Yüklənmə tipli ürək çatışmazlıqlarının patogenezində iki mühüm mexanizm qeyd edilir:
Ürəyin həcmlə yüklənməsi ürəyə və onun müxtəlif şöbələrinə normadan çox qan gəldikdə meydana çıxır. Ürəyin bu cür yüklənməsi əsasən dövr edən qanın həcminin artması, venoz damarların tonusunun yüksəlməsi, eləcə də qapaq çatışmazlıqları zamanı müşahidə olunur.
Müqavimətin artması hesabına ürəyin yüklənməsi zamanı ürək və ya onun şöbələri qanın arterial sistemə qovulmasına maneçilik edən yüksəlmiş müqaviməti dəf etməli olur. Belə yüklənmə arterial təzyiqin yüksəlməsi və ürək dəliklərinin daralması fonunda müşahidə edilir.