Hipoksik miokard nekrozu. Müxtəlif tip hipoksiyalar yaratmaqla modelləşdirmək olar. Bu zaman orqanizmdə ümumi oksigen aclığı fonunda qan dövranı çatışmazlığı və kardiomiositlərin nekrotik zədələnməsi baş verir.
Elektrolit-steroid nekrozu. Kanada endokrinoloqu Selyenin müşahidələrinə əsasən siçanlara steroid hormonları ilə eyni vaxtda müəyyən miqdar xörək duzunun verilməsi ürəkdə degenerativ-nekrotik tipli zədələnmə ocaqları yaradır. Bu zaman nekrozun inkişaf mexanizmi belə izah edilir: kortikosteroidlər miositlərə Na+ ionlarının daxil olmasını sürətləndirir, nəticədə hüceyrələrin daxilində osmos təzyiqi artır, onlara çoxlu miqdarda su daxil olur və hüceyrə membranları zədələnir. Kortikosteroidlərlə müalicə aparan zaman və böyrəküstü vəzinin hiperfunksiyası ilə gedən patologiyalarda ürək əzələsinin zədələnmə ehtimalını nəzərə almaq lazımdır.
Dostları ilə paylaş: |