Çertyojda kənaraçıxmalar, şərtiliklər və sadələşdirmələr. Bir sıra hallarda çertyojda kənaraçıxmalardan istifadəyə icazə verilir.
Kənaraçıxma əlavə, ayrı, adətən böyüdülmüş elementin təsviridir və bəzi izahatlar
tələb edir. İzahat tələb edən yer ( element) çertyojda dairəyə alınır, rum rəqəmləri
ilə işarə edilir, sonra kənarda onun böyüdülmüş təsviri, tələb olunan izahatı, və
miqyası göstərilir. Lazım gəldikdə bəzi ölçülər də qoyulur.
Çertyojların yerinə yetirilməsində vaxta qənaət etmək üçün şərtiliklər və
sadələşdirmələr tətbiq edilir. Bu şərtiliklər və sadələşdirmələr yerinə yetirilən
zaman çertyojun oxunması çətinləçməməli və təsvirin əyaniliyi pozulmamalıdır.
Şərtiliklər və sadələşdirmələr aşağıdakı formalarda aparılmalıdır.
1.
En kəsiyi dəyişməyən və ya müntəzəm dəyişən uzun cisimlər qısaldılaraq
göstərilə bilər (şəkil 1).
şəkil 1
Bu zaman cisim iki yerdən fikrən kəsilir, orta hissəsi atılaraq kənar hissələri
yaxınlaşdırılır. Qırma bütöv dalğavari xətlə göstərilir. Bu zaman ölçü xətti tam
çəkilir və uzunluğun real qiyməti göstərilir.
2.
Çertyojda paralelopiped formalı cisimləri və deçikləri bir təsvirdə vermək olar.
3.
Təsvirdə verilmiş silimdrik konus, sferik və s. formalı cismin üzərində müstəvi
səthlər varsa, onun daha aydın verilməsi üçün həmin yerdə nazik xətlərlə
diaqonallar çəkilir.
4.
Cismin görünüşü və kəsimi simmetrik fiqur olarsa, təsvirin yalnız yarısını və
ya yarısından bir qədər çoxunu gəstərmək olar (şəkil 2). Hər iki halda təsvirin
simmetriya oxu çəkilməlidir. Fiqurun yarıdan çoxu verildikdə qoparma xətti
verilir.
Şəkil 2 şəkil 3
5.
Cismin üzərində eyni quruluşa və ölçüyə malik elementlər varsa və onlar
bərabər məsafədə yerləşirsə, elementlərdən birini tam, yerdə qalanlarının isə
mərkəzlərini göstərmək kifayət edir ( şəkil 3).
6.
əgər kəsən müstəvi içi dolu cismin və ya onun hissələrinin oxu boyunca
yönləmişsə, onun təsviri kəsilməyən kimi göstərilə bilər. ( şəkil 4).
7.
əgər detalın baş səthdəki dörd ədəd deşiklərin mərkəzləri onun daxili
yuvasındakı pazdan fərqli olaraq simmetriya xətlərinin üzərinə düşmürsə, belə
halda deşikləri kəsilmiş kimi göstərmək olar ( şəkil 5)
Şəkil 5
8.
Əgər kəsən müstəvi dərinlik və deşik göstərən fırlanma səthinin oxundan
keçərsə kəsik fiqurun konturu qapalı çəkilir ( şəkil 6).
Şəkil 6.
9.
Deşiklərin formasını aydınlaşdırmaq məqsədilə cismin tam təsviri əvəzinə,
yalnız deşiyin konturunu göstərmək olar. Şəkil 7 də cismin çertyoju iki
təsvirlə verilmişdir. Bu təsvirlər cismin üzərindəki yuvanın formasını tam
aydınlaşdırmadığından, yuvanın üst görünüşünün çəkilməsinə ehtiyac
duyulur.
Şəkil
şəkil
10.
Təsvirdə kontur xətti ilə simmetriya oxu üst – üstə düşdükdə görünüş
ilə kəsimin hissəsini bütöv dalğavari nazik xətlə ayırmaq lazımdır. Şəkil 8.
Şəkil 4
əgər cismin simmetriya oxu üzərinə təsvirin xarici səthində yerləşmiş tili
düşərsə dalğavari xətt tildən sağda çəkilir.