Bolt və sancağın ölçüləri ilə çəkilməsi Bolt – bir ucu başlıqdan, digər ucu isə yivli çubuqdan ibarət olub, iki və daha
çox hissələri birləşdirmək üçün istifadə edilən standart hissədir. Daha çox rast
gılinən altıüzlü başlığı olan boltlardır.
Silindirik çubuğun uc hissəsində
l 0 uzunluğunda yiv açılır. Bolt üç görünüşdə
çəkilir. Əvvəlcə verilmiş yivin xarici diametrinə görə sadə hesablama aparılır və
boltun qalan ölçüləri təyin edilir. sonra miqyas və baş görünüş seçilir.
Boltun təsviri çəkilərkən onun oxu çertyojun əsas yazısına paralel götürülür.
Onun konstruktiv forması və məzmunu iki görünüşlə tam ifadə edilir. boltların
şərti işarələrində məmulatın adı, yivin diametri çubuğun uzunluğu və standartın
nömrəsi yazılır, misal üçün: bolt M 2x1.5 QOST7798 – 70
Boltun ölçülə
ş ğı
ə ə ə ə
d=0.85d l
0
=2d
c=
0.15d;h= 0.7d;D=2d;R = 1.5d ;D
1
= 0.9S; r=1....3mm;r
1
– qurma üzrə təyin edilir.
Baş görünüş çəkildikdən sonra üst və yan görünüşlərin yerinə yetirilir. Üst
görünüşü çəkən zaman boltun başlığı eyni ilə qaykada olduğu kimi yerinə yetirilir.
Bolt üç görünüşdə nazik xətlərlə çəkildikdən sonra əsas kontur xətləri
qalınlaşdırılır. Boltun
l uzunluğu konstruktiv, yəni lazım olan qədər götürülür.
Yivin xarici diametri
d standart üzrə seçilir.
Birləşmələrdə qalınlığı daha çox olan detalların birləşdirilməsi üçün boltların
əvəzinə sancaqlardan istifadə edilir. Sancaq hər iki ucunda yivi olan silindrik
çubuqdan ibarətdir. Bir yivli ucu ilə sancaq birləşdirilən detallardan birinə sancılır,
o biri yivli ucuna isə qayka taxılır.
Sancaq iki görünüçdə çəkilr. Yivin xarici diametri
d verilir, qalan ölçülər isə
aşağıdakı asılılıqlardan təyin edilir.
d = ........mm ;
d 1 = 0.85d ; l o = 2 d + 6 mm ; l – tələb olunan qədər ; ɑ = 0.1d ; l 1 = d ( polad; tunc; bürünc) ; 1.6d ( 1.25 d ) – çuqun; 2d ( 2.5 d ) – yüngül ərintilər üçün. Bolt birləşməsi ilə sancaq birləşməsinin fərqi ondan ibarətdir ki,bolt
birləşməsində birləşən hissədə yivsiz deşik açıldığı halda, sancaq birləşməsində
birləşən hissələrdən birində yivsiz, digərində yivli deşik açılır.
Yivli deşiyin diametri sancağın diametrinə bərabər olur. Sancağın bir ucu
yivin bütün uzunluğu boyu birinci hissənin yivli yuvasına bağlanır. İkinci hissədə
sancağın keçməsi üçün keçidli deşik (d
1
= 1.1d) açılır.
İlkin olaraq birləşmədə istirak edəcək birinci hissədə burğu aləti vasitəsilə
diametri d
0
= 0.85 d və L
2
= L
1
+ 0.5d dərinliyində yivsiz yuva aşılır (Şəkil 4).
Sonra yiv burğusu aləti vasitəsilə verilmiş yivin xarici diametrinə ( d) və dərinliyi
L
3
=L
1
+2P bərabər yiv açılır.
Şəkil 4
Burada sancağın
l 1 uzunluğu bağlanılan hissənin materialından asılı olaraq
müxtəli ölçülərdə olur. Polad, latun və tuncdan hazırlanan hissələr üçün
l 1 =1.6d və bərklikli materiallardan hazırlanan hissələ üçün
l 1 = 2.5 d qəbul edilir. sancağın
minimal uzunluğu aşağıdakı kimi müəyyən olunur.
l= m + b + H + k burada m – bağlanacaq hissənin hündürlüyü, b= 0.15d – şaybanın qalınlığı,
H
q
= 0.8d – qaykanın hündürlüyü, k – sancağın qaykadan çıxan hissəsinin
uzunluğu olub( 0.25 .........0.5)d arasında dəyişir. Sancağın uzunluğu
hesablandıqdan sonra alınan ədəd standart cədvəldən ona yaxın maksimum
rəqəmlə yuvarlaqlaşdırılır.