Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022


Ətraf mühitin mühafizəsinin beynəlxalq obyektlərinin təsnifatı



Yüklə 0,77 Mb.
səhifə168/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   163   164   165   166   167   168   169   170   171
etraf muhitin iqtisadiyyat muhazire

2. Ətraf mühitin mühafizəsinin beynəlxalq obyektlərinin təsnifatı

Məlum olduğu kimi, hazırda heç bir dövlət və ya bir qrup dövlətlər öz ekoloji problemlərini həll etmək iqtidarında deyildir. Bunun üçün dünyada mövcud olan bütün dövlətlərin razılaşdırılmış səyi, onların fəaliyyətinin beynəlxalq hüquq normaları əsasında ciddi koordinasiyası (əlaqələndirilməsi) lazımdır.

Atmosfer havası sərhəd tanımır, o tək və ümumidir. Ona görə də, hər hansı bir ölkənin ekosistemində pozuntular baş verərsə, dərhal həmin hadisə ona qonşu olan ölkələrdə də özünü göstərəcəkdir. Məsələn, Almaniyanın və ya İngiltərənin sənaye müəssisələri atmosferə tərkibində buraxıla bilən normadan yüksək faizə malik zərərli qarışıq olan qaz tüstüsü buraxarsa, bu neqativ hadisə nəinki adı göstərilən ölkələrin ekoloji vəziyyətinə, hətta Skandinaviya ölkələrinin də flora və faunasına külli miqdarda ziyan vurar. Aydındır ki, təbii mühitin başqa komponentləri də sərhəd tanımır, məsələn, çirkab çay suları, dəniz akvatoriyaları, köçəri quşlar, köçəri heyvanlar və s.

Adətən, ətraf mühitin mühafizəsinin obyektlərini iki yerə bölürlər: milli (dövlətdaxili) və beynəlxalq (ümumdünya).

Milli obyektlərə torpaq, su, Yerin təki, vəhşi heyvanlar və təbii mühitin başqa elementləri aiddir.

Təbii ətraf mühitin beynəlxalq obyektlərinə isə beynəlxalq məkana (fəzaya, boşluğa) aid olan Kosmos, Atmosfer havası, Dünya okeanı və Antarktika (şəkil-sxem 106) və ya müxtəlif ölkələrin ərazilərində yerini dəyişən köçəri heyvan növləri (heyvanların miqrasiyaedən köçəri növləri) aiddir.

Ətraf mühitin beynəlxalq obyektləri heç bir dövlətin var-dövləti, mülki deyildir və onun hüquqi (yurisdiksiya) xaricindədir. Onlar yalnız beynəlxalq birliyin müxtəlif müqavilələri, konvensiyaları, protokolları əsasında qorunur və istifadə olunur. Bunlara, yuxarıda qeyd edildiyi kimi, Kosmos, Dünya okeanı, Atmosfer və Antarktikadan başqa, unikal əhəmiyyəti olan obyektlər, beynəlxalq nəzarətə götürülən qoruqlar, milli parklar, təbiət abidələri, beynəlxalq Qırmızı kitaba daxil olan və nəsli kəsilməkdə olan heyvanlar, bitkilər və s. aid edilir.


Şəkil 2. Ətraf mühitin beynəlxalq obyektlərinin təsnifatı
Məlumat üçün qeyd edək ki, hələ 1959-cu ildə keçmiş SSRİ (Rusiya SSRİ-nin varisidir), ABŞ, İngiltərə, Fransa, Argentina və bir neçə başqa dövlətlər Antarktikada azad şəkildə elmi-tədqiqat işləri aparmaq və həmin materikdən dinc məqsədlər üçün istifadə etmək haqqında müqavilə bağladıqları halda, digər beynəlxalq obyektlərdə, məsələn, kosmik fəzada, atmosferdə, su altında nüvə silahlarının sınaqdan keçirilməməsi haqqında 1963-cü ildə SSRİ, ABŞ və İngiltərə dövlətləri arasında Moskva müqaviləsi imzalanmışdır. 1970-1990-cı illərdə isə bakteroloji, kimyəvi və nüvə silahlarının məhdudlaşdırılması, müxtəlif mühitdə və regionlarda sınaqdan keçirilməsinin qadağan olunması haqqında müqavilələr də bağlanmışdır.

1966-cı ildə isə BMT-də təntənəli surətdə nüvə silahlarının, ümumiyyətlə sınaqdan keçirilməməsi haqqında müqavilə imzalanmışdır.



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin