1.2. Texnogen xarakterli təhlükələr
və onların xarakteristikası
Texnosferin əhali və ətraf mühitə törətdiyi təhlükə-sənayedə, energetikada və kommunal təsərrüfatında böyük miqdarda radioaktiv, kimyəvi, bioloji təhlükəli, habelə yanğın və partlayış qorxusu yaradan istehsalat və texnologiyaların olması ilə şərtləşir. Respublikamızda təxminən yüz min belə istehsalatlar mövcuddur. Burada əsas istehsalat fondlarının yüksək aşınma dərəcəsi, müvafiq təmir və profilaktika işlərinin vaxtında yerinə yetirilməməsi, istehsalat və texnoloji intizamın zəifləməsi qəza ehtimallarını daha da artırır.
Əldə olan məlumatlara görə, 1992-1998-ci illər ərzində respublikamızda texnogen xarakterli 100-dək fövqəladə hadisə qeydə alınmışdır. Onların böyük əksəriyyəti Bakı və Sumqayıt şəhərlərində kimya, neft kimyası və nəqliyyat sahələrində baş vermişdir.
Dostları ilə paylaş: |