Mühazirənin planı: Fövqəladə hal (hadisə) anlayışı, yaranma səbəbləri



Yüklə 0,82 Mb.
səhifə19/63
tarix12.04.2022
ölçüsü0,82 Mb.
#55237
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   63
Mülki müdafiə mühazirələr.

Yoxlama suallar

  1. Bioloji silah nədir?

  2. Bioloji zədələnmə ocağı nədir?

  3. Karantin və observasiya tədirləri nədir və hansı məqsədlər üçündür?

  4. Adi qırğın vasitələrinin hansı növləri vardır?

  5. Yandırıcı maddələri tətbiq edən vasitələr hansılardır?

  6. Yandırıcı silahların insanlara təsiri necədir?

  7. Yandırıcı silahlardan mühafizə olunmaq üçün necə materiallardan istifadə olunur?




AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ
Fakultə:İnşaat texnologiya
Kafedra:Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi
Fənnin adı: Mülki müdafiə
MÖVZU 8: FH-da ehtimal olan şəraitin qiymətləndirilməsi

Müəllim:


Mühazirənin planı:

1. Radiasiya şəraitinin qiymətləndirilməsi .

2. Kimyəvi şəraitin qiymətləndirilməsi .

3. Bioloji şəraitin qiymətləndirilməsi .



ƏDƏBİYYAT

1.H.O.Ocaqov Fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsizliyi (Mülki müdafiə) Bakı 2010, səh.388

2.H.O.Ocaqov , N.Nağıyev, R.Muxtarov Mülki mühafizə, Bakı 2011, səh.397

3.H.O.Ocaqov,S.A.Səbzəliyev.Əhalinin fövqaladə hadisələrdən mühafizəsi.

Bakı 2003, səh72. Dərs vəsaiti. I kitab.

4.H.O.Ocaqov,S.A.B.T.Bəkirov.Səbzəliyev.Əhalinin fövqaladə hallardan mühafizəsi.

Bakı 2003, səh78. Dərs vəsaiti. II kitab.


BAKI-2021


FH-DA EHTIMAL OLAN ŞƏRAİTİN QİYMƏTLƏNDİRİLMƏSİ

Radiasiya şəraitinin aydınlaşdırılması

və qiymətləndirilməsi
Radiasiya şəraiti düşmənin nüvə silahını tətbiq etdikdə və AES-də qəza baş verdikdə yaranır, adamların və müxtəlif obyektlərin radioaktiv maddələrlə zəhərlənməsi ilə nəticələnir.

Radiasiya şəraitini qiymətləndirərkən ərazinin, müəssisənin radioaktiv zəhərlənməsinin miqyası və dərəcəsi, həmçinin zəhərlənmənin dəstə və əhalinin fəaliyyətinə təsiri təyin edilir.



Radiasiya şəraitinin qiymətləndirilməsinə, adətən, aşağıdakılar aid­dir: radioaktiv zəhərlənmə zonalarının sərhədlərini və onlarda radi­a­siya səviyyəsinin bölünməsini təyin etmək; zəhərlənmə zonalarının müəssisələri torpaqdan istifadə planına və ya sxeminə köçürül­məsi; dəstələrin şəxsi heyətinin, əhalinin, heyvanların radioaktiv şüalanma dozasının və onların arasında baş verə biləcək itkilərin tə­yin edilməsi; zəhərlənmiş ərazidə dəstələrin, həmçinin əhalinin tə­sərrüfat işlərinin aparılmasında ən məqsədəuyğun fəaliyyətinin mü­əyyən edilməsi.

Radioaktiv zəhərlənmə zonalarının sərhədlərini orada radiasiyanın səviyyəsini məlumat verməklə və ya radiasiya kəşfiyyatı ilə təyin edirlər.

Müəssisələrin mülki müdafiə dəstələri və qərargahları öz rayonlarında ərazinin radioaktiv zəhərlənməsi haqqında məlumatı, adətən, rayonunun mülki müdafiə qərargahından alır və radiasiya kəşfiyyatı ilə dəqiqləşdirir.

Lazım gələrsə, müəssisənin mülki müdafiə qərargahlarında ərazinin, adamların, heyvanların və başqa obyektlərin zəhərlənmə dərəcəsi təxminən qabaqcadan təyin edilə bilər. Qabaqcadan təyin edilmənin əsasını partlayış rayonunda və radioaktiv buludun izində radioaktiv zəhərlənməsinin dərəcəsi, gözlənilən ölçüləri, hesabat və proqnoz metodları vasitəsilə hesablama təşkil edir. Qabaqcadan təyin edilmə üçün ilk məlumatlar əsasən aşağıdakılardır: partlayışın (qəzanın) gücü, növü və mərkəzin koordinatları, orta küləyin sürəti və istiqaməti. Müəssisənin MM qərargahı bu məlumatları rayonunun qərargahından alır və ya özü təyin edir.

Əgər küləyin orta sürəti (v) və istiqaməti, partlayış mərkəzindən müəssəyə qədər olan məsafə (R) məlumdursa, onda partlayışdan sonra müəssisənin ərazisinə radioaktiv maddələrin çökməsi vaxtını (t) aşağıdakı düsturla təyin edirlər:



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin