Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022


Kadastrlar təbii ehtiyatların növləri üzrə tərtib edilir



Yüklə 0,77 Mb.
səhifə79/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   75   76   77   78   79   80   81   82   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

Kadastrlar təbii ehtiyatların növləri üzrə tərtib edilir: su, meşə, torpaq, faydalı qazıntı yataqları, xüsusi qorunan ərazilər və s. Təəssüf ki, kadastrlar bütün ehtiyatlar və obyektlər üzrə tərtib edilməmişlər. Odur ki, onlar bütövlükdə ərazinin və bütöv ölkənin təbii-ehtiyat potensialını qiymətləndirməyə imkan vermirlər. Kadastr aparılan sahələr müvafiq qanunvericiliklə müəyyən edilir.

Təbii resursların kadastrı” – məqsədli elmi – texniki kompleks proqramına uyğun olaraq, təbii resursların kompleks ərazi kadastrı (TRKƏK) formalaşır. belə kadastra, ilk növbədə, konkret inzibati vahidin təbii resurs potensialı haqqında ərazi – təşkilat bankı, ekoloji vəziyyət haqqında və ikinci, təbiətdən istifadə sferində istifadə etmə, məhdudiyyət, resurs haqqı, vergi və s. idarə həllinin qəbulu üçün bu məlumatların avtomatlaşdırılmış müqayisə sistemi daxil edilir. TRKƏK-in yerinə yetirdiyi funksiyaya əsaslanaraq, onun strukturunu aşağıdakı şərti bloklar şəklində göstərmək olar:

1. Kəmiyyət və keyfiyyətbloku, burada hər təbii resursin natural maddi tərkibi və onun keyfiyyət qrupuna uyğun miqdarı (kəmiyyəti), həmçinin kontur üzrə resursdan istifadə dinamikası göstərilir.

2. Hüquqi – ünvan bloku, burada resursların yerləşmə strukturu, statusu və sahiblik subyekti, sərəncam və təbii resursdan (obyektdən) istifadə haqqında məlumatlar verilir.

3.Ətraf mühitin vəziyyətinin qiymətləndirilməsi; burada region daxilində ekoloji vəziyyətin dinamikası, onun təbii resurslardan istifadə ilə əlaqəsi, həmçinin müxtəlif təbii resursların vəziyyətinin keyfiyyət və kəmiyyət parametrləri göstərilir.

4. İqtisadi qiymətləndirmə bloku, istehsalat fəaliyyəti sistemində resursun yerini və rolunu əks etdirir və təbii resurslardan istifadənin təyini üçün əsas (baza) hesab olunur.

5. Ərazinin təbii resurs potensialının sosial - iqtisadi qiymətləndirilməsi bloku. (təbii resurs potensialından istifadə variantının seçilməsi və seçilmiş variantdan asılı olaraq iqtisadi vəziyyətin inkişaf ssenarisinin formalaşması meyarı ilə)

Təbii resursların kompleks ərazi kadastrlarının idarə olunması komputer əsasında həyata keçirilir. Kadastr işlərinin ərazi istiqaməti (oriyentasiyası) geniş həcmdə aerokosmik və kartoqrafik məlumatlarla əlaqəlidir. Hazırlanan kadatr informasiyanın geoinformatik texnologiyanın uyğunlaşdırılması da vacib məsələ sayılır.

Ən çox tanınan torpaq kadastrıdır. Lakin su, meşə kadastrı, ayrı-ayrı sahə (və sənət növlərinin) kadastrı da mövcuddur. Kadastrdakı məlumatlardan təbii sərvət-lərdən istifadəyə görə vergilərin, ödəmələrin müəyyən edilməsində, icarə, girov, satış zamanı obyektlərin qiymətləndirilməsi üçün istifadə edilir.

Sənaye kadastrı – bu və ya digər sənaye obyektləri haqqında məlumatlar toplusudur, burada sənayenin kəmiyyət və keyfiyyət xarakteristikası. Sənayedə yol verilən normalar və s. verilir. Ovçuluq. Balıqçılıq və s. kadastrlar da tərtib edilir.

Deteriorasiya kadastrı – insanı əhatə edən təbii mühitin tərkibinin və vəziyyətinin pisləşməsi haqqında (atmosferin, suyun, torpağın çirklənmə səviyyəsi və mənbələri, pozulmuş torpaqlar və təbiətdə baş verən digər neqativ dəyişikliklər) məlumatlar toplusudur. Regionlar üzrə tərtib olunur. Kadastrda olan materiallar, xüsussilə təbii resurslardan səmərəl iistifadə olunması üzrə tədbirlərin hazırlanması, təbii mühitə müdaxilənin optimallaşdırılması, mühüm təbiəti mühafizə tədbirlərinin və ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması yollarının təyini üçün qiymətli sayılır.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin