ön görünüş deyilir. Buna həmçinin baş görünüş də deyilir.Baş
görünüş elə
seçilməlidir ki, əşyanın forması haqqında daha çox məlumat verə bilsin.
Cismin horizontal müstəvi üzərindəki görünüşünə üst, profil müstəvi
üzərindəki görünüşünə sol görünüş deyilir. Hər görünüşdə cismin yalnız iki ölçüsü
haqqında fikir söyləmək olar. Baş görünüşdə
hüdürlüyü və uzunluğu, üst
görünüşdə eni və uzunluğu, sol görünüşdə eni və hündürlüyü.
Görünüşlərin
sayının
seçilməsi
əşyanın
formasından,
sadə
və
mürəkkəbliyindən, simmetrik və qeyri – simmetrik olmasından asılıdır. Silindrik
və simmetrik əşyalar üçün iki, lövhəşəkilli detallar
üçün bir görünüşün təsviri
kifayət edir. Şəkil 2 – də cismin fəzada və kompleks çertyojda proyeksiyaları
verilmişdir. Proyeksiyalar rabirə xətləri və oxlarla verilmişdir.
Şəkil 2
Əlavə görünüşlər detalın ayrıca bir hissəsini çertyojda göstərmək
üçündür. Belə ki detalın hər hansı hissəsinin forması və ölçüləri əsas
proyeksiya müstəvilərindən biri üzərində təhrif
olunaraq proyeksiyalanarsa,
onu bu təsvirdə göstərməmək olar. Şəkil 3. Həmin hissəni ona paralel olan
müstəvi üzərində proyeksiyalamaq lazım gəlir.
Şəkil 3
Alınan proyeksiya əlavə görünüş adlanır. Şəkil 3 – də göstərilmiş detalın
dayaq hissəsi horizontal proyeksiya müstəvisinə maili yerləşdiyindən bu hissə
horizontal müstəviyə təhrif olunaraq proyeksiyalanır.
Dayaq səthini təhrif
olunmadan göstərmək üçün əlavə görünüşdən istifadə olunur.
Əşyanın ensiz məhdud bir elementini çertyojda göstərmək üçün yerli
görünüşlər tətbiq edilir. cismin səthindəki hüdudlaşdırılmış bir hissənin təsvirinə
yerli görünüş deyilir. Tam görünüşü vermək mümkün olmadığından cismin ayrıca
bir yerinin formasını və ölçülərini aydınlaçdırmaq
üçün yerli görünüş istifadə
edilir. şəkil 4
Şəkil 4
Əlavə və yerli görünüşlər çap şrift hərfləri və oxlarla işarə edilir.
görünüşün üstündə A görünüşü, B görünüşü və s. yazılır. əlavə və yerli
görünüşlər, baş görünüş əşyanın formasını tam aydınlaşdırmadıqda verilir.
Dostları ilə paylaş: