3.2.Əmək bazarının növləri və onların seqmentləşdirilməsi Əmək bazarının seqmentləşməsi onun ayrı-ayrı hissələrə, seqmentlərə, sektorlara ayrılmasıdır. Əmək bazarı seqmentlərinə müxtəlif baxımından yanaşmaq olar: tənzimlənən və tənzimlənməyən bazar baxımından, ilkin və ikinci əmək bazarı, işçi qüvvəsinə cins, təhsil, sağlamlıq, iş qabiliyyəti, baxımından və s. Şəkil 3.2-də əmək bazarının növləri göstərilmişdir.
Fəhlə kadrları bazarı
Milli əmək bazarı
Əmək bazarının növləri
Mütəxəssis kadrları bazarı
Beynəlxalq əmək bazarı
Qadın əmək bazarı
(Gender aspekti)
Şəhər əmək bazarı
Kənd əmək bazarı
Gənclərin əmək bazarı
Lokal əmək bazarı
Uşaq əmək bazarı
Mütəşəkkül və qeyri-mütəşəkkül əmək bazarı
Sosil qruplar üzrə əmək bazarı
Sahə mənsubiyyətli peşələr üzrə əmək bazarı
Pensiyaçıların əmək bazarı
Şəkil 3.2. Əmək bazarının növləri
Əmək bazarının seqmentləşməsinin başlıca səbəbi, əməyin və istehsalın müxtəlif səviyyələrdə səmərəli olmasıdır.
Əmək bazarının strukturu, həcmi və tərkibinin öyrənilməsində kontingentlərin seqmentləşdirilməsi də vacibdir.
Əmək bazarının komponentlərinə onun tədqiqi məqsədindən asılı oalraq aşağıdakılar daxildir:
1.Əmək bazarının subyektləri (muzdlu işçi kateqoriyaları, həmkarlar ittifaqları, iş verənlər - sahibkarlar, dövlət müəssisələri);
2.Bazar mexanizmləri (iş qüvvəsinin tələb və təklifi, iş qüvvəsinin qiyməti. rəqabət);
3.İşsizlik və sosial yardım;
4.Bazar infrastrukturu (əmək birjaları, məşğulluq xidmətləri, kadr hazırlığı və peşə meyli üzrə mərkəz və s.).
3.3. Əmək bazarı çevikliyi Çeviklik nəinki əmək bazarına, əməyin özünə də xas olan bir haldır. Əmək bazarının çevikliyi elmi-texniki tərəqqi, iqtisadi proseslərdəki dəyişikliklər, ümumiyyətlə hər hansı bir dəyişikliklər və təsir etmə ilə bağlıdır.
Bu, birinci növbədə bazar subyektlərinin iqtisadi davranışında, sosial- iqtisadi, istehsal amillərinin əlaqələndirilməsində, amillərlə bağlı yaranan və yaranacaq gəlirlərin əldə edilməsi sistemində, bazar parametrlərinin dəyişilməsində özünü göstərir.
Əmək bazarının çevikliyi problemi işçi qüvvəsinin dəyişilən şəraitə, yəni yeni şəraitə uyğunlaşması qabiliyyətidir. İşçi qüvvəsinin uyğunlaşması əmək bazarının çevikliyinin bir hissəsidir.
Çünki əmək bazarının çevikliyi əmək haqqı sisteminin, muzdla işləmə şərtlərinin, həyat tərzinin, əməyin təşkili metodlarının və s. çevikliyini də əhatə edir.
İşçi qüvvəsinin çevikliyi onun məşğulluğunun çevikliyidir, funksional çevikliyidir, mobilliyidir.