1.2. «Əməyin iqtisadiyyatı» elmi fənn kimi və onun predmeti «Əməyin iqtisadiyyatı» bir elmi fənn olmaqla əməklə əlaqədar olan ictimai-istehsal sahələri, qanunları və bu qanunlardan istifadə olunma üsullarını öyrənir. Bu elmin çıxış nöqtəsi əmək potensialı, əmək və onun səmərəli təşkilidir.
İctimai-iqtisadi hadisələrin müəyyən və nisbətən müstəqil sahəsi olan əmək potensialı, ictimai əmək və onun konkret təşkili əməyin iqtisadiyyatının predmetidir. «Əməyin iqtisadiyyatı» kursu ictimai əməyin təşkili və iqtisadi məsələlərini istehsal və qeyri-istehsal müəssisələrinin fəaliyyəti ilə vəhdət halında öyrənir.
İctimai əməyin təşkil olunmuş xarakteri hakim istehsal münasibətləri və iqtisadi qanunlarla müəyyən edilir. «Əməyin iqtisadiyyatı» sahə deyil, sahələrarası iqtisadiyyat elmi xarakteri daşıyır.
İctimai əməyin təşkili aşağıdakıları özündə ehtiva edir (şəkil 1.4):
Əmək bölgüsü və əmək kooperasiyası
Əmək qabiliyyətli əhalinin istehsalata cəlb olunması
İctimai əməyin ünsürləri
İşçi qüvvəsinin təkrar istehsalı və işçilərin peşə hazırlığı,məşğulluq və əmək bazarının əlaqələndirilməsi
Maddi nemətlərin müəyyən qanun və prinsiplər üzrə bölüşdürülməsi
Şəkil 1.4. İctimai əməyin ünsürləri
1.3.«Əmyin iqtisadiyyatı» kursunun məzmunu və vəzifələri Kursun məzmununa daxildir:
- əmək və iş qüvvəsi anlayışı, əməyin məzmunu və xarakteri;
- ayrı-ayrı müəssisələrdə əməyin təşkili;
- əmək bölgüsü və əmək kooperasiyası;
- əmək potensialı;
-əmək ehtiyatları, onların formalaşması və istifadəsi;
- əmək bazarı və onun tənzimlənməsi;
- əmək məhsuldarlığı, onun ölçülməsi üsulları, göstəriciləri, amilləri və ehtiyatları;
- əmək haqqının təşkili ünsürləri, prinsipləri və funksiyaları, tarif sistemi, onun ünsürləri, əmək haqqının forma və sistemləri, müəssisələrdə əmək planı və onun ayrı-ayrı göstəricilər üzrə tərtib olunması, fəhlə və mütəxəssis kadrların hazırlanmasının planlaşdırılması və ixtisaslarının arıtrılması və s.
Kursun vəzifələri:
- texniki cəhətdən əsaslandırılmış hasilat (istehsal) normalarının tətbiq edilməsində, istehsal ehtiyatlarının aşkara çıxarılması və istifadə olunmasında, qənaət üsulunun geniş tətbiq edilməsi və özünümaliyyələşdirmə prinsiplərinin ardıcıl tətbiq edilməsində, iqtisadçı kadrların hazırlanmasında, iqtisadi biliyin, təfəkkürün dərinləşməsində bu fənnin böyük əhəmiyyəti vardır;
- «əməyin iqtisadiyyatı» kursu əmək bazarı situasiyaları və münasibətlərinin, əmək bazarı seqmentlərinin, insan resurslarının təkrar istehsalı, əhalinin sosial müdafiəsi, əməyin səmərəliliyi, əməyin ödənilməsi və s. məsələlər üzrə biliklərin əldə edilməsinə xidmət etməlidir