Mühazirənin planı : Qan dövranı çatışmazlığı Ürək çatışmazlığı Damar çatışmazlığı



Yüklə 59,51 Kb.
səhifə2/42
tarix02.01.2022
ölçüsü59,51 Kb.
#39787
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   42
rək-qan dam.patologiyaları (1)

QAN DÖVRANI ÇATIŞMAZLIQLARI
Qan dövranı çatışmazlığı (QDÇ) dedikdə elə patoloji vəziyyət nəzərdə tutulur ki, bu zaman qan dövranı bütün orqan və toxumaları onların tələbatına müvafiq miqdarda qanla təmin edə bilmir.

Mənşəyinəgörəqan dövranı çatışmazlıqları üç böyük qrupa bölünür:

  • ürək çatışmazlığı;

  • damar çatışmazlığı;

  • qarışıq forma.


QAN DÖVRANI ÇATIŞMAZLIQLARI ZAMANI

HEMODİNAMİKA GÖSTƏRİCİLƏRİNİN DƏYİŞİKLİKLƏRİ
Sistolik və dəqiqəlik həcm. Ürəyin bir sistola zamanı aortaya və ya ağciyər arteriyasına qovduğu qanın miqdarına sistolik həcm deyilir. Sağlam insanlarda sistolik həcm 65-70 ml-ə bərabərdir. 1 dəqiqə ərzindəmədəciklərdənqovulan qanın miqdarı dəqiqəlik həcm adlanır. Dəqiqəlik həcmi tapmaq üşün sistolik həcmi ürək yığılmalarının sayına vurmaq lazımdır.

Sistolik və dəqiqəlik indeks. Mədəciklərin sistolası zamanı aortaya və ya ağciyər arteriyasına qovulan qanın miqdarının bədən səthinin hər m2-nə olan nisbətinə sistolik indeks deyilir. Sağlam insanlarda bu göstərici 45-55 ml/m2-dir. Dəqiqəlik indeks isə ürəyin dəqiqəlik həcminin bədən səthinə olan nisbəti ilə müəyyənləşir ki, normal insanlarda bu göstərici 3-4l/dəq/m2-ə bərabərdir.Ürəyin dəqiqəlik həcmi və ürək indeksi tirotoksikoz, anemiya, emfizema və s. xəstəliklər zamanı artır, qan dövranı çatışmazlıqları, dekompensasiyalı ürək çatışmazlıqları və s. zamanı isə azalır.


Yüklə 59,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin