Mühazirələri tərtib edən: dosent Əliyev Mahir Əlişah baki-2014



Yüklə 0,67 Mb.
səhifə6/102
tarix10.05.2022
ölçüsü0,67 Mb.
#57227
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   102
Marketinq

Marketinqin funksiyaları. Marketinqin funksiyası dedikdə, qarşıya qoyulan məqsədə nail olmaq üçün marketinq prosesində həyata keçirilən ixtisaslaşmış fəa­liyyət növləri və ya bu cür fəaliyyət növlərinin kompleksi başa düşülür. Marketinqin aşağıdakı funksiyaları vardır.

1. Marketinq tədqiqatları.

2. Məhsul çeşidinin planlaşdı­rılması.

3. Məhsulların bölüşdürülməsi və satışı.

4. Reklam və satışın həvəsləndirilməsi.

5. Qiymətqoyma.

6. Marketinqin idarə edilməsi.

Marketinqin prinsipləri. Marketinqin funksiyaları yerinə yetirilərkən bir sıra ümumi prinsiplərə əməl etmək lazımdır. Marketinqin prinsipləri dedikdə, marketin­qin əsasını təşkil edən, bunun mahiyyətini və təyinatını açan müddəalar, hallar və tələblər başa düşülür. Marketinq fəaliyyəti aşağıdakı prinsiplərə əsaslanır:

1. Təsərrüfat qərarlarının qəbulu zamanı istehlakçıların tələbatının və alış mo­tivlərinin, tələbin və bazar konyukturasının müasir vəziyyətinin və inkişaf dina­mi­ka­sının aşkar edilməsi və onların nəzərə alınması;

2. İstehsalın bazarın tələbatına, tələbin quruluşuna uyğunlaşdırılması;

3. Bütün mümkün vasitələrlə istehlakçılara təsir edilməsi, tələbatın yaradıl­ma­sı;

4. İstehsal-satış fəaliyyətinin yüksək effektlə həyata keçirilməsi;

5. Qarşıya qoyulan məqsədə nail olmaq üçün proqram-məqsədli və sistemli ya­naşma metodunun tətbiq edilməsi;

6. Müəssisənin, ayrı-ayrı istehlakçıların və bütünlükdə cəmiyyətin mənafe­yinin uzlaşdırılması;

7. Marketinq fəaliyyətinin situasiyalı təhlili;

8. Marketinq fəaliyyətində insan amilinin gücləndirilməsi, bütün işçi­lərdə sa­hib­kar­lıq hissinin yaradılması və onlara müəssisənin məqsədinə nail olunmasında vəzifələrinin və oynadıqları rolun izah edilməsi.


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin