Mühazirənin planı: Fövqəladə hal (hadisə) anlayışı, yaranma səbəbləri



Yüklə 0,82 Mb.
səhifə7/63
tarix31.12.2021
ölçüsü0,82 Mb.
#50008
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   63
Mülki müdafiə mühazirələr.

ZƏDƏLƏNMƏ OCAQLARININ TƏSNIFATI

1.Sənaye qəzaları və təbii fəlakətlərdən yaranan zədələnmə ocağının xarakteristikası.

Texnosferin əhali və ətraf mühitə törətdiyi təhlükə - sənayedə, energetikada və kommunal təsərrüfatında böyük miqdarda radioaktiv, kimyəvi, bioloji təhlükəli, habelə yanğın və partlayış qorxusu yaradan istehsalat və texnologiyaların olması ilə şərtləşir. Ölkəmizdə təxminən yüz min belə istehsalatlar mövcuddur. Burada əsas istehsalat fondlarının yüksək aşınma dərəcəsi, müvafiq təmir və profilaktika işlərinin vaxtında yerinə yetirilməməsi, istehsalat və texnoloji intizamın zəifləməsi qəza ehtimallarını daha da artırır.



A. Texnogen xarakterli fövqəladə hadisələrin (FH) artmasının əsas səbəbləri.

Mühəndislər və alimlər texnogen təhlükəsizliyin yüksəl­dil­mə­si problemi üzərində müntəzəm surətdə çalışırlar. Bu istiqamətdə ge­niş əhatəli texniki, ekoloji, hüquqi məsələlər fövqəladə hallar və hə­yat fəaliyyətinin təhlükəsizliyi üzrə mütəxəssislər assosiasiyasının fə­aliyyəti çərçivəsində də həll edilir. Bununla belə göstərilən səylərə bax­mayaraq bütün sahələrdə, xüsusən də mürəkkəb texnika işlə­dilən sa­hələrdə qəzaların vaxt ərzində sayca tədricən artması tendensiyası dur­madan güclənir. Deməli, bunun səbəblərini tapmaq lazımdır. Prob­­­­­­­­lemin tam həlli iddiasında olmadan texnogen qəza və fəlakətlərin say­ca artmasının, zənnimizcə, prinsipial və başlıca səbəblərindən birini göstərməyə çalışaq.

Bu səbəb texnikanın gücünün və mürəkkəbliyinin kəskin surətdə, sıçrayışla artması, texnikanı idarə edən insanların isə bu parametrlərdən kənarda, yəni geridə qalmasıdır. İnsanın psixofizioloji sistemlərinin imkanları məhduddur, təbiət bu sistemləri heç də müasir texnogen həyat şəraiti üçün yaratmamışdır və onları “yaxşılaşdırmaq”, “yenidən düzəltmək” və ya “modifikasiya etmək” mümkün deyil. Lakin hazırda insanlardan nəinki onların imkanlarından çox-çox artıq, həm də prinsipcə demək olar ki, imkandan kənar fəaliyyət tələb edilir.

Azərbaycan Respublikasının ərazisində yüksək dərəcədə texnogen təhlükələr mövcuddur ki, bunlar da müxtəlif növ FH-ın başlıca mənbələridir. Bunların əsas səbəbləri aşağıdakılardır:



  1. istehsalat sahələrində təhlükəsizliyin dövlət tərəfindən tənzimlənməsi mexanizminin zəifləməsi; respublikada iqtisadiyyatın strukturca yenidən qurulması prosesinin uzanması nəticəsində istehsalatın bütün sahələrində əmək və texnoloji intizamın, habelə istehsalatda qəzaya qarşı davamlılıq tədbirlərinin zəifləməsi;

  2. bəzi sənaye sahələrində istehsalat vasitələrinin, xüsusən də texnoloji avadanlıqların, nəqliyyat vasitələrinin, əsas istehsalat fondlarının yol verilməz dərəcədə, bir sıra hallarda 90% və daha artıq aşınması;

  3. sənaye istehsalında təhlükəsizlik texnikasının, xammalın və hazırlanan məhsulun keyfiyyətcə kəskin surətdə aşağı düşməsi;

  4. istehsalatda təhlükəli, zərərli amilləri aşkar və nəzarət edən cihazların, belə amillərdən kollektiv və fərdi mühafizə vasitələrinin kifayət qədər hazırlanması və onların keyfiyyətsiz olması;

  5. sənaye, nəqliyyat, energetika, kənd təsərrüfatı, habelə idarəetmə sahələrində təhlükəsizliyin təmin edilməsi sistemlərinin texnoloji etibarlılığının zəif olması;

  6. zərərli və təhlükə potensiallı müəssisələrdə kadrların, xüsusən də yüksək ixtisaslı kadrların itirilməsi nəticəsində istehsalat mədəniyyətinin aşağı düşməsi, mütəxəssislərin səriştəsinin və məsuliyyət hissinin zəifləməsi;

  7. ölkədə həyat fəaliyyətinin təmin olunması sahələrində aparılan əsaslı və tətbiqi tədqiqatların keyfiyyətinin aşağı olması;

  8. partlayış, yanğın, kimyəvi, radiasiya, bioloji təhlükəli maddələr və texnologiyalardan istifadə edilməsinin miqyasca genişlənməsi;

  9. qəza və fəlakətlərin qabaqlanması və qarşısının alınması, insan tələfatı və maddi itkilərin azaldılması üzrə görülən tədbirlərin kifayət dərəcədə olmaması və əlaqələndirilməməsi;

  10. iqtisadiyyatın bütün sahələrində yeni təhlükəsiz və qənaətcil texnologiyaların yavaş və keyfiyyətsiz səviyyədə tətbiqi, texnoloji proseslərin və qəza əleyhinə mühafizəsinin avtomatlaşdırılmasının zəif templə aparılması;

  11. ölkənin ərazisində zərərli istehsalatların və təhlükə potensiallı obyektlərin yaşayış zonalarının və onların həyat təminatı sistemlərinin yaxınlığında yerləşməsi;

  12. potensial təhlükəli istehsalat və obyektlərin vəziyyətinə nəzarət və müşahidənin kifayət dərəcədə olmaması;

  13. sənaye obyektlərinin heyəti və əhali üçün kollektiv və fərdi mühafizə vasitələrinin inşaatı və istehsalı həcmlərinin kəskin surətdə azalması;

  14. təhlükə potensiallı obyektlərdə qəzalar barədə lokal (məhdud) xəbərdarlıq sistemlərinin olması;

  15. təhlükəsizliyin təminatı, FH-ın qabaqlanması və aradan qaldırılması üçün cavabdeh olan işçilərin sayının azaldılması;

  16. qəza-xilasetmə xidmətlərinin fəaliyyətinin kifayət dərəcədə səmərəli olmaması;

  17. qəza və fəlakətin aradan qaldırılması üçün lazımi həcmdə ehtiyatların olmaması;

  18. avtomobil yolları şəbəkəsinin zəif inkişafı;

  19. FH-ın baş verməsi ehtimal olunan zonalarda sosial problemlərin yaranması.



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin