Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022


) Bioloji; 2) Ekoloji



Yüklə 0,77 Mb.
səhifə49/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   45   46   47   48   49   50   51   52   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

1) Bioloji;

2) Ekoloji;

3) Sosial.

Ekoloji risk amilləri. Atmosferin fiziki və kimyəvi xassələrinin dəyişməsi, hava, su, torpaq, qida məhsullarının çirklənməsi, hava hadisələrinin kəskin dəyişməsi, radiasiya, maqnit və digər şüalanmanın yüksək səviyyəsi bronx, ağ ciyər xəstəliyinin inkişafına təsir göstərir. Temperaturun, atmosfer təzyiqinin və maqnit sahəsinin gərginliyinin sutkalıq kəskin dəyişməsi ürək-damar xəstəlik-lərinin ağırlaşmasına səbəb olur.

Bioloji risk amillərinə genetik və ontogenez dövründə insan orqanizminin qazandığı xüsusiyyətlər aiddir. Məlum olduğu kimi, bəzi xəstəliklərə çox vaxt milli və etnik qruplarda rast gəlinir. Hipertoniya, xora xəstəlikləri, şəkər diabeti və başqa xəstəliklərə irsi meyllilik də mövcuddur. Bir sıra xəstəliklərin, o cümlədən şəkər diabeti, ürəyin işemiya xəstəliyinin baş verməsinin ciddi amili köklük hesab olunur.

Sosial amillər. Həyat şəraiti və tərzi. Siqaret çəkmə, alkoqol və narkotik qəbul etmə, düzgün qidalanmamaq, yuxusuzluq stress vəziyyət, zərərli iş şəraiti, pis maddi-məişət şəraiti, urbanizasiyanın yüksək olması.

Faydalı qazıntı sərvətləri əsasında işləyən müasir müəssisələr iqtisadi, sosioloji məsələlərin həllində yüksək göstəricilərə malik olmaqla ərazi-istehsal komplekslərinin səmərəli inkişafına xidmət edir. Lakin, müvafiq sahələrin və reqionların inkişafı üçün yer tutan kəmiyyət göstəriciləri keyfiyyət göstəriciləri ilə tamamlanmalıdır.

Yeraltı xammal sərvətlərinin komplekslik əmsalı nə qədər yüksək olsa, tullantıların miqdarı bir o qədər azalır, müəssisələrin sərfəliliyi o qədər də artar, onun gəlir və yığım fondu çox olar. Lakin, filiz saflaşdırma, metallurgiya, kimya, yanacaq, energetika, tikinti sənaye müəssisələri tullantıların ətraf təbii mühitə, təsərrüfata, əhaliyə verdiyi zərəri aradan qaldırmaq bir sıra mühüm tədbirlərin həyata keçirilməsini tələb edir. Göstərilən xammal ehtiyatından istifadə edilməsi, tullantıların azaldılmasına dair texniki-iqtisadi tədbirlərin həyata keçirilməsini qarşıya qoyur.

Qeyd etmək lazımdır ki, son illərdə respublikamızda istifadə edilən mineral xammal sərvətlərinin həcmi 10 dəfə artmışdır. Bununla yanaşı hasilat, filiz saflaş-dırma və emal proseslərində çıxan tullantıların həcmi də artır. İlkin və təkrar xammalla işləyən sənaye müəssisələri indi respublikamızda istehsal olunan sənaye məhsulunun 40%-ni və milli gəlirin xeyli hissəsini verir. Dağ-mədən emaledici müəssisələrində yaranan milli gəlirin səviyyəsi ilə məhsul alınmasına sərf edilən xammal və istehsal xərcləri arasındakı əlaqələri təhlil etmək zəruri məsələlərdən biridir.

Təkrar xammal və tullantılar başlıca olaraq şəhərlərdə, iri sənaye mərkəzlərində, bir sözlə, onları emal edən həmin xammallara tələbatı olan müəssisələr ətrafında yaranır. Lakin, təkrar xammal və tullantıların iqtisadi sə-mərəsi onların vaxtında tədarük edilməsi və emalından asılıdır. Əks təqdirdə təkrar xammal tullantıları paslanır, oksidləşir, torpağı, suyu korlayır. Yalnız korroziya he-sabına respublika ərazisində hər il 45-50 min ton metal itirilir.

Təkrar xammalın vaxtında yığılması, doğranması, piketres maşınlarda saxlanılıb emaledici zavodlara, məsələn, Azərbaycan boru-prokat zavoduna göndə-rilməsi, qiymətli xammal itkisini xeyli azaldır və ətraf təbii mühitin, torpağın və suyun çirkləndirməsi azalır. Bu vacib məsələnin düzgün həlli müvafiq müəssisələrin müasir avadanlıqla təchiz edilməsini, dəmir qırıntıları yığılmasında maddi marağın artırılmasını, iqtisadi cəhətdən sərfəli, texniki cəhətdən mütərəqqi emal üsullarının tətbiqini tələb edir. Bu tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi məqsədilə sərf edilən kapital qoyuluşu və əmək sərfi təkrar xammal və tullantıların ətraf təbii mühitə verdiyi zərərin dəyərindən xeyli azdır.

Faydalı qazıntı mədənlərinin istismarında yerin üst qatında milyon kubmetrlərlə qazılan süxurların tərkibi humus maddələri, əhəng-tikili materialları ilə zəngin olur.

Qazılan torpaqların rekultivasiya edilməsi, tərkibindəki faydalı elementlərin istifadəsi iqtisadi və təbiəti mühafizə nöqteyi-nəzərindən böyük əhəmiyyətə malik-dir. Məlum olduğu kimi, faydalı qazıntı yataqları əsasən dağlıq ərazidəki münbit torpaqlarda yerləşir. Mədənlərdən çıxarılan münbit torpaqların imkan daxilində əkin sahələrinə səpələnməsi sahələri münbitliyini artırar, kənd təsərrüfatı bit-kilərinin məhsuldarlığını xeyli yüksəldər. Mədənlərin, karxanaların qazılmış sahələri növbə ilə rekultivasiya edilməlidir ki, bu da ekoloji və təbiəti mühafizə nöqteyi-nəzərdən çox vacib məsələdir. Qara və əlvan metallurgiya sənayesi müəssisələrdə şlak və şlakın tərkibi enerji, şüşə, tikinti, sement xammalı ilə zən-gindir. Məsələn, Azərbaycan boru dağ-mədən kombinatının tullantısında müvafiq olaraq 12-21% dəmir vardır. Bundan istifadə edilməsi yüz min tonlarla polad, şüşə, sement xammalı, tikinti materialları almağa imkan verər.

Göstərilən metallurgiya tullantıların istifadəyə verilməsi iqtisadi cəhətdən bir daha ona görə səmərəlidir ki, faydalı qazıntılarda fərqli olaraq onların axtarışına, çıxarılmasına və daşınmasına daha çox kapital qoyuluşu, əmək sərf edilmir.

İlkin və təkrar xammalın, tullantıların istifadə edilməsi təbii sərvətlərin səmərəsinin və müəssisələrin rentabelliyinin yüksəldirməsinə yönəldilmiş mühüm iqtisadi tədbirdir.

Mineral sərvətlərdən kompleks istifadə edilməsi mühüm xalq təsərrüfatı problemi olmaqla, texniki tərəqqinin və emalın mühüm göstəricilərindən biridir. Lakin, mineral sərvətlərdən kompleks istifadə edilməsini yalnız sənaye istehsalının ehtiyatı kimi nəzərə almaq səhv olar-dı. Buna xammala qənaət etmək, ətraf təbii mühitin mühafizəsinə şərait yaratmaq, əmək məhsuldarlığını artırmaq, istehsalın rentabelliyini yüksəltmək nöqteyi-nəzə-rindən baxmaq lazımdır. Burada hər hansı faydalı qazıntı mədənlərinin planlaşdırılmasında sosioloji və ekoloji cəhətləri nəzərə almaq ona görə zəruridir ki, istifadəyə verilən mədənlərin ehtiyatı təbii sər-vətdən iqtisadi sər-vətə çevrilir. Bununla əlaqədar mineral xammalın istifadəsində elmi tədqiqat işlərinin səmərəsi onlardan kompleks istifadə edilməsinə, iqtisadi, sosioloji, ekoloji və elmi-texniki tərəqqinin uzlaşdırılmasına yönəldilməlidir.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin