rəsm deyilir.Texniki rəsmlər əl ilə gözəyarı miqyasda yerinə yetirilir. Texniki
rəsmlər aksonometrik proyeksiyalardan fərqlənir( şəkil 1)
Şəkil 1
Texniki rəsmlər aksonometrik proyeksiyaların qurulması qaydasına əsasən
çəkilsə də, burada sadələşdirmələrə icazə verilir. Texniki rəsmlər gözəyarı
çəkildiyi üçün damalı kağızdan istifadə edilir.
Detallar çəkilərkən cismin
hissələri arasında mütənasiblik gözlənilməlidir.
Cisimlərə
qabarıqlıq vermək üçün texniki rəsmlərin üzərini
kölgələndirirlər.
Kölgələndirmədə şərti olaraq işıq şüasının
cismin üzərinə sol tərəfdən
düşdüyünü nəzərə almaq lazımdır. Onda cismin sağ və aşağı tərəfləri
işıqlanmır. İşıqlandırılmış səth bir – birindən aralı nazik xətlərlə, kölgəli səth isə
bir – birinə yaxın, nisbətən qalın xətlərlə göstərilir.
Kölgələndirmə xətlərinin
istiqaməti əşyanın formasından asılıdır.
Məsələn: konusun yan səthi təpə nöqtələrindən keçən xətlərlə,
silindrin
yan səthi isə doğuranlarla göstərilir.
Texniki rəsmlərin bədii rəsməlrdən fərqi aşağıdakılardır.
1.
mərkəzi proyeksiyalar əvəzinə asonometrik proyeksiyalardan istifadə
edilməsi,
2.
təsvir edilən əşyanın şəkil müstəvisinə nisbətən şərti yerləşdirilməsi,
3.
texniki rəsmlərdə müxtəlif şərtiliklərin tətbiq edilməsi (kəsim və
kəsiklər, yivlərin sadə təsviri, dişlərin sadə təsviri və s.)
4.
kölgələndirmənin fərqli verilməsi.
Texniki rəsmləri qurmazdan əvvəl
əl ilə müxtəlif maili xətlərin, paralel
xətlərin, çevrənin və s. çəkilməsini vərdiş etmək lazımdır. Xüsusilə 30
0
– li, 41
0
–
li, 7
0
– li, 15
0
– li və 45
0
– li bucaqların qurulmasını.
Həndəsi cisimlərin rəsmi aksonometrik proyeksiyalar kimi qurulur.
Prizma
üçün ilk olaraq cismin oturacağı qurulur. Prizma şaquli olduqda rəsmin şəkilməsi
üst oturacaqdan, üfüqi olduqda isə qabaq tərəfdən başlanır.
Kölgələndirmə üçün
paralel xətlər əvəzinə çarpaz ştrixlər tətbiq oluna bilər.
Piramidanı oturacaqdan başlayıb qururlar. Sonra hündürlük xətləri çəkilir və
piramidanın təpə nöqtəsi oturacağın təpələri ilə birləşdirilir.
Şaquli dayanan silindri üst oturacaqdan başlayıb çəkirlər. Sonra oturacaqların
ellipslərinə toxunanlar çəkilir ki, bunlar da silindrin doöuranları olur.
Dostları ilə paylaş: