Mühazirələrin icmalı Bakı -2023 «Əməyin iqtisadiyyatı» fənninin proqrami


İşçi qüvvəsinin təkrar istehsalının mahiyyəti



Yüklə 1,29 Mb.
səhifə5/52
tarix25.12.2023
ölçüsü1,29 Mb.
#195509
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   52
C fakepathT.Q. liyev. m yin iqtisadiyyat f nni üzr mühazir l(8)

2.3. İşçi qüvvəsinin təkrar istehsalının mahiyyəti
Iş qüvvəsi insanın əmək qabiliyyətidir, onun əmək proseisndə istifadə etdiyi fiziki və zehni qüvvəsi, bilik, təcrübə və əmək vərdişlərinin məcmusudur. İş qüvvəsinin təkrar istehsalının mahiyyəti şəkil 2.4-də göstərilmişdir.


İş qüvvəsinin təkrar istehsalı ictimai təkrar istehsalın tərkib hissəsi olub, əmək prosesində insanların sərf etdiyi əzələ, sinir, fiziki enerjinin daima bərpa olunması, istehsalatdan getmiş işçilərin miqar və keyfiyyətdə işçi güvvəsi ilə təmin edilməsi prosesidir

Fərdi iş qüvvəsinin təkrar istehsalı

Təbii itkini əvəz edən və əlavə tələbatı təmin edən yeni işçi qüvvəsinin istehsalı

İxtisaslı işçi qüvvəsinin istehsalı

Şəkil 2.4. İş qüvvəsinin təkrar istehsalının mahiyyəti






İşçi qüvvəsinin təkrar istehsalnın xüsusiyyətləri:


1.İşçi qüvvəsinin daşıyıcısı olan insanlar bir məhsuldar qüvvə kimi elmi- texniki biliyə malik olurlar və əmək alətlərini hərəkətə gətirirlər;
2.İşçi qüvvəsinin təkrar istehsalı proseisndə və bu nun sayəsində insan başlıca məhsuldar qüvvə olur;
3.İşçi qüvvəsinin daşıyıcısı məhsuldar qüvvələrin mühüm ünsürü olmaqla bərabər, istehsal münasibətlərinin başlıca subyektidir;
4.İşçi qüvvəsinin təkrar istehsalı eyni zamanda ailə münasibətlərinin, mənəvi, hüquqi və s. münasibətlərin təkrar istehsalıdır.
5.İşçi qüvvəsininin təkrar istehsalı müvafiq həcmdə yaşayış vasitələrinin təkrar istehsalını tələb edir.


2.4. Əmək ehtiyatları və onlardan istfiadə
Əmək ehtiylatlarına işləməyən I və II qrup əmək və müharibə əlilləri və güzəştli təqaüd alan və işləməyənlər çıxıldıqdan sonra butun əmək qabiliyyətli yaşında olan əhali, yəni 16-65 yaşında kişilər və qadınlar daxil edilirlər.
Əmək ehtiyatlarına əmək qabiliyyəti yaşından xaric olan, lakin faktiki olaraq işləyən şəxslər də, yəni 65 yaşdan yuxarı olan kişilər və qadınlar və 16 yaşdan az olan yeniyetmələr daxil edilirlər.
Əmək ehtiyatlarının əsas hissəsini əmək qabiliyyətli yaşında olan əhali təşkil edir. Əhalinin minimum (16 yaş) və maksimum (təqaüd yaşı) əmək qabiliyyəti həddi fizioloji və ictimai -iqtisadi amillərlə müəyyən edilir. Ona görə də əhalinin təqaüd yaş dövrü ümumi halda və konkret iş sahələri üçün ayrılıqda müəyyənləşdirirlir.

Maddi və qeyri-maddi istehsal sahələrinin işçi qüvvəsinə olan tələbatının təmin edilməsi

Ölkənin əmək ehtuyatlarından səmərəli istifadə edilməsi ən mühüm məsələlərdən biridir. Şəkil 2.5də əmək ehtiyatlarından səmərəli istifadə edilməsinin yolları göstərilmişdir.


Əmək ehtiyatlarının xalq təsərrüfatının sahələri üzrə səmərəli bölüşdürülməsi

Əmək qabiliyyətli əhalinin məşğulluğunun təmin edilməsi

Az əmək sərf etməklə daha çox nəticələr əldə etmək üçün müvafiq tədbirlərin görülməsi

Əmək ehtiyatlarından səmərəli istifadə yolları

Şəkil 2.5. Əmək ehtiyatlarından səmərəli istifadə yolları

Əmək ehtiyatlarından istifadə səviyyəsini müəyyən etmək üçün bir sıra göstəricilərdən istifadə olunur. Şəkil 2.6-da əmək ehtiyatlarından istifadə göstəriciləri əks etdirilmişdir.


Maddi və qeyri-maddi istehsal sahələrində, şəhər və kəndlərdə, habelə rayonlar üzrə çalışan işçilərin nisbəti

İşçilərin iş vaxtı fondundan istifadəsi

Əmək qabiliyyətli yaş qrupupları üzrə koşi və qadınların məşğulluğu

Əmək ehtiyatlarından istifadə göstəriciləri

Əmək məhsuldarlığının səviyyəsi



Təsərrüfatlarda, təhsillə məşğul olan əhalinin xüsusi çəkisi

Şəkil 2.6. Əmək ehtiyatlarından istifadə göstəriciləri




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin