MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ


Kəngərlər. Əski bulqarların və buntürklərin xələfi kəngər



Yüklə 418,25 Kb.
səhifə23/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   19   20   21   22   23   24   25   26   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

Kəngərlər. Əski bulqarların və buntürklərin xələfi kəngər toplumu oldu. 482-ci ildə Sasanilərə qarşı üsyandan yazan tarixçi Paraplı Qazar kəngər türkləri yaşayan ayrıca bir vilayətin adını çəkir: Qavarn Kangarac. Bu tarixçinin yazdığına görə, Sasanli qoşunu ilə döyüşdə basılan Vaxtanq Qorqasalın döyüşçüləri Albaniyanın İberiya ilə sərhədlərində Kəngər dağlarından (Ermənistanın bir rayonunda indi də Kəngər dağı oronimi qalmaqdadır - Red.) enərək «Kəngər elinə» gəlib «qonşu hunların» köməyini gözləməyə başladılar. Bu hadisədən 60 - 70 il sonra (542, 552-ci illər) həmin xalqın adı hanqaraye şəklində suryani qaynaqlarda çəkilir.

IV yüzillikdən sonra kəngərlilərin yaşayış yerləri Kür ilə Araz arası bölgələrdə və Azərbaycanın başqa ellərində çox idi. Bunu həmin bölgələrdə «Kəngər», «kəngərli» adını daşıyan kəndlərin günlərimizə kimi qalması sübut edir. XIX yüzilin ortasına yaxın yalnız Naxçıvan əyalətində qafqazşünas İ.Şopen kəngərlilərin 33 qol və tirəsini qeydə almışdı: Yurçi, Sarbanlar, Xalxallı, Cağatay, Qaraxan, Hacılar, Qaracalı, Sofulu, Didavarlı, Bolqarlı, Bərgüşadlı və b..

Bulqar, buntürk alban türk toplumları ilə yanaşı, Azərbaycan ərazisində başqa hun boyları da yaşamaqda idi. Dərbənd keçidi ilə Beşbarmaq dağı arasında yaşayan bu hunları «masaha hunları» adlandırırlar. 330-cu illərdə Masaha hun hökmdarı Sanatruk öz hökmdarlığını Kür çayı hövzəsinə kimi yaymağa çalışırdı. Moisey Kağankatlı yazır: «… Paytakaran şəhərində Sanatruk adlı birisi aqvanlar üzərində hökmdar oldu». Adı çəkilən hökmdarın daşıdığı adın hər iki yazılışı (Sanatruk, Sanesan) çox maraqlıdır. Hər iki adın tərkibində olan san sözü əski türkcədə «bədən», «gövdə», «cüssə» çalarında işlənmişdir. Görünür, Sanatruk adı «gövdəli türk» anlamında işlənirdi. Erməni tarixçilərinin bu hun hökmdarını «heybətli bahadur» adlandırması bütünlüklə buna uyğun gəlir.

Bu hadisələrdən 120 il ötdükdən sonra, Transqafqaz xalqlarının sasanilərə qarşı 450 - 451-ci il üsyanı ilə bağlı olaraq yenə Masaha hunlarının adına rast gəlinir. Moisey Kağankatlının yazdığına görə, onlar «göyün buyruğu ilə ittifaqa girib and içdilər». Sasanilərə qarşı azadlıq hərəkatında əslində bütün Şimali Azərbaycan əhalisinin: bulqarların, albanların, büntürklərin, kəngərlilərin və masaha hunlarının fəal iştirak etməsi aydın olur.

Bulqarların qollarından biri olan Basil/Barsil toplumu da Azərbaycanda güclənməkdə idi. İlkin orta çağ qaynaqlarında bu xalqın adı ilə bağlı olan Bersil-Barsil-Barşilə ölkəsinin adı çəkilir.

Ərəb müəllifləri İbn RustəQərdizi Barsil türklərini Bərçölə adı ilə tanıdıqlarını yazmışlar. Başlıca məsələ isə Xəzər sahili Barşiləsi ilə yanaşı, Transqafqazın mərkəzi bölgələrində, Azərbaycan ilə Gürcüstan sərhədində ikinci bir «Barşilə»nin olmasıdır. Bu, orta çağlarda Borçalı - Borşalı - Bozçalı adlanan bölgədir və Borçalı «Qurd çölü», «Qurd oğulları yaşayan yer » deməkdir.



Suvarlar (sabirlər). Quzey Qafqazda bulqarların suvar (sabir) qolu öncə yaranmış olan qohum Onoqur/Onoquz (Haylandur) əsgəri birliyini çökdürüb onun yerini tutdu. V yüzildə «ən böyük türk tayfa birliklərindən biri» sayılan onoqurlar Azərbaycanda yaşayırdılar. V yüzilin 60-cı illərində onoqurları onlara qohum olan suvar türkləri üstələdilər. Onlar öz adlarını itirib suvar boylarına qovuşdular. Yüz il ötdükdən sonra suvarlar özləri də Quzey Qafqazda avar türkləri tərəfindən basılaraq Azərbaycana doğru sıxışdırıldılar. Onların on minlik bir kütləsi Azərbaycanda, o sıradan Gəncəbasarda (Sakaşendə) yerləşdi. Muğan düzündə bütün orta çağ boyunca yad edilən Beləsuvar, XIV yüzildə Güney Azərbaycanda Həmdullah Qəzvininin qeydə aldığı Tutsuvar, XIX yüzildə Quba qəzasında olan Qaleyi Suvar xarabalığı və Qalasuvar kəndinin adları suvar bulqarlarının tarixi izləridir.

İslamın ilkin yayılma çağı. Xəzərlərin Qafqazda hakim qüvvəyə çevrilməsi Xilafətin Transqafqaz bölgələrinə yürüşləri ilə qarşılaşdı. 200 ilə kimi sürən ərəb-xəzər qarşıdurması Azərbaycanın sabitliyini pozaraq siyasi durumuna böyük təsir göstərdi. Xilafətin köçürmə siyasəti ölkənin etnotarixi xəritəsində müəyyən izlər buraxsa da, türk etnosunun öz doğma ərazisində sabit yaşayışı davam etməkdə idi. 735 - 737-ci il yürüşünü uğurla başa vurduqdan sonra ərəb sərkərdəsi Mərvan İbn Məhəmməd 40 min və ya ondan da çox dinsiz (türkləri) Nəhr əs - Samur adlanan yerdə … və Əl - Kür çayına yaxın düzənlərdə yerləşdirdi. 854-cü ildə Azərbaycan və Ərməniyyəyə hakim qoyulmuş Buğa əl-Kəbir «onun himayəsinə sığınaraq islamı qəbul etmək istəyən xəzərlərin bir hissəsini Şəmkirdə yerləşdirdi». İbn Hişam öz əsərində ilkin ərəb yürüşləri çağında (VII əsrin 40-cı illəri) Xilafət qoşunlarının Azərbaycanda türklər ilə qarşılaşdığını yazmışdır. Azərbaycana yeni yürüş keçirmək fikrində olan Xəlifə I Müaviyə, qoşunlarının qarşılaşa biləcəyi çətinlikləri düşünərək əl-Cürhumidən bu ölkə haqqında arayış istəmişdi. Əl-Cürhuminin «Əxbar» ına istinad edən İbn Hişam tərəflərin söhbətini olduğu kimi verməyə çalışır: «Müaviyənin Übeyd İbn Şəriyyə il söhbətləri buraya çatdıqda Müaviyə Übeydə müraciət edərək Azərbaycan haqqında onun fikrini öyrənmək istəyərək dedi: «Sən allah, Azərbaycan (haqqında) əlaqəniz və xatirəniz nədir?» Übeyd ibn Şəriyyə cavab verir: «Ora (yəni Azərbaycan - Red.) türk torpağıdır. Onlar oraya toplaşaraq bir - biri ilə qarışmış və təkmilləşmişlər».

İslamın Azərbaycanda yayılması burada yaşayan türk boylarının vahid etnos halında formalaşmasına təkan verdi. Belə ki, ümumi dilsoykök birliyinə mənəvi birliyin yaranmasında başlıca amil olan dini birlik də əlavə olundu. İslama qədər Azərbaycanda mövcud olan dini rəngarəngliyin aradan qalxması ilə vahid Azərbaycan xalqı yarandı.


Azərbaycan tarixi (ən qədim zamanlardan – XXI əsrin ilk onilliklərinədək). Ali məktəblər üçün dərslik, Mehman Abdullayevin elmi redaktorluğu ilə. Bakı, 2015,2016,s.41-51.

2. Azərbaycan tarixi. Uzaq keçmişdən 1870-ci illərə qədər. Bakı, 2009.130-138

3. Bünyadov Z. M. Azərbaycan VII-IX əsrlərdə. Bakı,2007. s.177-185



MÖVZU 6: AZƏRBAYCAN IX ƏSRİN II YARISI - XIII ƏSRİN ƏVVƏLLƏRİNDƏ

Abbasilər xilafətinin dağılmasının gedişində Azərbaycanda ilk yaranan dövlət Şirvanşahlar oldu. Dövlətin ərazisini Dərbənddən Kür çayına doğru Xəzər dənizi sahillərindəki Azərbaycan torpaqları təşkil edirdi. Şirvana hakimlik edən Məzyədilər sülaləsinin nümayəndəsi Heysam ibn Xalid xəlifə əl-Mütəfəkkilin öldürülməsi və türklərin fəaliyyəti ilə bağlı Bağdadda baş verən qarışıqlıqdan istifadə edərək mənbələrə görə 861-ci ildə “Şirvan işlərində müstəqilləşdi”. Məzyədilər kökcə Rəbiə adlanan ərəb tayfasından olub, IX əsrdə Arranda paytaxtı Bərdə olan yarımmüstəqil əmirliyi idarə edirdilər. Heysam ibn Xalid Məzyədilərin Şirvanşah titulunu qəbul etmiş ilk nümayəndəsi oldu. Heysamın nəvəsi II Heysam Məhəmməd oğlu dövlətin sərhədlərini möhkəmləndirdi, paytaxt Şirvan şəhərində məhsulun saxlanması üçün anbarlar tikdirdi, Dərbənddə yerləşən və dinsizlərə qarşı mübarizə aparan döyüşçülərin ərzaqla təminatını yaxşılaşdırdı. 915-ci ildə hakimiyyətə gəlmiş Əbu Tahir Şirvanın sərhədlərini cənubda Kür çayına, şimalda Dərbəndədək genişləndirdi. 917-ci ildə Lahicanşahlığı dövlətinə birləşdirdi, 918-ci ildə qədim Şamaxını bərpa etdirərək paytaxtı bura köçürtdü. Şirvanşah Məhəmmədin qoşunları 981 - 982-ci illərdə Qəbələni, 982 - 983-cü illərdə Bərdəni, 983 - 984-cü illərdə Şabranı ələ keçirtmişdi. Ərəb köklü Haşimilərin idarə etdiyi Dərbənd əmirliyinin 988-ci ildə Şirvanşahlığa birləşdirilməsi çox böyük hadisə idi. Dərbənddən sonra Xursan və Tabasaran torpaqları da Şirvanşahlığa birləşdirilmiş, Şəki və Sənariyyə hakimləri isə Şirvanşahlıqdan asılı vəziyyətə salınmışdı.

1027-ci ildə Mənüçöhr Şirvan taxtına çıxdıqdan sonra Məzyədi sülaləsi üzvləri ərəb köklü adlarından imtina edərək Sasani hökmdarlarına məxsus adları daşımağa başladılar. Nəticədə bu tarixdən Şirvanşahlar özlərini Kəsranilər kimi tanıtmağa çalışırdılar.


Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin