Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022


Ətraf mühitin mühafizəsi üzrə beynəlxalq təşkilatların təsnifatı və Azərbaycan Respublikasının təbii resurslarından istifadədə beynəlxalq əməkdaşlığın rolu



Yüklə 0,77 Mb.
səhifə169/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   163   164   165   166   167   168   169   170   171
etraf muhitin iqtisadiyyat muhazire

3.Ətraf mühitin mühafizəsi üzrə beynəlxalq təşkilatların təsnifatı və Azərbaycan Respublikasının təbii resurslarından istifadədə beynəlxalq əməkdaşlığın rolu
Azərbaycan Respublikasının müstəqillyi ona sərbəst şəkildə dünya bazarına çıxmağa və beynəlxalq əhəmiyyətli resurslardan müştərək şəkilə istifadə etməyə zəmin yaratmışdır. XX əsrin axırlarında və XXI əsrin əvvəllərində Azərbaycan Respublikasının bir sıra beynəlxalq təşkilatlara üzv olması iqtisadi, siyasi və strateji sahədə əməkdaşlığın inkişafına təsir göstərmişdir. Bu, ilk növbədə, ölkədə maye yanacaq resurslarının, kənd təsərrüfatı sahələrinin inkişafı üçün əlverişli təbii iqtisadi şəraitin olması, filiz və qeyri-filiz sərvətlərinin zənginliyi, bir çox xarici ölkələrin tanınmış şirkətlərinin həmin sahələrdə əməkdaşlığına zəmin yaratmışdır. Həyata keçirilən işlərin nəticəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Dünya Bankının Kənd Təsərrüfatı İnkişafı üzrə Beynəlxalq Fondu (İFAD), Beynəlxalq İnkişaf Assosasiyası (GTZ), Türk İş Birliyi və Kalkınma Aynası (TİBKA) və s. beynəlxalq təşkilatlarla iqtisadi əməkdaşlığın yaradılması aqrar sahədə nailiyyətlərin inkişafına təsir göstərmişdir. Son dövrlərdə respublikamızın beynəlxalq konvensiyalara qoşulmasına real şərait yaranmışdır. Bunlara BMT-nin İqlim Dəyişmələri Üzrə Çərçivə Konvensiyası, Rio-De-Janeyro - 1992; Su Konvensiyası, Helsinki- 1992; Bioloji Müxtəliflik Üzrə Konvensiya, RioDe-Janeyro-1992; Təhlükəli tullantıların şəhərlərarası daşınmasına və zərərsizləşdirilməsinə nəzarət haqqında Bazel Konvensiyası, Paris- 1994 və s. daxildir. Dünyada ərzaq istiqamətli kənd təsərrüfatı tədqiqatları ilə məşğul olan elm mərkəzlərin fəaliyyətini əlaqələndirən, onları maliyyələşdirən Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları Məsləhət Qrupu (CÇİAR), həmin məsləhət qrupuna daxil olan quraq zonalarında Kənd Təsərrüfatı Tədqiqatları Beynəlxalq Mərkəzləri (İCARDA), (İPŞRİ) və s. mühüm elmi təşkilatlarla əlaqələr yaradılmış və bu təşkilatlarla əməkdaşlıq proqramları çərçivəsində aqrar islahatların reallaşmasına şərait yaratmışdır.

Respublika iqtisadiyyatının inkiaşfında dövlətlərarası iqtisadi münasibətlərin formalaşmasında, eləcə də aqrar təhlükəsizliyin xüsusilə əhalinin ərzaq məhsulları ilə təmin olunmasında iqtisadi təşkilatların rolu böyükdür.

Müasir şəraitdə təbii resurs potensialından istifadə etmək üçün beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi siyasəti həyata keçirilir. Bu sahədə dünyanın TASİS və Traseka proqramları, Beynəlxalq Valyuta Fondu (BVF), Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) və s. təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi təbii resurslardan dayanıqlı istifadə üçün əlverişli zəmin yaradır.

Hazırda Azərbaycan Respublikası təbiətin mühafizəsi üzrə dünyanın 15-dən çox təşkilatı ilə əlaqə saxlayır və həmin təşkilatların üzvüdür.

Eyni zamanda Azərbaycan Respublikası maye yanacaq və təbii resurslarından səmərəli istifadə etmək məqsədilə bir çox beynəlxalq müqavilələrin iştirakçısıdır. Bağlanmış beynəlxalq səviyyəli müqavilələrə: "Azəri-Çıraq-Günəşli", "Qarabağ", "Şahdəniz", "Əşrəfi Dan Ulduzu", "Lənkəran-Dəniz" və s. yataqlar üzrə bağlanmış müqavilələr daxildir. Əsas iştirakçı kompaniyaların da "ARDNŞ", "AMOKO", "YUNOKAL", "PENZOYL", "EKSON", "BP", "RAMKA", "LUKOYL", "TPAO", "DELTA" və s. neft istehsalında öz payları vardır. İstehsal olunmuş neft və təbii qazın beynəlxalq əhəmiyyətli nəqlolunma imkanları realdır. Hazırda Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə dünya bazarına ildə 40-50 mln t neft ixrac olunur. Eyni zamanda, Azərbaycan Respublikası Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) üzvüdür.

Ekoİoji cəhətdən davamlı inkişaf anlayışı ilk dəfə 1972-ci ildə Ərtaf Mühit Üzrə Stokholm Konfransında irəli sürülmüşdür. Bu konfransda ətraf mühitin pişləşməsi ilə əlaqəli olaraq BMT tərəfındən müstəqil orqan olan "Ərtaf Mühit Üzrə BMT Proqramı" yaradılır və YUNEP adını alır.

UNİDO-nun rəsmi məqsədləri sırasına inkişaf etməkdə olan ölkələrin sənayeləşdirilməsinə, sənayeyə kapital qoyuluşu sahəsində dövlətlər arasında əməkdaşlıq, ehtiyatların (əmək ehtiyatları, təbii ehtiyyatlar və s.) səmərəli tətbiqinə kömək daxildir. UNİDO dövlətlərin təbii ehtiyatlar üzərində suverenlik hüququnu və xarici xüsusi kapitalın fəaliyyətinə nəzarət hüququnu tanıyır (Lima bəyannaməsi, 1975-ci il). 1967-ci ildə BMT Baş Assambleyasının qərarı ilə yaradılmışdır. Mənzil-qərargahı Vyanada yerləşir.

MAQATE - radioaktiv maddələrin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin olunması, tullantıların təkrar istehsalı daxil olmaqla ümumi radiasiyadan müdafiə və təhlükəsizliyin təmin edilməsi üzrə ixtisaslaşmışdır. Bu təşkilat 1957-ci ildə yaradılmışdır. Mənzil-qərargahı Vyanada yerləşir.

Avropa Şurası (AŞ) - öz fəaliyyətini daha çox demokratik prinsiplərin həyata keçirilməsinə, insan hüququnun əsas prinsiplərinə riayət olunmasına, Avropa vətəndaşlarının həyat səiyyəsinin yüksəldilməsinə, ekologiya və informasiya sahəsində əməkdaşlığa yönəltmişdir. Avropanın nüfuzlu təşkilatlarından biri olub, 1949-cü ildə yaradılıb. Mənzil-qərargahı Strasburqda yerləşir.

BMT-nin ətraf təbii mühitin mühafızəsi Proqramına əsasən planetimizdə 4 mln-dan artıq müxtəlif tərkibli kimya, sənaye məhsulları və maddələri istifadə edilir. Hər il dünya bazarına 700 növ yeni məhsul daxil olur. Bununla belə həmin məhsulların insanlara və ətraf təbii mühitə təsir dairəsinin dərəcəsi hələ də dəqiq öyrənilməmişdir. Onların kanseroloji (xərçəng xəstəliyi törədən), mutasiya (insanın və başqa canlı orqanizmlərin təbii törədici mexanizminin pozulması) və ya başqa bioloji inkişafa mənfı təsir dairəsinin dəqiqliyi lazımi qədər öyrənilməyib.

Buna görə təbiətdən, onun sərvətlərindən alınan yeni-yeni məhsullara ekoloji baxımdan və təbabət dəqiq nəzarət olunmalıdır.

Azərbaycan Respublikası özünün müstəqil dövlət kimi fəaliyyəti dövründə adları yuxarıda qeyd edilən bir çox beynəlxalq komitələrin və təşkilatların üzvi qəbul edilmişdir ki, bu da ölkəmizə ətraf mühiti mühafizəsi problemlərinin beynəlxalq səviyyədə həll və təmsil etmək hüququ verilmişdir. Azərbaycan Respublikası ekoloji təhlükəsizliyin üstünlüyünün gözlənilməsi prisiplərini rəhbər tutaraq ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirir.

Ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrdə Azərbaycan Resbuplikasının qanunvericiliyindən fərqli normalar müəyyən edildikdə beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.

Azərbaycan Respublikası öz qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olaraq enerjidən səmərəli istifadə sahəsində beynəlxalq əməkdaşlıqda iştirak edir.

Enerji resurslarından səmərəli istifadə sahəsində beynəlxalq əməkdaşlığın əsas istiqamətləri aşağıdakılar hesab olunur:

1.Xarici və beynəlxalq təşkilatlar ilə səmərəli enerji texnologiyalarının qarşılıqlı mübadiləsi;

2.Enerji resurslarından səmərəli istifadə sahəsində beynəlxalq tədbirlərdə Azərbaycan Respublikasının, onun təşkilatlarının iştirakı;

3.Azərbaycan Respublikasının dövlət standartları ilə nəzərdə tutulmuş enerji səmərəliliyi göstəricilərinin beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması, sertifikatlaşdırma nəticələrinin qarşılıqlı tanınması;

4.Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilədə bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqli qaydalar müəyyən edilərsə, beynəlxalq müqavilənin qaydaları tətbiq edilir.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin