Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022


MÖVZU 3. İQTİSADİ İNKİŞAFIN EKOLOGİYALAŞDIRILMASININ ƏSAS İSTİQAMƏTLƏRİ VƏ DAVAMLI İNKİŞAF



Yüklə 0,77 Mb.
səhifə21/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

MÖVZU 3. İQTİSADİ İNKİŞAFIN EKOLOGİYALAŞDIRILMASININ ƏSAS İSTİQAMƏTLƏRİ VƏ DAVAMLI İNKİŞAF
1. Ekoloji-iqtiadi sistem. İqtisadi inkişafın ekologiyalaşması

2.İqtisadi inkişafda davamlı inkişaf

3.Azərbaycanın davamlı inkişafa keçid konsepsiyası

1. Ekoloji-iqtiadi sistem. İqtisadi inkişafın ekologiyalaşması

Ekonomika və ekologiya sözləri arasındakı dərin əla­­­qə adlarından da görünür. Ekologiya yunancadan hər­­­fi tərcü­mədə ev, iqtisadiyyat isə ev təsərrüfatının ida­rə edil­­məsi mənasını bildirir. İqtisadiyyat müasir an­la­ma­­ya gö­­rə istehsal şəraitini və onun formalarını, əmtəə mü­­ba­di­­lə­sini, o cümlədən onun paylanmasını əhatə edir. İs­­təni­lən öl­kənin iqtisadiyyatı çox böyük sistem olub, müx­­tə­lif sa­hə­lərdən ibarətdir. İqtisadiyyatın hər bir hal­q­a­sı sis­t­emin kom­ponenti kimi başqalarından nə isə al­maq­la möv­cud ola bilər. İqtisadiyyat özünün inkişafına gö­rə da­ha qədim ol­masına baxmayaraq müəy­yən inkişaf mər­­hə­ləsində ətraf mü­hitə təsiri güclən­miş­dir. Xüsusi ilə sə­na­yenin və kənd tə­sərrüfatının sürətli inkişafı ətraf mü­­hi­tə külli miqdarda tul­lantıların atıl­ma­sı­na şərait ya­rat­­mış­dır. Həmin tul­lan­tı­la­rı aradan qaldır­maq üçün ek­o­lo­gi­ya elminin nai­liy­yət­lə­rin­dən istifadə olunmaqla ətraf mü­hitin mühafizəsi üçün əl­verişli şərait yaranır. Bu cə­hət­dən iqtisadiyyatla eko­lo­gi­ya bir-biri ilə bağlı ka­te­qo­ri­ya olub, vəhdət təşkil edir. La­kin ilk ba­xış­da iq­ti­sa­diy­ya­tın ekologiya ilə heç bir əlaqəsi ol­madığı görünür. Ta­rixi baxımdan da iqtisadiyyat eko­lo­­ji göstəricilərlə mü­qayisədə nisbətən sərbəst inkişaf et­miş­dir. Bununla ya­naşı cəmiyyət bütün tarixi dövrlərdə təbii eh­ti­yat­lar­dan asılı vəziyyətdə olmuş və ondan is­ti­fa­də et­mək­lə öz tə­ləbatını ödəmişdir. İqtisadiyyatla eko­logiya ara­sında əla­qə insanın dəyişdirdiyi təbii alə­min onun tə­sər­rü­fa­tı­na əks təsiri aydın olandan sonra dərk olunmağa baş­lan­mış­dır. Ekologiyalaşdırılmış iqti­sa­diyyatda isteh­sa­lın məq­sədi ekologiyanın prinsipləri və məhsuldar qüv­və­lə­rin ən vacib tərkib hissəsi sayılan işçi qüvvəsinin sağ­lam­­lığı üçün təhlükəsiz olan əmək şəraiti ilə müəyyən olun­­malıdır. Eyni zamanda iqtisa­diy­yat yalnız gəlir mən­­­bə­yi deyil, ümumi ekoloji hadi­sə­ləri özündə cəm­ləş­­­dir­mək­lə onların həllinə şərait ya­ra­dır. Müxtəlif növ tə­­bii eh­ti­yatlardan istifadə, həmçinin ayrı­lıq­da iqtisadi sa­­hələrin for­malaşmasına zəmin ya­ra­dır. İqtisadi sa­həl­ə­rin meydana gəl­məsi özü ilə bə­ra­bər müəy­yən dərəcədə çirk­­lənmə mən­bəyi yaradır. İqti­sa­di amillə­rin təsiri al­tın­­da yaranan eko­loji problemlər iqti­sa­di sa­hə­lər­dən əl­də olunan gəlirlər va­sitəsilə həll olu­nur.




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin