Mühazirələrin icmalı Bakı -2023 «Əməyin iqtisadiyyatı» fənninin proqrami


Əmək məhsuldarlığı, əməyin məhsuldar qüvvəsi və əmək intensivliyi arasında qarşılıqlı əlaqə



Yüklə 1,29 Mb.
səhifə28/52
tarix25.12.2023
ölçüsü1,29 Mb.
#195509
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   52
C fakepathT.Q. liyev. m yin iqtisadiyyat f nni üzr mühazir l(8)

6.5. Əmək məhsuldarlığı, əməyin məhsuldar qüvvəsi və əmək intensivliyi arasında qarşılıqlı əlaqə
6.6.Əmək məhsuldarlığının yüksəldilməsi amilləri və onların təsnifatı
7.7.Əmək məhsuldarlığının artırılması ehtiyatları və onların təsnifatı

6.1.Bazar sistemi və əmək məhsuldarlığı
Bazar münasibətləri şəraitində əmək məhsuldarlığı problemi daha da aktuallaşır. Lakin müasir dövrdə əməyin səmərəliliyi məsələlərinə lazımi dərəcədə əhəmiyyət verilməməsi ayrı-ayrı firma və şirkətlərin, sahələrin iqtisadi vəziyyətinə pis təsir göstərmişdir.
Sənayecə inkişaf etmiş ölkələrdə əməyin səmərəliliyi problemi ön planda dayanır. ABŞ, İngiltərə, Almaniya, Fransa kimi ölkələrdə ayrı-ayrı firmalar, sahələr və bütövlükdə ölkə üzrə əmək məhsuldarlığının artırılması və idarə edilməsi üzrə Proqramlar hazırlanır.
Burada korporativ strategiya, idarəetmə proqramları, korporativ plan­laşdırma, elmi informasiya sistemləri əmək məhsuldarlığı ilə əlaqələndirilir.
Məhsuldarlıq üzrə ölkələrdə Milli Mərkəzlər yaradılmışdır. Həmçinin məhsuldarlıq üzrə Avrolpa Milli Mərkəzi, Asiya, Latın Amerikası üzrə mər­kəzlər fəaliyyət göstərir.
Əmək məhsuldarlığı sənayecə inkişaf etmiş ölkələrdə aşağıdakı istiqamətlərdə (aspektlərdə) öyrənilir.

  1. Keçmiş, əşyalaşmış əməyə qənaət - məhsul vahidinə sərf edilən resurslara qənaət, fond tutumunun azalması, real səmərəlilik;

  2. Sənaye siyasəti sferasında - siyasətin formalaşması, strategiyası, innovasiya, investisiya və s;

3.İnsan amilli;

  1. Rəqabət - yeniliklərə həssas olma və bu əsasda məhsuldarlıqda stabil artıma nail olma;

  2. İqtisadi artım və səmərəli məşğulluq;

  3. Əməyin təşkili - əməyin təşkili ünsürləri və istiqamətlərinin optimal əlaqələndirilməsi.

6.2. Əmək məhsuldarlığının mahiyyəti və əhəmiyyəti
Əmək məhsuldarlığı insanın, məqsədəuyğun fəaliyyətinin göstəricisidir, başqa cür desək əmək məhsuldarlığı - əmək sərfinin səmərəlilik dərəcəsidir. İnsanın məqsədəuyğun fəaliyyətinin səviyyəsi və yaxud nəticəsi vaxt vahidi ərzində yaradılmış müəyyən miqdar istehlak dəyərinin miqdarında, yaxud məhsul vahidinə sərf edilmiş vaxtda ifadə olunur.
Əmək məhsuldarlığı minimum əmək sərfi ilə maksimum məhsul istehsal etməklə əlaqədardır, məhz bunun nəticəsində iqtisadi tərəqqi və geniş təkrar istehsalı prosesi baş verir.
Əmək ölçüsü iş vaxtı olduğu halda, vaxt vahidi ərzində məhsul istehsalına çəkilən həmin vaxtın miqdarı əmək məhsuldarılığının göstəricidir.
Əmək məhsuldarlığının əhəmiyyəti aşağıdakılarla səciyyələnir:
1.İctimai istehsalın artımının əsas hissəsi əmək məhsuldarlığının yüksəlməsi hesabına başa gəlir;
2.Əmək məhsuldarlığı məhsulun maya dəyərinə birbaşa təsir göstərir;
3.Əmək məhsuldarlığı müasir şəraitdə ölkələrin iqtisadi yarışda müvəffəqiyyətlərinin təmin edilməsində mühüm rol oynayır;
4.Əmək məhsuldarlığının yüksəlməsi xalqın maddi rifah halının yaxşılaşdırılması üçün əsas şərtdir.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin