Mərkəzi proyeksiyalama.
Məmulatın proyeksiyası
qurularkən bütün
proyeksiyalayıcı şüalar bir nöqtədən çıxırsa, belə proyeksiyalama mərkəzi
proyeksiyalama adlanır. Proyeksiyalayıcı şüaların çıxdığı
nöqtəyə isə proyeksiya
mərkəzi deyilir. Bu metodla alınmış təsvir isə cismin mərkəzi proyeksiyası
adlanır.
Əgər ixtiyari bir yaxtı fiqurun mərkəzi proyeksiyasını qurmaq tələb olunursa,
bu zaman hər hansı bir ɑ müstəvisi və onun üzərində yerləşən S nöqtəsi götürülür.
Şəkil 1. Onda ɑ - proyeksiya müstəvisi, S isə proyeksiyalama mərkəzi olacaq.
Təsviri qurulacaq yastı fiqur S mərkəzi ilə ɑ proyeksiya müstəvisi arasında
yerləşmişdir. S proyeksiya mərkəzi fiqurun təpə nöqtələri ilə birləşdirilir. Alınan
düz xətlər proyeksiyalayıcı şüalardır. Bu şüalar ilə ɑ müstəvisinin kəsişmə
nöqtələri (A´,B´,C´.......Z´), nöqtələri həmin fiqurun
təpə nöqtələrinin mərkəzi
proyeksiyaları olaçaq. Müstəəvi üzərində alınan fiqur verilmiş yastı fiqurun
proyeksiyası olacaq.
Mərkəzi proyeksiyalamada proyeksiya şüaları konusvari səth əmələ gətirir.
Mərkəzi proyeksiyalamaya misal olaraq fotoşəkil, kinokadr və elektrik lampasının
şüalarından alınan kölgələri göstərmək olar. Mərkəzi
proyeksiyalamada cismin
forma və ölçüləri təhrif olunduğundan bu metoddan rəsmxətdə istifadə edilmir.
Daha çox körpü, arxitektura və başqa mühəndis qurğularının layihələndirilməsində
istifadə edilir.
Dostları ilə paylaş: