2.Ətraf mühitin iqtisadiyyatı elminin predmeti, məqsəd və vəzifələri.
Ətraf mühitin iqtisadiyyatı elmi – təbiət və cəmiyyət sistemlərində ümumi qanunauyğunluqlarını öyrənir.
Fənnin tədqiqat obyekti – təbiət-cəmiyyət sistemində baş verən ictimai, iqtisadi və ekoloji qanunauyğunluqların vəhdətidir.
Fənnin predmeti – insanların təsərrüfat fəaliyyətində mühüm əhəmiyyət kəsb edən resursların hasilatı, emalı və istehsalı prosesində yaranan iqtisadi münasibətlərin məcmusudur.
Fənnin məqsədi – təbii sərvətlərdən səmərəli istifadə olunmaqla istehsalın dinamik inkişafına nail olmaqdır. Bu məqsədə çatmaq üçün məhsuldar qüvvələrin təbii sərvət mənbələrinə yaxınlaşdırılması; istehsalın ərazi üzrə təşkilində təbii ehtiyatların potensial imkanlarının nəzərə alınması; təbii sərvətlərin istehsalında elmi proqnozlara əsaslanmaq; təbii sərvətlərdən istifadədə ərazinin təbii-iqtisadi şəraitinin nəzərə alınması; təbii ehtiyatların istifadəsində müasir texnologiyalardan istifadə olunması əsas şərtlərdən hesab olunur.
33Bu elmin əsas vəzifəsi təbiətdən səmərəli istifadə etməklə cəmiyyətin maddi və mənəvi ehtiyatlara olan tələbatını ödəməklə yanaşı, təbiətlə cəmiyyətin qarşılıqlı əlaqəsini təmin etməkdən ibarətdir. Həmçinin təbii ehtiyatların kəmiyyət və keyfiyyət göstəricilərindən asılı olaraq iqtisadi cəhətdən qiymətləndirilməsini müəyyənləşdirir. Fənnin elmi əhəmiyyətinə gəldikdə qeyd olunmalıdır ki, həyatın inkişaf qanunauyğunluqları, müxtəlif proseslərin və təbii hadisələrin dərk olunması, təbii obyektlərin müşahidəsi, öyrənilməsi, təhlili və sintezi nəticəsində mümkün olur.
İnsanla təbiətin qarşılıqlı əlaqəsinin təhlili ictimai elm sahələrinin ilk növbədə fəlsəfə elmlərinin inkişafını sürətləndirir. İnsanın təbiətə münasibətinin obyektiv qiymətləndirilməsinin elmi əsasını təbiətin dialektikası təşkil edir.
Təbiət bütün elmlərin və biliklərin mənbəyidir. İnsan öz şüuru ilə təbiəti öyrənərkən obyektiv qanunları kəşf edir və bu qanunlara əsasən təbii qüvvələri və prosesləri cəmiyyətin istifadəsinə verir.
ƏMİ-nin predmetini insanlar ilə ətrah mühit arasındakı qarşılıqlı əlaqədə yaranan prosesler, təbiətin gücü və resurslardan istifadə, onlarin mühafizəsi, bərpası, yeni ekoloji-iqtisadi münasibətlər təşkil edir.
Ətraf mühitin iqtisadiyyatının əsas vəzifələrindən biri istehsal vasitələrini təkmilləşdirməklə təbii resursların istifadə xüsusiyyətləri, istifadə dərəcəsi və effektivliyini müəyyənləşdirməkdir. İkinci tərəf isə təbii resurslardan istifadə zamanı məhsuldarlığı artırmaqla yanaşı insanın yaşadığı mühitin mühafizəsinə riayət olunmasıdır. Hazırda bu məsələ təbiətdən istifadənin mühüm qlobal məsələləri kimi qiymətləndirilir.
Ətraf mühitin iqtisadiyyatının funksiyaları və onun yerinə yetirilməsinin vəzifələri. ƏMİ-nin funksiyaları aşağıdakılardır:
1.istiqamətləndirici- ekoloji məqsədin müəyyənləşdirilməsi və onun reallaşması yollarının seçilməsi
2.koordinasiyaedici- təbii resursla təlabatın balanslaşmış miqdarının təminatı, təbiətdən istifadəçilər və istehsal ilə cəmiyyətin ekoloji maraqların razılaşdırılması
3.stimullaşdırıcı- cəmiyyətin və təsərrüfat subyektlərinin fəaliyyətində təbiəti mühafizənin aktivləşdirilməsi Bu funksiyaları yerinə yetirmək üçün ƏMİ aşağıdakı vəzifələri irəli sürür:
1.İqtisadiyyatın inkişafında resurs qoruyucu strateji istiqamətin işlənməsi və dövlətin ekoloji siyasəti
2.dövlət tənzimləmə, proqnozlaşdırma sisteminin formalaşması və təbiəti mühafizə tədbirlərinə nəzarət
3.bazar münasibətləri şəraitində ƏM-dən istifadənin təsərrüfat mexanizminin tədqiqi və elmi əsaslandırılması
4.təbiətdən istifadənin idarə edilməsinin təşkilatı məsələlərinin təkmilləşdirilməsi
5.ƏMM-nin iqtisadi mexanizminin işlənilməsi və effektli təbiətdən istifadədə bazar vasitələrinin tədbiqi
6.istehsal obyektlərində təbiəti mühafizə fəaliyyətinin iqtisadi gösəricilərində metodiki yanaşmanın və ətraf mühitə təsiri vəziyyətinin nəzəri əsaslandırılması
7.ətraf mühitə təsir edən zərərli təsirlərin azaldılması, təbii resurslardan istifadənin effektivliyinin yüksəldilməsi, məhsulun kompleks emalı, təkrar istehsalı və s. üçün metodların seçilməsi.
Dostları ilə paylaş: |