Mühazirələr Müəllimlər: Babayev E. A, Rzayeva T.İ. Sumqayit 2020 f ə nnin m ə qs ə


Çertyojda detalların materiallarının göstərilməsi



Yüklə 131,33 Kb.
Pdf görüntüsü
səhifə28/43
tarix25.12.2023
ölçüsü131,33 Kb.
#196964
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   43
529-19.111

Çertyojda detalların materiallarının göstərilməsi. 
Çertyojda detalların materiallarının şərti işarəsi yaxud markası göstərilir. 
Adi keyfiyyətli karbonlu poladlar: Ст О ; Ст 1; Ст 2 ; Ст 3; Ст 4; Ст 5; Ст 6 
Keyfiyyətli karbonlu konstruksoya poladları: 05 ; 08 ; 10 ; 15; 20; 25; 30; 35; 
40; 45; 50; 55; 60; 65; 70;
İşarə olunması Polad ( Сталь ) 25 
Karbonlu alət poladları: У7; У8; У9; У10; У11; У12; У13 
Keyfiyyətli alət poladları: У 7A; У8A; У9A və s. 
Legirlənmiş poladlar: 15X; 20X; 30X; 20XH; 40XH və s. ( X – xrom, H – 
nikel). Polad ( Сталь ) 15XH 
Boz çuqun ( серый чугун ) : СЧ 00; СЧ12 – 28 ; СЧ 15 – 32 ; СЧ18 –36; 
СЧ21 - 40; СЧ 24 – 44 və s.( 15 – dartılmada, 32 - əyilmədə möhkəmlik həddi – 
H/mm
2
). İşarə olunması: чугун ( çuqun) Cч 12 – 28 
Döyülən çuqun ( ковкий чугун ) - КЧ 30 – 6 ; КЧ 33 – 8 ; КЧ 35 – 10 və s.
Bürünc ( латунь) – mis – sink ərintisi: Л 63 ; Л70 ; ЛА 77 – 2 və s. 
Tunc ( Бронза ) Бр.Оцс – 6 – 6 – 3; Бр. Оцс 5 – 5 - 5 ; Бр.Оцси – 4 –17 və s. 
Alüminium ərintiləri: АЛ6 ; АЛ 9 ; АК ; АК 2 və s.
Düralüminiumlar: Д 1 ; Д 6 ; Д 16 və s. 
Bunlardan başqa detallar üçün plastik kütlələrdən də istifadə edilir. çeşidli 
detallar: boru, məftil, zolaq, araqatı, qaytan və s. 
Eskizin vəzifəsi. Detalın eskizinin yerinə yetirilmə ardıcıllığı. 


Detalın elementlərinin mütənasibliyi gözlənməklə dəqiq miqyas olmadan, 
çertyoj alətləri tətbiq edilmədən, əl ilə yerinə yetirilən konstruktor sənədinə eskiz 
deyilir. Eskiz müvəqqəti çertyojdur və yalnız birdəfəlik istifadə etmək üçündür. 
Detalların eskizləri onların formasını, əsas ölçülərini materialını, dəqiqlik 
dərəcəsini, səthin təmizliyinin emal üsulunu və s müəyyən etməlidir.
Eskizin çəkilməsi detalla tanışlıqdan başlanır. Sonra görünüşlərin sayı, kəsim 
və kəsiklərin verilib verilməməsi müəyyən edilir. Baş görünüşün vəziyyətini 
müəyyənləşdirdikdən sonra detalın eskizi müəyyənardıcıllıqla yerinə yetirilir. 
Eskizdə təsvirin böyüklüyü elə olmalıdır ki, onun ölçülərinin mütənasibliyi 
saxlamaq şərti ilə, bütün ölçüləri vermək və seçdiyimiz formada yerləşdirmək 
mümkün olsun. əgər çox kiçik detalın eskizinin tərtib olunması tələb olunursa, 
onda bu detalın hissələrinin mütənasibliyini saxlamaq, müəyyən nisbətdə 
böyütmək lazım gəlir. Eskizin yerinə yetirilməsinin dama – dama dəftərdə 
aparılması məsləhət görülür. Ox, mərkəz, kontur, kənara çıxarılan və ölçü xətləri 
kağızdakı damaların xətləri üzəri ilə çəkilir. Dairələrin mərkəzi olaraq dama 
xətlərin kəsişdiyi nöqtələr götürülə bilər.
Eskizlərdə miqyas gözəyarı götürülür. M1 : 1 miqyası əlverişlidir, lakin lazım 
gəldikdə böyütmə və kiçiltmə də ola bilər. Miqyas gözəyarı olsa da ölçülərinnisbəti 
gözlənməlidir. Əsas çətinlik böyük çevrələrin əl ilə çəkilməsidir. Onu da əvvəllər 
pərgardan istifadə etməklə vərdiş etmək olar.
Detalın formasından asılı olaraq eskizlər 3 görünüşdə, 2 və ya 1 görünüşdə ola 
bilər. Məsələn, lövhənin və val tipli detalın eskiiz bir görünüşdə çəkilmişdir. 
Onlara əlavə görünüşlər vermək yəqin ki, artıqdır.
Detalın eskizinin tərtibi aşağıdakı ardıcıllıqla yerinə yetirilir. 
1.
Seçilmiş formalı eskiz vərəqində çertyoj sahəsinihüdudlandıran çərçivə və 
əsas yazı çəkilir. Sonra isə çertyojun çəkildiyi sahədə təsvirlər yerləşdirmək 
üçün nazik xətlərlə qabarit düzbucaqlılar, ox və mərkəz xətləri çəkilir.
şəkil a 
2.
Görünüşlərdə detalın görünən kontur xətləri qurulur. Şəkil b 


3.
Ştrix xətlərlə detalın görünməyən hissələri çəkilir. Şəkil c 
4.
Lazım olan kəsim və kəsiklər verilir. Şəkil g 
5.
Kənara çıxarılan və ölçü xətləri göstərilir. Şəkil d 
6.
Detalın ölçüləri ölçü xətləri üzərində göstərilir və əsas yazı doldurulur. Sonda 
eskiz dəqiq yoxlanılır və son çertyoj xətləri standarta uyğunlaşdırılır.şəkil e


İstehsal şəraitində detalın hazırlanması üçün onun eskizi əsasında işçi çertyoju 
tərtib edilir. işçi çertyojda detalın görünüşlərindən əlavə ölçü və digər texniki 
tələblər göstərilir. 

Yüklə 131,33 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin