3.1. Marketinq tədqiqatları bazarın öyrənilməsi vasitəsidir
3.2. Marketinq tədqiqatlarının məqsədi və istiqamətləri
3.3. Marketinq tədqiqatlarının aparılması prosesi
3.1. Marketinq tədqiqatları bazarın öyrənilməsi vasitəsidir
Marketinq tədqiqatları dedikdə, marketinq fəaliyyətinin həyata keçirilməsinə dair qərarların qəbul edilməsi məqsədilə onun ətraf mühitinə dair informasiya toplanması, onların işlənməsi, təhlil edilməsi, ümumiləşdirilməsi və marketinq fəaliyyəti üzrə tövsiyələrin hazırlanması başa düşülür.
Bazar marketinq tədqiqatlarının obyektidir və onun tədqiqi marketinq tədqiqatlarının əsasını təşkil edir.
Bazarın aşağıdakı əlamətlərə görə müxtəlif formaları vardır. 1) tələblə təklifin arasındakı nisbətə görə, 2) istehlakçıların tiplərinə görə, 3) istehlakçıların məhsul almaq imkanlarına görə.
Dostları ilə paylaş: |