Arterial və venoz təzyiq. Sağlam insanın bazu arteriyasında sistolik təzyiq 100-140 mm cv.st., diastolik təzyiq isə 60-90 mm cv.st. təzyiqinə bərabərdir. Sakitlik vəziyyətində sağlam insanlarda mərkəzi venoz təzyiq (yuxarı boş vena və ya sağ mədəcikdə) 12-15 sm su sütununun, periferik venoz təzyiq isə (dirsək venasında) 6-12 sm su sütünunun təzyiqinə bərabər olur.
Qan dövranı çatışmazlıqlarının əsas klinik təzahürləri. QDÇ zamanı aşağıdakı əlamətlər müşahidə olunur.
Taxikardiya. Bu əlamətin inkişafı reflektor xarakter daşıyır, əsasını Beynbric refleksitəşkil edir. Bu refleksin mahiyyəti dövr edən qanın həcminin artmasına cavab olaraq ürək yığılmalarının sayının çoxalmasından ibarətdir. Beynbric refleksi boş venalarda və ağciyər venalarında yerləşən mexanoreseptorların qıcıqlanması zamanı realizə olunur. Bu reseptorların qıcıqlanması afferent liflərlə uzunsov beynin mərkəzi simpatik nüvəsinə ötürülür, nəticədə vegetativ sinir sisteminin simpatik şöbəsinin tonusu artır və reflektor taxikardiya əmələ gəlir.
Təngnəfəslik. Bu əlamət 2 mexanizmlə inkişaf edir:
Sianoz toxumalarda oksigen sərfinin sürətlənməsi və durğunluqla əlaqədar qanda karbon qazının və reduksiya olunmuş hemoqlobinin artması ilə bağlıdır.
Ödemlər. Sağ mədəcik çatışmazlığında maye bədənin aşağı nahiyələrində toplanır. Sol mədəcik çatışmazlığında isə ağciyərin interstisial ödemi (ürək astması sindromu) və alveolyar ödem (ağciyər ödemi sindromu) inkişaf edir.
Dostları ilə paylaş: |