MÖVZU 2. QLOBAL EKOLOJİ PROBLEMLƏR
1.Əsas qlobal ekoloji problemlər
2.Demoqrafik problemlər
3.Energetik problemlər
4.İqlim dəyişmələri və qlobal istiləşmə
1.Əsas qlobal ekoloji problemlər
Adətən, qlobal ekoloji problemlər deyərkən, ətraf təbii mühitə, bütövlükdə təbii aləmə toxunan, əsasən, insan mənşəli – təbii (təbii - antropogen) və sırf insan mənşəli (antropogen), o cümlədən iqtisadi, sosial və s. hadisələr nəzərdə tutulur. Başqa söz1ə, qlobal ekoloji problemlər insanın fəaliyyəti nəticəsində bütövlükdə Yer kürəsinin təbii mühitinin köklü dəyişməsidir. Elmi proqnozlara görə, Yerin özünübərpa imkanlarını aşan bu dəyişmələr onun strukturunun və funksiyasımn köklü dəyişməsinə gətirərək, sonda təbii mühitin dağılmasına, insan həyatının məhvinə səbəb ola bilər. Diqqət yetirək: məhz insan həyatının məhvinə. Okeanların dərinliklərində on minlərlə atmosfer təzyiq altında və Günəş şüalarının tamamila düşmədiyi zülmət qaranlıqlarda, qaynayan qeyzerlərdə, dərin mağaralarda, Yerin və suyun dərin qatlarında, oksigen olmayan hava şəraitində tapılmış orqanizmlər onu göstərir ki, Yerin həyat sığorta sistemi çoxşaxəli və genişdir. Lakin hava, su, torpaq, landşaft və onların komplekslərinin pozulması müəyyən dövrdən sonra həyat sisteminin dağılmasına, bəşəriyyətin məhvinə səbəb ola bilər. Ətraf mühitin mühafizəsi üzrə BMT İnkişaf Proqramı və Avropa İttifaqının rəsmi sənədlərinə görə, müasir dövrdə ətraf mühitin mühafizəsi sahəsindəki əsas qlobal ekoloji problemlər bunlardır:
• demoqrafik problemlər;
• energetik problemlər;
• iqlim dəyişmələri;
• ozon qatının dağılması;
• tullantlların idarə edilmesi;
• torpaqların deqradasiyası;
• şirin su ehtiyatlarının idarə edilməsi;
• dəniz hövzələri və sahil ərazilarin çirklənməsi;
• şəhər stressi;
• bioloji müxtəlifliyin məhvi.
Dostları ilə paylaş: |