Mühazirələr Müəllimlər: Babayev E. A, Rzayeva T.İ. Sumqayit 2020 f ə nnin m ə qs ə



Yüklə 131,33 Kb.
Pdf görüntüsü
səhifə7/43
tarix25.12.2023
ölçüsü131,33 Kb.
#196964
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   43
529-19.111

 
 
Lekal əyriləri və onların qurulması. 
Mühəndis təcrübəsində tez – tez rast gələn qurmalardan biri də lekal 
əyriləridir. Bu əyrilər, yerləri müəyyən edilmiş nöqtələrin əyrixətli xətkeşlər ( 
lekallar ) vasitəsilə qurulması ilə əldə edilir. lekal əyrilərinə sinusoid, ellips, 
parabola, hiperbola və s. əyrilər aiddir.
Fokus adlana iki nöqtədən məsafələrinin cəmi sabit qalan nöqtələrin həndəsi 
yerinə ellips deyilir. Şəkil 1 – də ellips əyrisinin qurulması göstərilmişdir. Qurma 
əməliyyatı aşağıdakı ardıcıllıqla aparılır. İlk olaraq O mərkəzindən bir – birinə 
perpendikulyar olan ellips oxları çəkilir. Bu mərkəzdən ölçüləri ellipsin kiçik və 
böyük oxlarına bərabər iki konsentrik çevrələr qurulur. Bu çevrələrin diametrinin 
mərkəz xətləri ilə kəsişmə nöqtələri A, B və C, D kimi qeyd edilir. Sonra çevrə 
istənilən sayda ( 12 hissə ) bərabər hissələrə bölünür və bölünmə nöqtələri uyğun 
olaraq 1,2,3,........, 12 qeyd edilir. şəkil 1 


Növbəti mərhələdə böyük çevrənin nöqtələrindən CD xəttinə, kiçik çevrənin 
nöqtələrindən isə AB xəttinə paralellər çəkilir. Bu xətlərin kəsişməsindən alınan 
nöqtələr ellipsin nöqtələri olur. 
Fokus adlana iki nöqtədən və drektris adlana düz xətdən bərabər məsafədə 
olan nöqtələrin hədnəsi yerinə parabola deyilir. Parabolanı düz, iti və kor bucaq 
üzərində qurmaq olar.
Fokus adlana iki nöqtədən məsafələrinin fərqi sabit qalan nöqtələrin həndəsi 
yerinə hiperbola deyilir.
Bucaqlardan asılı olaraq sinusun dəyişməsini xarakterizə edən əyriyə sinusoid 
deyilir.
Şəkil 2 – də verildiyi kimi sinusoidi qurmaq üçün R radiuslu çevrə 8 və ya 12 
bərabər hissəyə bölünür və O mərkəzindən verilmiş çevrənin uzunluğuna (
π
bərabər olan OA düz xətt parçası ayırıb onu da həmin sayda bərabər hissəyə 
bölmək lazımdır. Bu düz xətt sinusoidin oxu olur. Çevrənin bölgü nöqtələrindən 
sinusoidin oxuna paralel və sinusoidin oxu üzərindəki bölgü nöqtələrindən isə bu 
oxa perpendikulyar xətlər çəkilir. Bu xətlərin kəsişmə nöqtələri sinusoid əyrisinə 
daxil olan nöqtələr olur. Həmin nöqtələri lekal vasitəsilə birləşdirməklə sinusoid 
əyrisini qururuq.

Yüklə 131,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin