Şəkil 1
Məmulata daxil olan hissələrin bir – birindən zədələnmədən ayırmaq və
yenidən yığmaq mümkün olan birləşmələrə söükləbilən birləşmələr deyili.
Söküləbilən birləşmələrə yiv, işgil, şlis, çiv və s. aid edilir.
Məmulata daxil olan hissələri ayırdıqda və ya yığdıqda, onların
kontakt
səthləri zədələnmə nəticəsində öz forma və ölçülərini dəyişirsə, belə birləşmələrə
söküləbilməyən birləşmələr deyilir. Bu birləşmələrə lehim, qaynaq, pərçim,
yapışqan və s. aiddir.
Hərəkətli birləşmələrdə yığıma daxil olan hissələr istismar zamanı bir –
birinə nəzərən yerdəyişmə imkanına malik olur. Bu növ birləşmələrə misal olaraq
sürət qutusunun şlisli valı üzərində oturdulmuş dişli çarxın
ox boyu hərəkətini,
oynaqlı birləşmələri göstərmək olar.
Hərəkətsiz birləşmələrə qarşılıqlı əlaqədə olan hissələr yerdəyişməyə məruz
qalmır.
Standartlaşdırılmış hissələrin və birləşmələrin təsvir olunma qaydaları
Dövlət Standartları ilə müəyyən edilir. bu zaman onların çertyojlarının tərtib
edilməsi və oxunması asanlaşır. Standartlaşdırma
eyni zamanda hissələrin
qarşılıqlı əvəz edilməsi üçün imkan yaradır.
Yivlər, elementləri və profilləri
Düzbucaqlı üçbucağı
diametri
d
olan silindrə doladıqda, silindrin səthində
üçbucağın hipotenuzu silindrik vint xətti cızır(
bir şərtlə ki,dolanan katetin
uzunluğu πd olsun). Vint xətti boyunca hər hansı yastı fiquru, məsələn,
üçbucaq,düzbucaqlı və s. hərəkət etdirsək, onda yiv alınar.
Həndəsi formasında (profilinə) görə üçbucaqlı, düzbucaqlı, trapesiya, dayaq və
dairəvi yivlər olur.
Yivlərin əsas elementləri :
d- xarici diametr
d1- daxili diametr
d2- orta diametr
h- içşi hündürlük
H – tam hündürlük
ɑ- profil bucağı
S – addım adlanır.
Addıma görə yivlər iri addımlı və xırda addımlı olur. Vint xəttinin qalxmasına
görə sağ və sol yivlər vardır.
Yivlərin tipləri:
1)
Metrik yivlər, ɑ=60 olur ( möhkəmliyi çoxdur)
2)
Düyüm yivləri - ɑ=55 ( kipliyi çoxdur)
3)
Boru yivləri. Bu yivlər də düyüm (düymə)
yivləri kimi olur, yalnız addımı
daha da xırda olur və təpələri dəyirmilənir.
Yivlər çertiyojda şərti təsvir olunur. Belə ki yivin çıxıntıları bütöv əsas xətlə,
girintiləri isə bütöv nazik xətlə göstərilit. Yuxarıdakı çertyyojlarda xarici və daxili
yivin necə şərti təsvir olunması verilib.
Çertiyojda metrik yiv M hərfi ilə, düymə yivi isə düyümlə göstərilir. Məsələn,
M20, M20* 1.5, 1/2´´ , və s. ( 1´´ = 25,4 mm ). Burada , 20 yivin xarici diametri
(mm – lə ); 1,s – addımıdır (mm-lə). Addım göstərilmədikdə, deməli,
yiv iri
addımlıdır.
d= 4; 5; 6; (7) ; 8; (9); 10; 12; 14; 16; 18; 20; 22; 24; (25); 27; 30; 33;
36; 39; 42; 45; 48; 52; 56; 60; 64; 68; (70); 72/
S(iri) = 0,7; 0,3ı 1; (1); 1,25; (1,25); 1,5; 1,75 ; 2; 2; 2,5; 2,5; 2,5; 3; 3;
3,5; - ; 4; 4; 4,5; 4,5; 5; 5; 5,5; (5,3); 6; 6; (-) ; -;
Dostları ilə paylaş: