Mühazirələri tərtib edən: dosent Əliyev Mahir Əlişah baki-2014


Vasitəçilərin həvəsləndirilməsi



Yüklə 0,67 Mb.
səhifə68/102
tarix10.05.2022
ölçüsü0,67 Mb.
#57227
növüMühazirə
1   ...   64   65   66   67   68   69   70   71   ...   102
Marketinq

10.2.Vasitəçilərin həvəsləndirilməsi. Vasitəçilərin həvəsləndirilməsinin məq­sə­di onları müəssisənin məhsullarının daima satışda olmasını təmin etməyə, on­ların yayımını və satışını yüksək effektlə həyata keçirməyə, bu məhsul­ların satış əra­zilərini və istehlakçılarını genişləndirməyə stimullaşdırma­qdır.

Vasitəçilərin həvəsləndirilməsində ən çox məhsul partiyasının həc­minə gö­rə qiymət güzəştləri, bonus paketi, məhsula görə kompensasiya, yerə görə haqq ödənilməsi, metod­ların­dan isti­fadə edilir.



Vasitəçilərin həvəsləndirilməsində ən geniş yayılmış həvəslən­dir­mə metodu məhsul partiyasının həcminə və təkrar satınalmalara görə onlara edi­lən qiymət güzəşt­­ri­dir. İstehlakçılara edilən qiymət güzəştlərindən fərqli olaraq vasitəçilərə edilən qiymət güzəştlərinin səviyyəsi çox yüksək olur.

Məhsula görə kompensasiya istehsalçının məhsulun mağazadaxili hi­ma­yəsi, məsələn, vitrinlərin və ya mağazadaxili göstəricilərin tərtibi məqsə­dilə pəra­kəndə tacirlərə ödədiyi ödənişlərdir .

Yerə görə haqq ödənilməsi istehsalçının məhsulun mağazada, topdan­satış ti­ca­­rət müəssisələrində olmasının, onların vitrinlərdə və ya piştaxta­larda yer­ləş­­di­ril­mə­sinin təmin edilməsində vasitəçiləri maraqlandırmaq məqsədilə ödə­diyi ödə­niş­­lərdir.

İstehsalçıların vasitəçilərin həvəsləndirilməsində istifadə etdiyi həvəs­lən­dir­mə metodlarından biri də onlarla birgə reklam kampaniyalarının, sər­gilərin və yar­markaların təşkilidir. Bu məqsədlə istehsalçılar vasitəçilərin həyata keçirdikləri reklam kampaniyalarına yardım edir və ya onu ma­liyyələşdirir, yaxud da qeyd edi­lən tədbirlərin həyata keçirilməsi məqsədilə birgə fondlar yaradırlar. Məsələn, ABŞ-da qablaşdırılmış məhsul istehsal­çıları reklam və satışın həvəslən­di­ril­məsinə ayırdıqları vəsaitin 50%-ni pə­rakəndə tacirlərə sərf edirlər .

İstehsalçılar ticarət müəssisələrinin kuponlarının ödənilməsi məqsədilə də onlarla müştərək fondlar yaradırlar.

Vasitəçilərin həvəsləndirilməsində istifadə edilən həvəsləndirmə me­tod­la­rın­dan biri də satılmayan məhsulların istehsalçıya qaytarılması meto­dudur. Bu me­to­dun mahiyyəti ondan ibarətdir ki, istehsalçı öz məhsulunun satılmayacağı təq­dir­də onun geri götürülməsinə və məhsulun haqqının yal­nız məhsul satıl­dıq­dan sonra ödənilməsinə dair vasitəçiyə zəmanət verir. Bununla, istehsalçı öz məh­sulunun satışa qəbul edilməsində vasitəçinin marağını artırır. Çünki, bu halda vasitəçi məhsulun satılmaması ilə əlaqə­dar olan risklərdən azad olur və heç nə itirmir, məhsul satıldıqda isə əlavə gəlir əldə edir. Bu həvəsləndirmə metodu müəyyən mənada konsiqnasiya əsasında satışın oxşarıdır.




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin