Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022


EİS üç əsas toplayıcıdan (tərkib hissəsindən) iba­­rət­­dir: ətraf təbii mühit, cəmiyyət, həyat fəaliy­yəti



Yüklə 0,77 Mb.
səhifə23/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

EİS üç əsas toplayıcıdan (tərkib hissəsindən) iba­­rət­­dir: ətraf təbii mühit, cəmiyyət, həyat fəaliy­yəti. Hər üç komponent maddələrin təbiətdə dövriyyəsi vasitəsilə bir­-biri ilə əlaqədar olmaqla cəmiyyətdə funk­sional tə­li­mat ya­radır.

Ətraf mühitdən istifadə prosesi həmişə hər-hansı bir əra­zi çər­çivəsində (daxilində) həyata keçirilir və odur ki, re­­gio­nal EİS ayırmaq lazım gəlir. Bu sistemin strukturu özün­də 6 prosesi əks etdirir. Həmin proseslərdə müvafiq əla­qələr ya­radırlar:



  1. istehsalat və xidmətlə bağlı sosial-iqtisadi əla­qə­­lər;

  2. ekosistemlərdə (biosenozlarda) yaranan əla­qə­lər;

  3. ətraf mühitdən iqtisadi-ekoloji sferaların ya­rat­dı­­ğı sin­tetik əlaqələr;

  4. ekoloji-iqtisadi təbiətdən istifadə və təsərrüfat fəa­­liy­yətinin digər növlərinin ƏTM təsiri ilə yaranan əla­­qə­lər;

  5. sosial-ekoloji ƏTM insanların sağlamlığına və hə­­­­yat fəaliyyəti şəraitinə təsiri ilə yaranan əlaqələr;

  6. ekoloji və atropogenləşmiş şəraitin ətraf mühitə tə­­­siri ilə yaranan əlaqələr.

Ekoloji-iqtisadi sistemdə qarşılıqlı əlaqələrin dərk edil­­məsi sayəsində ekoloji-iqtisadi proqnozlaşdırma in­ki­­şaf etməkdədir. V.İ.Vernadski biosferin yeni bir və­ziy­yətə keç­məsini qabaqcadan xəbər verdi. Həmin yeni və­ziyyəti V.İ.Vernadski “Noosfera” adlandırdı. Onun fik­rincə insan ən güclü geoloji qüvvəyə (amilə) çevrilir. Noo­sfera (yeni qa­bıq, təbəqə) – dərrakə (zəka) sferası mə­nasını da ifadə edir. Bu sfera biosferin inkişafının ye­ni mər­hələsidir, daha doğ­rusu cəmiyyət və təbiət ar­as­ın­da­kı mü­nasibətlərə ağıllı nəza­rət etmək mərhələsidir. Noosfer­də insanın dərrakəli fəa­liyyəti, inkişafı və təbiəti is­­tiq­a­mət­ləndirən qüvvəyə çev­rilir. Cəmiyyətlə təbiətin bir­­gə in­kişaf prosesinə koevol­yusiya (birgə təkamül) de­yi­­lir.

Təbii elementlərin, xassələrin və hadisələrin tam (bü­­t­öv) cəmini səfərbər edərkən, hərəkətə gətirərkən, iq­ti­­­sa­diy­yatın fəaliyyətinin təmini üçün istifadə edərkən, bu özü­nü təbii bir potensial kimi büruzə verir. Həmin po­­t­en­si­al “Ekoloji-iqtisadi potensial” adlanır və iq­ti­sa­diy­yatın in­ki­şaf imkanlarını müəyyən edir. Təbiət iq­ti­sa­diy­yat hü­dud­larından kənarda yerləşərək, potensial kimi özü­nü büruzə verir. Təbii potensial bir tərəfdən təbii ehtiyatların po­tensialı kimi, digər tərəfdən iqtisadiyyatın ümu­­mi şə­rai­ti, yəni sərvətlərin istehsalata və istehlaka cəlb edilmə im­kan­ları, emal prosesi, tullantıların qəbul ye­­ri kimi, daha doğ­rusu “Ekoloji potensial” kimi tə­za­hür edir.

Təbiətin bir sıra obyektlərini eyni zamanda həm ehtiyat­ların potensialı, həm də ekoloji potensial kimi qiy­­­mət­lən­dirmək olar (meşə, atmosfer, hidrosfer və s.). Tə­­bii eh­ti­yatlar potensialı və ekoloji potensial ictimai tək­­rar is­teh­sal zamanı onlara yanaşmadan (münasibət) ası­­lı olaraq bir­-birindən fərqlənirlər. Təbii ehtiyatlar po­ten­­sialı adətən ic­timai məhsulun substansiyası kimi tə­za­­hür edir lakin, onun istifadəsi əməyin ilkin sərfini tə­ləb edir. Ekoloji po­ten­sial təbii ehtiyatlar potensialının ele­­mentlərinin iqtisadi döv­riyyəyə cəlb edilməsinin za­hi­­ri şəraitini təmin edir və bu­nunla əlaqədar müəyyən şə­­rait yaranır. Ekoloji po­ten­si­al öz yararlığını ilkin xərc sərf etmədən müəyyən anadək gös­tərir. Təbii eh­ti­yat­la­rın ayrı-ayrı hissələri adətən ayrıca is­tifadə edilir və mül­­kiyyət obyektinə çevrilir, yəni mü­va­fiq olaraq alqı-sat­­qı obyekti olurlar.

Ekoloji-iqtisadi potensial təbiət obyektlərinin ic­ti­mai is­tehsalda yalnız iştirak etmək və insanların həyat fəa­­­liy­yə­tini təmin etmək imkanlarını ifa edirlər. Bu pro­ses­­d­ə im­kan zərurətə çevrilərkən, təbiət elementləri-tə­bii şə­ra­it­dən məhrum edilirlər.




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin