatlardan istifadə etməklə ərazinin təbii iqtisadi şəraitini, yaşayış məskənlərinə yaxın, yaxud uzaqlığı, təbii sərvətlərin daşınmasında əhəmiyyət kəsb edən nəqliyyat sahələrinin inkişaf etməsi, təbii şəraitindən asılı olaraq ehtiyatların istehsal dövriyyəsinə cəlb olunması iqtisadi səmərəliliyin yüksəlməsinə təsir edən metodlardan biri kimi qiymətləndirilir.
Təbii ehtiyatların ərazi üzrə yayılma qanunauyğunluqlarının və geoloji xüsusiyyətlərinin müəyyənləşdirilməsində geoloji tədqiqatlar metodundan istifadənin özünəməxsus xüsusiyyətləri vardır. Təbii sərvətlərin əmələ gəlməsində hər bir ərazinin geoloji yaş tarixi əsas amillərdən sayılır. Geoloji yaş dedikdə təbii sərvətlərin əmələ gəlməsində təsiredici rola malik olan geoloji eralar və dövrlər nə-zərdə tutulur. Bu metodlardan istifadə etməklə filiz və qeyri filiz təbii ehtiyatlarının yayıldığı süxurların tərkibindən asılı olaraq ehtiyatların zəngin olub-olmaması, sənaye əhəmiyyəti kəsb etməsi aşkara çıxarılır.
İqtisadi sahələrin inkişafında bioloji ehtiyatların rolu əhəmiyyətli dərəcədə artır. Bioloji ehtiyatlar suda və quruda yayılmaqla insanın ən çox istifadə etdiyi ehtiyatlardan hesab olunur.
Təbiətdən istifadənin ən mühüm nailiyyətlərindən biri təbii ehtiyatların hasilatı və istehsal dövriyyəsinə cəlb olunması zamanı texnikanın yeni nailiyyətlərinin mənimsənilməsidir.
Ətraf mühitin iqtisadiyyatında tətbiq olunan metodlardan biri statistik metoddur. Statistik metod təbii sərvətlərdən istifadənin dinamikasını müəyyənləşdirir. Bu metodun əsas məqsədi təbii ehtiyatların potensial imkanlarına uyğun istifadəsi və tükənməsinin qarşısının alınmasında iqtisadi göstəriciləri aydın əks etdirir.
Cəmiyyətin həyatındakı bütün müsbət cəhətlər təbiətin daha düzgün qiymətləndirilməsini, ona qayğıkeşlə yanaşmasını tələb edir. Təəssüf ki, bəzən insanın təsərrüfat fəaliyyəti təbiətə mənfi təsir göstərir və nəticədə atmosfer çirklə-nir, şirin su mənbələri yararsızlaşır, meşələr qırılır, torpaqlar korlanır –eroziyaya uğrayır, şoranlaşır, bataqlıqlaşır, flora-fauna ehtiyatları, faydalı qazıntılar azalır və s.
Ətraf mühitin iqtisadiyyatı öz aralarında qarşılıqlı əlaqədə olan problemlərin iki qrupunu tədqiq edir:
- istehsalatda və istehlakda zəruri olan təbii ehtiyatlardan iqtisadi baxımdan səmərəli istifadə edilməsi;
- ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması və ya ləğv edilməsinin iqtisadi cəhətdən ən məqsədəuyğun üsullarının seçilməsi.
Bu problemləri məhsuldar qüvvələrin inkişafı, elm və texnikanın tərəqqisi gedişində tələbatın dəyişməsini nəzərə almaqla həll edilməlidir.
Hazırda təbiətin mühafizəsi dedikdə təkcə onun elmi, estetik, tərbiyəvi və insanların sağlamlığı üçün əhəmiyyətli obyektlərin qoruyub saxlanması nəzərdə tutulmur. Bu təbiətlə cəmiyyət arasındakı qarşılıqlı əlaqənin inkişafını nəzərdə tutur. Daha doğrusu istehsal proseslərinə cəlb olunan təbii sərvətlərin həcmi və miqdarı artdıqca, eyni zamanda elmin yeni nailiyyətləri əsasında təbiət qanunları, təbiətlə cəmiyyətin qarşılıqlı əlaqəsi qanunauyğunluqları daha dərindən dərk edildikcə məlum olmuşdur ki, təbiətin mühafizəsi yalnız ayrı-ayrı obyektlərin kon-servasiyası və mühafizəsindən ibarət olmayıb, daha geniş miqyaslı bir problemdir. Bu təbii ehtiyatlardan səmərələri istifadə, onların qorunması və təbiət qanunlarına əsaslanmaqla bərpa edilməsi üzrə tədbirlər kompleksidir. Bu problemin həcmi müxtəlif sosial- iqtisadi quruluşda müxtəlif cür həll olunmuşdur. Hazırki cəmiyyətdə təbii ehtiyatlar üzərində xüsusi mülkiyyət hökm sürdüyü üçün təbiətin mühafizə problemləri kompleks həll edilir. Yeni iqtisadi münasibətlərdə təbiətin mühafizə problemləri ilə əlaqədar olan bütün vəzifələrin yerinə yetirilməsi elmi metodologiyası əsasında cəmiyyətlə təbiətin ahəngdar qarşılıqlı əlaqələrinin təmin olunmasına yönəldilmişdir. Yalnız şüurlu demokratik qanunlar təbiətlə cəmiyyət arasında obyektiv, düzgün, ahəngdar qarşılıqlı əlaqə yaradılmasına imkan verir. Təbiətin mühafizəsinin elmi əsaslarına yiyələnmək üçün təbiətin təbii mühitin tərkib hissələrini və xüsusiyyətlərini bilmək, planetimizin təbii sərvətlərini və ətraf mühitin mühafizəsi üzrə planetar və regional miqyasda təzahür edən problemləri araşdırmaq lazım gəlir.
Bütövlükdə, ƏMİ-nın əməli aspekti üç qrup problemi özündə birləşdirir:
1) Təbii ehtiyatların iqtisadi qiymətləndirilməsini;
2) Ətraf mühitin çirklənməsindən dəyən iqtisadi zərərin qiymətləndirilməsini (hesablanmasını);
3) Ekoloji amillərin təsərrüfat mexanizminə və cəmiyyətdə qərarların qəbul edilməsinə cəlb edilməsini.
T.Titenberq hesab edir ki, ƏMİ eyni dərəcədə həm nəzəri, həm də təcrübi elm sahəsidir. O, nəinki yalnız ekoloji-iqtisadi analizin fundamental prinsiplərini, həm də ekoloji tənzimləmə tədbirlərini əhatə edir. ƏMİ təbiətdən və ətraf mühitdən istifadədən başqa, iqtisadi nəzəriyyə (tələbatla məhdud resurslar arasındakı ziddiyyət, zahiri səmərə, tələb, təklif və s.), funksional və sahələr üzrə iqtisadi məsələlər (maliyyə, statistika, meşə iqtisadiyyatı və s.), sosial və iqtisadi coğrafiya, habelə bir sıra təbiət (ilk növbədə ekologiya) və texniki elmlərlə sıx əlaqədardır.
ƏMİ fənninin predmeti abstraksiyanın ən yüksək səviyyəsində, xalq təsərrüfatı (makroiqtisadi) mövqedən və iqtisadi-ekoloji prioriteti nəzərə almaqla bütün təbii mühiti əhatə edir. Eyni zamanda bu elm sahəsi həm də mikroiqtisadi prosesin analizindən, ekoloji sahibkarlıq problemlərindən, ekoloji marketinqdən və s. bəhs edir.
Dostları ilə paylaş: |