Mühazirənin planı: Fövqəladə hal (hadisə) anlayışı, yaranma səbəbləri



Yüklə 0,82 Mb.
səhifə18/63
tarix12.04.2022
ölçüsü0,82 Mb.
#55237
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   63
Mülki müdafiə mühazirələr.

ƏDƏBİYYAT:

1.H.O.Ocaqov Fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsizliyi (Mülki müdafiə) Bakı 2010, səh.388

2.H.O.Ocaqov , N.Nağıyev, R.Muxtarov Mülki mühafizə, Bakı 2011, səh.397

3.H.O.Ocaqov,S.A.Səbzəliyev.Əhalinin fövqaladə hadisələrdən mühafizəsi.

Bakı 2003, səh72. Dərs vəsaiti. I kitab.

4.H.O.Ocaqov,S.A.B.T.Bəkirov.Səbzəliyev.Əhalinin fövqaladə hallardan mühafizəsi.

Bakı 2003, səh78. Dərs vəsaiti. II kitab.
BAKI-2021

Bioloji və adi qırğın silahlarından yaranan zədələnmə ocaqlarının xarakteristikası



Bakterioloji silah – kütləvi qırğın silahlarının bir növüdür. Bu silah – bakterial vasitələrə və onları tətbiq etmək üçün işlədilən döyüş sursatına, cihaz və tərtibatlara deyilir. Bakterioloji silahın (BS) əsasını xəstəlik törədən mikroblar və onlardan alınan zəhər-toksinlər təşkil edir.

Bakterioloji vasitələrin insanlara, heyvanlara və bitkilərə zədələyici təsiri bir sıra fərdi xüsusiyyətlərlə xarakterizə edilir. Onların hətta çox kiçik dozaları belə yoluxucu xəstəlik törədə, yaxud insanları və heyvanları zəhərləyə bilər. Bir çox xəstəliklər xəstə adamdan sağlam adama keçir, insanlar və heyvanlar arasında tez yayılır. Xəstəlik törədən mikroblar və toksinlər müəyyən müddət xarici mühitdə və ya yoluxmuş həşəratlar, gənələr və gəmiricilərdə qala bilər. Bakterioloji vasitələrin zədələyici xassələrindən biri də onlarda inkubasiya və ya gizli təsir dövrünün olmasıdır.

Düşmən bakterioloji vasitələri təyyarə bombaları, top güllələri, raketlər və içərisinə maye, yaxud quru halda mikrob və zəhər qatışığı (reseptur) doldurulmuş xüsusi konteynerlər və cihazlar vasitəsilə ata bilər. Onları zəhərlənmiş daşıyıcılar da (həşəratlar, gənələr, gəmiricilər) yaya bilər.

Bakterioloji silahın tətbiqi nəticəsində şübhəsiz ki, şəhərlər və başqa yaşayış məntəqələri, dəmir yolu qovşaqları, limanlar, su təchizatı mənbələri, həmçinin kənd təsərrüfatı bitkiləri, əkilmiş tarlalar zədələnə bilər.

Xəstəliyin yayılmasının ən sadə üsullarından biri havanın yoluxmasıdır. İçərisində bakterioloji vasitələr olan hərbi sursat havada duman və ya tüstü şəkilli aerozol buludu yaradır. Onun zədələyici təsiri tətbiq edilən xəstəliktörədicidən, ərazinin relyefindən, meterioloji şəraitdən və s. asılıdır.

İnsan və heyvanlar təkcə bakterioloji vasitələrin tətbiq edildiyi zaman deyil, buluddan ayrılmış aerozol hissəciklərinin zədələyici xüsusiyyətlərini saxlaya bildiyi vaxtdan asılı olaraq, bir neçə saat, gün, həftə, hətta ay müddətində də zədələnə bilər. Ona görə üzərinə həmin hissəciklər düşmüş əşyalara toxunduqda və ya yoluxmuş – yeyinti məhsullarından və ya sudan istifadə edildikdə zədələnmək olar.

Bakterioloji silahın tətbiqi nəticəsində bioloji zədələnmə ocağı yarana bilər. Bioloji zədələnmə ocağı o əraziyə deyilir ki, orada bioloji silahın tətbiqi nəticəsində insan, heyvan və bitki tələfatı olsun. Bioloji zədələnmə ocağı yaranan yerdə karantin və müşahidə rejimləri tətbiq olunur.

Yoluxucu xəstəlik yayan həşəratlar bir yerdən başqa yerə keçdikləri üçün bakterioloji yoluxmanın ilk sərhədləri də genişlənir və deməli, yoluxucu xəstəliklərin yayılma təhlükəsi artır.

Profilaktika aparmaq və lazımi tədbirləri görmək üçün bakterioloji vasitələrin vaxtında aşkar edilməsinin çox böyük əhəmiyyəti var. Düşmənin bakterioloji silahdan istifadə etdiyini zahiri əlamətlərə, bu vasitənin hansı yoluxucu xəstəlik törədəcəyini isə laboratoriyada aparılmış tədqiqatlara görə müəyyən etmək olar.

Bakterioloji vasitələri olan hərbi sursat partladıqda boğuq səs eşidilir, ətrafa iri qəlpələr yayılır, torpaq və bitki üzərinə damcılar və tozşəkilli maddələr çökür. Bəzən təyyarələrdən müxtəlif yüklərin – konteynerlərin, torbaların (kisələrin), bağlamaların atıldığını da müşahidə etmək olar. Yoluxucu xəstəlikyayan həşəratlar tətbiq edildikdə, hərbi sursatların partladığı yerdə əvvəllər təsadüf edilməyən xeyli miqdarda həşərat və gənə toplaşa bilər.

Düşmənin bakterioloji vasitələr tətbiq etdiyi rayonlarda insanlar arasında kütləvi epidemiya, həmçinin mal-qaranın qırılması halları baş verə bilər.

Bunun qarşısını almaq üçün observasiya və karantin-postları təyin edilir.

Observasiya – epidemiya ocağında yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən təcridetmə – məhdudlaşdırma və müalicə-profilaktika tədbirləri sisteminə deyilir.

Tibb bölmələri idarəli təcili profilaktika və müalicə tədbirləri görür. Əgər bütün əhali təhlükəli yoluxucu xəstəliklə mübarizə aparsa, bu tədbirlərin effektli nəticəsi olar.

Həkimin və ya başqa tibb işçisinin göstərişi ilə yaşayış yerini, ictimai istifadə yerlərini, yeyinti məhsullarını, suyu, qab-qacağı, paltarı, ayaqqabını, yorğan-döşəyi, mebeli və s. dezinfeksiya etmək lazımdır.

Xəstəliyin qarşısını alan profilaktika peyvəndlərindən və dərman qəbulundan imtina etməyin.

Düşmənin bakterioloji silahının təsirinə məruz qalmış rayonda hakimiyyət orqanları xüsusi rejim – karantin yaradırlar və həmin rayona gediş-gəliş qadağan edilir. Karantin – bakterial yoluxma ocağını təcrid etmək, xəstəliklərin yayılmasının qarşısını almaq və yoluxmanı aradan qaldırmaq məqsədilə yerinə yetirilən, epidemiya əleyhinə rejimli profilaktika tədbirlər sistemidir. Karantin dövründə əhalinin vəzifəsi qoyulmuş qaydaya ciddi riayət etməkdir. Yadda saxlamaq lazımdır ki, bütün tədbirlər adamların həyatını və sağlamlığını mühafizə etmək üçün görülür.
Adi qırğın vasitələri və onların qısa xarakteristikası
Müasir qırğın silahları kütləvi qırğın silahlarından və adi qırğın vasitələrindən ibarətdir.

Adi qırğın vasitələrinin isə aşağıdakı növləri vardır:

1. Təyyarədən tətbiq edilən döyüş sursatları:



  • təyyarədən atılan “Hava” – “Yer” raketləri

  • təyyarədən atılan bombalar (fuqas, qəlpəli, kürə formalı, kumulyativ, beton (zireh) dağıdan, həcmli partlayış və kassetli bombalar).

2. Top – raket sistemləri

Toplar 122, 130, 152 mm, mina atanlar isə 82, 160, 240 mm kalibrli olurlar. Onlarıntəsir dairəsi 10-30 km olur.

Yeni reaktiv-raket sistemləri 2 növdürlər:

  • “Qrad” qurğuları – 40 lüləli;

  • “Uraqan” – 16 lüləli.

“Qrad” qurğuları raketlərinin başlıqları fuqas-qəlpəli, “Uraqan” qurğularının başlıqları isə həm fuqas-qəlpəli və həm də kasset tipli olurlar.

Top və raketlərin mərmiləri partladıqda insanları həm zərbə dalğası, həm də qəlpələri ilə zədələyir. Döyüş sursatlarına ayrı-ayrı baxaq:

A) Fuqas döyüş sursatlarından – hərbi və mülki obyektləri, insanları zərbə dalğası və qəlpələrlə zədələmək üçün istifadə olunur.



Partlayıcı maddənin (tropil, Qeksogen və onların qarışığı) ağırlığı 50-200 kqQ qədər olur.

Fuqas döyüş sursatları torpağa keçərək partlayış zamanı torpağı xaricə tullamaqla qıf şəkilli çuxur əmələ gətirir. Fuqas döyüş sursatı partlayan zaman partlayış məhsullarının genişlənməsi və həmin mühitdə zərbə dalğasının yaranması müşahidə olunur.

B) Kassetli döyüş sursatları



Kassetli döyüş sursatları konteynerdən və kiçik həcmli bombacıqlardan ibarətdir. Konteynerin içərisində yüz, min ədəd kiçik həcmli bombacıqlar olur.

Konteyner (kasset) yer səthindən müəyyən yüksəklikdə açıldıqda kiçik həcmli bombacıqlar böyük sahəyə yayılır, yer üzündə partlayır və qəlpələri ilə o ərazidə əhalini məhv edirlər (zədələyirlər). Kassetləri qəlpəli, kürə formalı kumulyativ, yandırıcı bombalar ilə doldururlar.

V) Kürə formalı döyüş sursatı



Kassetli döyüş sursatlarının içərisində kürə formalı bombalar yerləşdirilir. Kürə formalı bomba uzunluğu 35 sm, diametri 7,5 sm olan silindrik gövdədən ibarətdir. Onun içərisi partlayıcı maddə ilə doldurulub, divarlarına isə 250 ədəd, kütləsi 0,7-1,0 q olan metal kürəciklər, kubiklər doldurulub. Partlayış zamanı kürəciklər 100 m2 ətrafa yayılır mühafizə olunmamış adamları zədələyirlər.

Q) Həcmli partlayış döyüş sursatlarında 200 kq-lıq kassetin içərisində 3 ədəd 40 kq çəkili konteyner var. Hər konteynerdə 33 kq yaxın maye etilen oksidi yerləşdirilib.

Konteynerlər bomba atıldıqdan sonra paraşüt vasitəsilə yerə enir, sonra yanacaq qarışığı havaya çilənir və aerozol buludu əmələ gəlir, onun diametri 15 m, hündürlüyü isə 2-5 m olur. Bu bulud bir neçə saniyədən sonra partladılır və 20-30 kq/m2 izafi təzyiq yaradır.

Bu izafi təzyiq insanları məhv edir, binaları və çox möhkəm mühafizə qurğularını dağıdır. Rus ordusu 1999-cu ilin sentyabrında Dağıstanda gedən döyüşlərdə bu silahdan geniş istifadə etmişdir (şək.1.13).

D) Kumulyativ döyüş sursatı



Kumulyativ döyüş sursatının ön hissəsində konus şəkilli boşluq var. Partlayış zamanı əmələ gələn sıxılmış hava enerjisi 10-15 km/san. sürətlə bir nöqtəyə yığışır və zirehli səthləri dağıdır.

İndiki kumulyativ döyüş sursatları, tank əleyhinə raket və qumbaralar qalınlığı 400-600 mm zirehli səthləri dağıdır. Onun qəlpələri həmin səthin arxasında yerləşən adamları (tankın şəxsi heyətini) məhv edir.

E) Beton (zireh) dağıdan döyüş sursatları



Beton (zireh) dağıdan bombalar, onların zədələyici elementləri möhkəm və ağır qatışıqdan hazırlanmış özəkdən ibarətdir. Beton (zireh) səthə dəydikdə bombanın gövdəsi xaricdə qalır, özək isə betona (zirehə) keçərək onu dağıdır. İnsanları zədələyir, texniki vasitələri isə sıradan çıxarır.

Bu döyüş sursatları aerodromun uçuş zolaqlarını və təyyarə anqarlarını dağıtmaq üçündür.

j) Yandırıcı silahlar



Adi qırğın vasitələrinin bir növü də yandırıcı silahlardır. Yandırıcı silahların əsasını yandırıcı maddələr və onları tətbiq etmək üçün vasitələr təşkil edir.

Yandırıcı maddələrin növləri:

1. Neft məhsulları əsaslı yandırıcı maddələr (Napalmlar)

2. Metallar əlavə edilmiş yandırıcı maddələr (Pirogellər)

3. Termit və termit əsaslı yandırıcı maddələr

4. Adi və plastik fosfor

5. Qələvi metallar (natrium və kalsium)

6. Öz-özünə alışan trietilen alüminium.

Ən çox yayılmış yandırıcı maddələrdən neft əsaslı yandırıcı maddələrdir (napalm)

Napalm 90 – 97% benzindən və 3–10% qatılaşdırıcıdan alınır. Qatılaşdırıcılar naften, polmetin oleyn turşularının alüminium duzlardan ibarətdir. Napalm sözü naften və polmetin sözlərinin ilk iki hərfindən alınmışdır. Yandırıcı maddələrin açıq havada öz-özünə alışması üçün onlara natrium, maqnium və yaxud fosfor əlavə olunur.



Pirogellər neft əsaslı yandırıcı maddələrə (napalma) maqnium, alüminium tozlarını və yaxud yonqarlarını, kömür tozu, asfalt və s. maddələr əlavə olunmaqla alınır. Onun yanma hərarəti 1600°S-yə bərabərdir.

Pirogellər başqa yandırıcı maddələrdən fərqli olaraq, sudan ağırdırlar. 1–3 dəqiqə ərzində yanırlar, insanların dərisinə və paltarına düşdükdə dərin yanıqlar əmələ gətirirlər.

Napalm yandırıcı maddəsi nəm səthlərə yapışır və alışır. 1000–1200°S hərarətilə 5–10 dəqiqə müddətində yanır. O, sudan yüngül olduğundan suyun üzündə üzür və yanğın ocağını söndürməyi çətinləşdirir, yüksək hərarətlə yanır, sıyıqlaşır və çatlardan (deşiklərdən) binaların, qurğuların, texniki vasitələrin içərisinə keçir.

1 qr yanan maye mühafizə olunmamış dəriyə düşdükdə insan ağır xəsarət alır.

Termit və termit əsaslı yandırıcı maddələr dəmir oksidi ilə alüminium oksidinin qarışığından ibarətdir. Bu qarışığa oksidləşdirici və əlaqələndirici (birləşdirici) maddələr əlavə olunur. Onlar yandıqda istilik 3000°S-yə qədər qalxır. Bu temperaturda metallar əriyir, beton və kərpic isə çartlayır, dağılır.

Ağ fosfor – arı mumuna oxşar zəhərli maddədir. O, havada özü-özünə alışa bilər. Yandıqda ağ zəhərləyici tüstü buraxır. Yanma hərarəti 900–1200°S olur.

Fosfordan Napalm və Pirogel yandırıcı maddələrini alışdırmaq üçün istifadə olunur.

Plastik fosfor – ağ fosfor hissəciklərindən və plastik sintetik kauçuk kütləsindən ibarətdir. Tətbiq edildikdə şaquli səthlərə yapışır və onları yandırır.



Plastik fosfordan bombalar, mərmilər və başqa yandırıcı döyüş sursatları hazırlanır.

Yandırıcı maddələri tətbiq edən vasitələr



Təyyarədən tətbiq edilən yandırıcı döyüş sursatları aşağıdakılardır:

a) Kiçik ölçülü (kalibrli) döyüş sursatları termit və termit əsaslı maddələrlə doldurulur.

b) Orta ölçülü (kalibrli) döyüş sursatları piroqellərlə doldurulur.

v) Böyük ölçülü (kalibrli) döyüş sursatları napalm ilə doldurulur.

Kiçik ölçülü (kalibrli) döyüş sursatları (4 kq-a qədər) – ağac tikililəri, anbar binalarını, dəmiryol stansiyalarını (qovşaqlarını) və başqa hədəfləri məhv etmək üçündür. Onlar 3–5 m radiusda yanğın ocaqları əmələ gətirirlər. Yandırıcı kütlənin yanma vaxtı 2-3 dəqiqə olur.

Orta ölçülü yandırıcı döyüş sursatları yaşayış, sənaye binalarını, anbarları və s. obyektləri məhv etmək üçündür. Yandırıcı kütlənin yanma vaxtı 3-8 dəqiqə olur.

Böyük ölçülü (kalibrli) yandırıcı döyüş sursatları (Bombalar 1000–4000 kq) əhalini məhv etmək, şəhərlərdə (yaşayış məntəqələrində) yanğınlar törətmək üçündür. Yanma müddəti 3–10 dəqiqə olur.

Toplardan atılan yandırıcı döyüş sursatları (mərmilər, minalar) ağac binaları, yanacaq və sürtkü materialları anbarlarını, əhalini, təyyarələri, nəqliyyat vasitələrini məhv etmək üçündür. Bunlar ağ və plastik fosforla doldurulmuş minalardan ibarətdir. Bundan əlavə əhalini məhv etmək üçün içərisində yandırıcı maddələr olan qrad qurğularının mərmilərindən istifadə olunur.

Bunlardan əlavə silahlı qüvvələrdə əldən (rans) və tankdan odsaçanlar silahlar mövcuddur. Əldən (rans) odsaçanların atəş məsafəsi 50-100 m-dir.

Tankların atəş məsafəsi 180-230 m-dir.

Bunlardan əlavə düşmən ordularında əl ilə atılan yandırıcı qumbaralar var. Onların atəş məsafəsi 40 m, silah vasitəsilə atıldıqda isə 150-200 m-dir.

a) Odsaçan AVS-M9-7 (ABŞ)

b) Dördlüləli qumbaraatan M 202

Yandırıcı silahların insanlara təsiri istilik enerjisindən, tüstüdən və yanma zamanı əmələ gələn zəhərləyici maddələrdən ibarətdir.



İnsanlaratəsir etdikdə yandırıcı maddələr onun dərisində yanıqlar əmələ gətirir. O yanıqlar çox dərin olur və 2-3 ay müddətində davam edir.

Birinci 30-60 saniyə müddətində insanlar şok vəziyyətinə düşürlər.

Bunlardan əlavə napalmın təsirindən tənəffüs yollarında yanıqlar əmələ gəlir, ağ ciyər zədələnir və orqanizmin ümumi zəhərlənməsi baş verir.

Yandırıcı silahlardan (maddələrdən) mühafizə olunmaq üçün odadavamlı binalardan, qurğulardan, nəqliyyat vasitələrindən və başqa örtülü yerlərdən istifadə etmək lazımdır. Bunlardan əlavə fərdi mühafizə vasitələrindən də istifadə etmək olar.

Şüa silahı – zərbə təsiri elektromaqnit enerjisinin iti istiqamətləndirilmiş şüalarının və ya böyük sürətlə qovulmuş elementar hissəciklərinin cəmlənmiş dəstəsinin istifadə edilməsinə əsaslanan qurğuların (generatorların) məcmusundan ibarətdir. Şüa silahının bir növü lazerlərin tətbiqinə əsaslanır, digər növləri dəstəvi (sürətləndirici) silahlardır.

Lazerlər elektromaqnit enerjisinin optik diapazonda güclü şüalandırıcılarından – «optik generatorlarından”» ibarətdir.



Bir sıra ölkələrlə lazerlərin şüa silahı kimi istifadə edilməsi sahəsində elmi işlər hələ 70-ci illərin ortalarından başlayaraq aparılır. Hazırda döyüş lazer komplekslərinin yaradılması real əsaslara malikdir.

Lazer şüasının zərbə təsiri obyekt təşkil edən materialların yüksək temperaturlara qədər qızması nəticəsində onların əriməsi (hətta buxarlanması), həssas elementlərin zədələnməsi və insanın korlaşması, dərisində termik yanıqların baş verməsi ilə nəticələnir.

Lazer şüasının təsiri onun görünməzliyi (od, tüstü, səs kimi xarici əlamətlərin olmaması), yüksək dəqiqliyi, düz xətt boyunca yayılması, praktiki olaraq ani təsir etməsi ilə fərqlənir.

Şüa silahının bir növü də sürətləndirici silahdır. Sürətləndirici silahın zərbə amili yüksək sürətlərlə qovulmuş yüklü və ya neytral hissəciklərin (elektronların, protonların, hidrogenezin neytral atomlarının) enerjisi ilə doymuş dəqiq istiqamətli, cəmlənmiş dəstəsidir.

Bu silahların zərbə obyekti ilk növbədə yerin süni peykləri, qitələr arası raketlər, müxtəlif tipli ballestik və qanadlı raketlər, həmçinin müxtəlif yerüstü silahlar və hərbi texnika olur. Göstərilən obyektlərin ən zəif elementi onların elektron avadanlığıdır.

Sürətləndirici silah düşmənin canlı qüvvəsinə qarşı da işlədilə bilər. Amerika mənbələrinin məlumatına görə sürətləndirici silahla kosmosdan yer səthinin böyük sahələrini – yüz kvadrat kilometrlərlə intensiv şüalandırmaq imkanı da var ki, bu da orada yerləşən canlıların digər bioloji obyektlərin kütləvi qırğınına səbəb olar.


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin