Ətraf mühit və təbiətdən istifadənin iqtisadiyyatının məsələləri – sənaye istehsalı ehtiyatların məhdud olması, ənənəvi olaraq, iqtisadiyyat elminin təhlil obyekti olmuşdur. İqtisad elmi məhdudiyyətlər çərçivəsində sahibkarlıq fəaliyyətinin təhlili üsullarına malikdir (dəyər nəzəriyyəsi və hüdudluq dərəcəsi nəzəriyyəsi).
Ənənəvi iqtisadi nəzəriyyələrin gələcək inkişafı və onların təbii ehtiyatların əmtəə kimi keyfiyyətcə qiymətləndirilməsi – “ətraf mühitin iqtisadiyyatının” qarşısında duran əsas məsələdir. Beləliklə “Ətraf mühitin iqtisadiyyatı” elmi təbiətdə əşyaların dinamik, mütənasib dövr etməsi üçün insanın təbiətə yüksək səviyyədə səmərəli təsir üsullarını öyrənən elmdir.
Ətraf mühitin əsas məsələləri təkrar istehsal üçün normal təbii şəraitin saxlanmasına xərclərin artımının təmini və təhlili, təbii ehtiyatların və insan fəaliyyətinin ətraf mühitə vurduğu ziyanların qiymətləndirilməsidir.
Dostları ilə paylaş: |