Mühazirələr Müəllimlər: Babayev E. A, Rzayeva T.İ. Sumqayit 2020 f ə nnin m ə qs ə


Qayka və şaybanın ölçüləri ilə çəkilməsi



Yüklə 131,33 Kb.
Pdf görüntüsü
səhifə30/43
tarix25.12.2023
ölçüsü131,33 Kb.
#196964
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   43
529-19.111

Qayka və şaybanın ölçüləri ilə çəkilməsi

Qayka – daxili silindrik səthində yivi olan standart məmulatdır. Təyinatından 
və işlədiyi şəraitdən asılı olaraq qaykalar müxtəlif quruluşda hazırlanır. 
Daha geniş altıüzlü qaykalar tətbiq edilir. Qaykanı çəkə bilmək üçün onun 
yivinin xarici diametri ( 
d
) verilir. Göstərilən asılılıqlar əsasında əvvəlcə sadə 
vurma əməliyyatı yerinə yetirilir və qaykanın qalan bütün ölçüləri tapılır.
Qaykanın üç görünüşdə çəkilməsi məsləhətdir: baş görünüş, üst görünüş və 
yan görünüş. Üst görünüşdən başlamaq daha əlverişlidir. 
D/2
radiusu ilə nazik 
çevrə çəkilir və altı bərabər hissəyə bölünür, sonra düzgün altıüzlü çəkilir.


d
= ..........., 
d
1
= 0.85 d ; D = 2d ; H= 0.8d ; S = 1.732d; R
1
= 1.5d ; R
2
= d ; x 
= 0.25d 
d
və 
d
1
diametrləri əsasında daxili və xarici çevrələr çəkilir. Bundan sonra baş 
görünüşü çəkmək olar. Əvvəlcə 
H
məsafədə bir – birinə paralel olan iki xətt 
çəkilr. 
D
ölçülü dörd bərabər hissəyə bölünür. 
R

radiusu ilə iki qövs çəkilir. Sonra 
qurma ilə 
R
radiuslu qövslərin mərkəzləri tapılır və qövslər çəkilir. Baş görünüşdə 
30
0
– li faskalar ( haşiyələr ) göstərilir. Bundan sonra sol ( yan ) görünüş çəkilə 
bilər ki, onun da çəkilmə qaydası şəkildə göstərilmişdir.
Bütün üç görünüşlər çəkildikdən sonra bütöv əsas xətlər qalınlaşdırılır və 
lazımi ölçülər qoyulur. Bu zaman əlverişli miqyas 1: 1 – dir. Lakin ölçülərdən asılı 
olaraq böyütmək və kiçiltmək olar.
Şayba birləşən hissələrin səthini zədələnmədən qorumaq,qayka tərəfindən 
göstərilən təzyiqin hissənin səthində bərabər paylanmasını təmin etmək və dəyişən 
yük altında işləyən yerlərdə öz – özünə açılmanın qarşısını almaq məqsədilə 
istifadə edilir. 
d = 4; 5; 6;7; 8;9;10; 12; 14; 16; 18; 20; 22; 24; 27; 30; 33;36; 39; 42; 45; 48; 
52; 56; 60; 64; 68; 70; 72 
Şaybada yiv yoxdur, lakin yivli detallarla birlikdə tətbiq edildiyi üçün, onlara 
aid edilir. Şaybanın vəzifəsi əzilmə sahəsini artırmaqdır. Ən çox dairəvi yastı 
şaybalar tətbiq edilir.
Şaybanı iki görünüşdə çəkmək kifayətdir. Qaykanın yivinin nominal – xarici 
diametrinə ( d) görə kiçik hesablama aparılır. Sonra alınan ölçülər əsasında iki 
görünüşdə şayba çəkilir. 



Yüklə 131,33 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin